Robert Kempbell (; 21 fevral 1808, Qlen Layon, Şotlandiya — 9 may 1894, Manitoba) — Şotlandiya əsilli Şimali Amerika tədqiqatçısı və xəz taciri. Həyatı Kempbell 1808-ci ildə Şotlandiyada anadan olmuşdur. O, 22 yaşında ABŞ-yə köçmüş və Hudzon körfəzi şirkətində işləməyə başlamışdır. Kempbell Makkenzi çayının hövzəsinin qərb hissəsini və Liard çayının yuxarı axarını tədqiq etmiş və 1840-cı ildə Yukon çayına çatmışdır. Həmin il Robert Kempbell Franses gölündə şirkətin birinci ticarət postunu yaratmışdır.Ken Spotswood. Before the Klondike Gold Rush  . The Klondike Weekly. O, cənubi Yukonun böyük hissəsini tədqiq etmişdir. Kempbell Makkenzi çayının axını olan Liard çayı üzrə hərəkət edirdi, daha sonra başqa çaya keçdi və onu Pelli adlandırdı, bu çay üzrə o başqa çaya çıxdı və onu Lyuis adlandırdı. Kempbell səyahətini dəyandırmaq qərarına gəldi və Makkenzi çayında yerləşən dayaq məntəqəsinə qayıtdı. Dörd ildən sonra Kempbell Pelli çayının mənsəb hissəsində Fort Selkerk ticarət postunu açmışdır.

1852-ci ildə Kempbell İngiltərəyə getdi və 1854-cü ilə qədər orada qaldı. Şimali Amerikaya qayıtdıqdan sonra o, yenidən Makkenzi çayının rayonuna yola düşür. 1871-ci ildə Hudzon körfəzi şirkətindən ayrıldıqdan sonra Kempbell Şotlandiya və Manitobada yaşamışdır. 1880-ci illərin sonunda o, birdəfəlik Manitobaya köçmüşdür. Robert Kempbell 1894-cü il mayın 9-da vəfat etmişdir.

İstinadlar

Xarici keçidlər Biography at the Dictionary of Canadian Biography Online

Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Birləşmiş Krallıqda doğulanlar Kateqoriya:Manitobada vəfat edənlər Kateqoriya:21 fevralda doğulanlar Kateqoriya:1808-ci ildə doğulanlar Kateqoriya:9 mayda vəfat edənlər Kateqoriya:1894-cü ildə vəfat edənlər