Tofiq Yaqub oğlu Ağahüseynov (() — SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk və yeganə azərbaycanlı.

Həyatı Tofiq Yaqub oğlu Ağahüseynov 1923-cü il fevral ayının 1-də Şəkidə anadan olub. 1930-cu ildə T. Ağahüseynov atası, anası, özündən böyük iki qardaşından ibarət olan ailəsi ilə birlikdə yeddi yaşında olarkən Bakıya köçüblər. Orta məktəbi Bakıda bitirib. 4-cü sinfi bitirərkən T. Ağahüsyenov bərk xəstələnir. Ayağa qalxmaq belə iqtidarında olmayan Ağahüseynov buna görə Mərdəkandakı uşaq sanatoriyasına göndərilir. Sonralar səhhəti yaxşılaşan Ağahüseynov 10-cu sinfi əla qiymətlərlə bitirdikdən sonra sənədlərini Azərbaycan Sənaye İnstitunun energetika fakültəsinə verir. 1941-ci ilin sentyabrında isə o, Bakı Zenit Artilleriya Məktəbinə daxil olur. Bir il yarımdan sonra Tofiq leytenant rütbəsi alır və bu rütbə ilə Bakıdan ayrılmalı olur.

Müharibə illərində 1944-cü ilin yanvarında Sağsahil Ukraynada Sovet qoşunlarının hücumları başlandı. Korsun — Şevçenko rayonunda düşmənin 10 diviziyası və 1 briqadası mühasirəyə alınaraq məhv edildi. Sonra 4-cü Ukrayna cəbhəsinin qoşunları Pripyat çayından Dneprin mənbəsinə qədər böyük cəbhə boyu hücuma keçərək cənub qövsündə faşist ordusunun çox güclü qruplaşmasını darmadağın etdi və aprelin 17-də Sağsahil Ukrayna azad oldu. Sovet ordusu Rumıniya və Çexoslovakiyanın sərhədlərinə çatdı. Ordumuz qara dəniz donanmasının da iştirakı ilə Krımı və Odessanı azad etdi. Tofiq Ağahüseynov öz tərcüməyi-halında yazır:

Hərbi xidmət yolu 1-ci Belarusiya cəbhəsində vzvod-komandiri, əlahiddə zenit artilleriyası divizionu qərargah rəisinin köməkçisi olmuş, Visla-Oder və Berlin əməliyyatlarında iştirak etmişdir. Müharibə bitdikdən sonra Tofiq Ağahüseynovun qulluq etdiyi diviziya 1946-cı ilin oktyabrına qədər Almaniyada qalır.

Onun sağlamlığı, fiziki hazırlığı, ətrafındakılara münasibəti, cəsarəti, dönməzliyi, xüsusilə də daim biliyini artırması gələcəkdə böyük hərbçi olacağına yol açan faktorlardan idi. 1949-cu ildə Dzerjinski adına Hərbi Akademiyaya, bunun ardınca Hərbi Artilleriya Akademiyasına daxil olur.

Tofiq Ağahüseynov 1960–64-cü illərdə Hövsanda yerləşən hava hücumundan müdafiə polkuna komandirlik edir, 1964-cü ilin sonlarında Volqoqrada göndərilir və diviziya komandiri kimi orada çalışır. 1968-ci ildə general-mayor rütbəsi alır. 1969-cu ildən Rostovda korpus komandiri təyin edilir.

1972-ci ildə general-leytenant rütbəsi alır və 1975-ci ildə Bakı Hava Hücumundan Müdafiə Dairəsi komandanının birinci müavini təyin edilir. 1980-ci ildə general-polkovnik rütbəsini alan Tofiq Ağahüseynova həm də Bakı Hava Hücumundan Müdafiə Dairəsinin komandanı vəzifəsi həvalə edilir. O, üç çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

O, SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlıdır. Tofiq Ağahüseynova 1982-ci ildə daha böyük bir vəzifə həvalə etdilər. O, Varşava Müqaviləsi dövlətlərinin birləşmiş silahlı qüvvələri baş komandanlığının Çexoslovakiyadakı nümayəndəsi təyin olunur.

Azərbaycan Prezidenti Heydər Əliyevin 1997-ci il 17 aprel tarixli sərəncamı ilə Tofiq Ağahüseynov prezidentin hərbi məsələlər üzrə köməkçisi təyin olunur. Eyni zamanda, general-polkovnik rütbəsində Azərbaycan Milli Ordusu sıralarına bərpa edilir. Bu zaman onun 74 yaşı var idi.

O, 12 sentyabr 2017-ci ildə Azərbaycan Respublikası Veteranlar Təşkilatının sədri seçilmişdir. O, 16 yanvar 2021-ci ildə istefa vermişdir.

