Mini Futbol Liqası — Azərbaycanın həvəskar mini futbol klublarının çıxış etdiyi ən yüksək təbəqədir.

Tarixi Azərbaycanda həvəskar futbolçular üçün Mini Futbol Liqası 2015-ci ildə Sport Marketing Group tərəfindən yaranıb. Turnirin keçirilməsini və nəzarətini MFL həyata keçirir. Turnirə MFL və AFFA nəzarət edirlər.

Müsabiqə formatı Turnir zamanı bütün komandalar A və B adlı 2 konferensiyaya bölünür. Komandalar qrup mərhələdəki oyunlarını bir dövrəli liqa formatında keçirir. Hər bir qrupda daha çox xal toplamış 6 komanda (ümumilikdə iki konferensiyadan 12 komanda) pley-off mərhələsində birbaşa iştirak etmək hüququ qazanır. Hər qrupda 7, 8, 9 və 10-cu yerləri tutan komandalar pley-off mərhələsində iştirak etmək hüququnu verən 4 yer üçün mübarizə aparır (hər konferensiya üzrə 2 yer). Play-off mərhələsində ümumilikdə 16 komanda mübarizə aparır. Komandalar play-off sistemi üzrə məğlub olan komandanın mübarizəni dayandırması şərti ilə hər mərhələdə bir oyun keçirir (reqlamentə əsasən, cavab görüşlərinin keçirilməsi nəzərdə tutulmayıb).

Klublar Konferensiya A

Komanda Ərazi Madridista Bakı Baku Eagles Bakı Peçat Dönər Bakı Cinema Plus Bakı BOS Shelf Bakı Rəcəbspor Bakı Baku Blancos Bakı Sirena Motors Bakı Hyundai Bakı AFFA Boys Bakı Çağırğan Bakı Antique FC Bakı GB Solution Bakı Bakaley Bakı Xəzər FK Bakı İKAU Bakı FC Baku Union Bakı Ataman Bakı Avantaj Bakı VIP FK Bakı Ironfeet Bakı PartApart Bakı Turin Bakı Neftçi Bakı ArchiCO Bakı Baku BG Bakı Səfəvilər Bakı AgroSport Bakı McDonald's Bakı

Konferensiya B Komanda Ərazi Spartalılar Bakı Coca-Cola Bakı Cinema Plus Bakı Astara FK Astara Sabunçu Bakı Universal Bakı Qarabağ FC Bakı Army United Bakı Juventus Baku Bakı Poseidon Bakı Topçular Bakı LSS Bakı Ümid Masallı Masallı Milan Qaradağ Bakı Vapiano Bakı Beerbaşa Bakı Bakı Muğanbank Bakı Qartal 1903 Bakı Galaxy FK Bakı Avanqard FK Bakı Atletiko Mineyro Bakı Biləv Company Bakı Captain FK Bakı Tornado FC Bakı Atilla Bakı Vur Komandir Bakı Forza Neftçi Bakı Gənclik İK Bakı Joga Baku Bakı Maisan Bakı CBC Sport Bakı

Stadionları və yerləri Oyunlar "Sportster" meydançalarında keçirilir.

İstinadlar

Xarici keçidlər Mini Futbol Liqası

* Kateqoriya:Azərbaycanda minifutbol