Tofiq Ağahüseynov 13 may 2021-ci ildə, 98 yaşında vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.İstefada olan general Tofiq Ağahüseynov DƏFN EDİLDİ

Hərbi xidmətindən sonrakı fəaliyyəti Sovet Ordusu sıralarında azad edildikdən sonra T. Ağahüseynov daimi yaşamaq üçün Bakıya qayıdır. İşə düzəlmək barədə Azərbaycan KP MK-nın ozamankı I katibi K. Bağırova dəfələrlə edilən müraciətlər heç bir nəticə vermədi. 1988-ci ilin oktyabrda ona respublikada "Avtomobil həvəskarları" cəmiyyətinə rəhbərlik etməyi təklif etdilər. Bu könüllü cəmiyyət 1974-cü ildə yaradılmışdı. Avtomobil sahiblərini birləşdirirdi. Cəmiyyəti fəaliyyətində əsas məqsəd yol-nəqliyyat hadisələrinin qarşısını almaq idi. Cəmiyyət Respublika DAM ilə sıx əməkdaşlıq edirdi. Cəmiyyətin işinə avtomobil həvəskarlarının geniş dairəsini cəlb etmək məqsədilə həvəskar sürücülərin hazırlığı üzrə kurslar yaradıldı, habelə avtomobil və motosikletlərin iştirakı ilə idman tədbirləri keçirilməyə başladı. Cəmiyyətin tədris avtomaşınları üçün böyük parkı və yaxşı tədris bazası vardı. Bundan başqa respublikanın bütün böyük şəhər və rayonlarda onun filialları fəaliyyət göstərirdi. Yol-qəza hadisələrinin sayını azaltmaq üçün fəal iş aparılırdı. Lakin yenidən qurma ilə əlaqədar cəmiyyət təsərrüfat hesabına keçirildi ki, bu da onun maliyyə imkanlarına mənfi təsir göstərirdi. İdman dərnəkləri maliyyə çatışmazlığı üzündən öz fəaliyyətlərini dayandırmalı oldular, Xalq Cəbhəsinin hakimiyyəti illərində isə onlar bütünlüklə cəmiyyətin gəlirlərindən asılı vəziyyətə düşdülər. Yüksək vergilər ictimai tədbirlər həyata keçirməyə imkan vermirdi. Lakin bu çətinliklərə baxmayaraq T. Ağahüseynov cəmiyyətin fəaliyyətini müəyyən dərəcədə yaxşılaşdıra bildi. Azərbaycan SSR Nazirlər Sovetinin 5 iyun 1974-cü il tarixli qərarı ilə yaradılmış "Avtomobil həvəskarları" könüllü cəmiyyətinə T. Ağahüseynov sədr seçildikdən sonra bu təşkilatın işində böyük dəyişikliklər baş vermişdi. Yol hadisələrini araşdırarkən T. Ağahüseynov uşaqlarla bağlı hadisələri həmişə diqqət mərkəzində saxlamışdır. Gəncə şəhərində yaradılan və öz fəaliyyətini çoxdan dayandırmış uşaq şəhərciyi T. Ağahüseynovun təşəbbüsü ilə bərpa edilmiş, həyata ikinci vəsiqə qazanmışdır.

Rütbələri Leytenant (1942) Mayor (1954) Podpolkovnik (1956) Polkovnik (1960) General-mayor (3 fevral 1968) General-leytenant (5 dekabr 1972) General-polkovnik (6 may 1980)

Mükafatları Müharibə illərində və sonralar dövlətin ali mükafatlarına, orden və medallara layiq görülüb. Qırmızı Bayraq, Oktyabr İnqilabı, Birinci Dərəcəli Vətən müharibəsi, Qırmızı Ulduz ordenləri onun yaxasını bəzəyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 fevral 2008-ci il tarixli Sərəncamı ilə Azərbaycanda hərbi qulluqçuluq sahəsində xidmətlərinə görə "Şöhrət" ordeni ilə, 17 yanvar 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin formalaşdırılmasında və hərbçi kadrların hazırlanmasında xüsusi xidmətlərinə görə "Azərbaycan Bayrağı" ordeni və 31 yanvar 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunmuşdur.general-polkovnik Tofiq Ağahüseynov

Haqqında deyilənlər General Ağahüseynovu tanıyanlar, onunla birgə xidmət edənlər hərbi xidmətləri yanaşı onun insani keyfiyyətlərini də yüksək qiymətləndirmişlər. HHM Qırmızı Bayraqlı Bakı dairəsi hərbi Şurasının üzvləri və dairə komandanı, T. Ağahüseynov haqqında xüsusilə yüksək fikirdə olmuşlar.

General-polkovnik Fyodor Akimoviç Olifirov:

General-polkovnik Stepan Karpoviç Çubarov:

T. Ağahüseynovu yaxından tanıyan Sabir Ələkbərovun fikirləri də maraqlıdır. S. Ələkbərov öz xatirələrində yazır:

Filmoqrafiya Mən Bakıdanam. Tofiq Ağahüseynov (film, 2015)

Mənbə Leytenantdan general-polkovnikədək. — Bakı: "hərbi nəşriyyat", 2001. −184 səhifə

İstinadlar

Xarici keçidlər General-polkovnik Tofiq Ağahüseynovun 95 ilik yubileyi keçirilib 100 ilin generalı Tofiq Ağahüseynov — Sovet ordusunda general-polkovnik rütbəsinə qədər yüksələn azərbaycanlı Память о героях вечна, подвиги их бессмертны https://report.az/herbi-xeberler/istefada-olan-general-polkovnik-vefat-edib/

Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan generalları Kateqoriya:SSRİ Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan uzunömürlüləri Kateqoriya:Azərbaycanlı uzunömürlülər Kateqoriya:Azərbaycan hərbçiləri Kateqoriya:Azərbaycanlı hərbçilər Kateqoriya:İkinci Dünya müharibəsində SSRİ hərbçiləri Kateqoriya:Sov.İKP-nin XXIV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXVI qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXII qurultayının nümayəndələri Kateqoriya:SSRİ general-polkovnikləri