Fiziki xassələri Morfolin zəif balıq qoxusu olan rəngsiz hiqroskopik mayedir. Su, aseton, dietil efiri ilə qarışır.
Kimyəvi xassələri Morfolin ikili aminlərə xas olan əksər kimyəvi reaksiyalara girir. Azot atomundan elektron sıxlığını özünə cəlb edən oksigen atomuna malik olduğuna görə, o, piperidin kimi ikli aminlərin analoqlarına nisbətən daha az nukleofil və daha az əsaslıdırLindsay Smith, J. R.; McKeer, L. C.; Taylor, J. M. (1993), «4-Chlorination of Electron-Rich Benzenoid Compounds: 2,4-Dichloromethoxybenzene», Org. Synth.; Coll. Vol. 8: 167.
Alınması Morfolin dietanolaminin dehidratlaşması və ya bis(2-xloretil)efirinin aminləşməsi ilə alınır.
Təmizlənməsi Morfolini təmizləmək üçün, onu drierit ilə qurudurlar və ehtiyatla hissə-hisə qovurlar. Bundan əlavə morfolini təmizləmək üçün həm də qovmaq, natrium və ya kalium hidroksidlə qurudub, təkrar qovmaq təklif olunur . Tətbiqi Sənaye Morfolin – korroziya inhibitorudur. Morfolin yanacaq sistemlərində pH–ı tənzimləmək və eləcə də nüvə reaktorları sistemində milyonda bir hissələrlə əlavə edilən adi qatqıdır. Morfolinin uçuculuq qabiliyyəti suyun uçuculuq qabiliyyətinə yaxın olduğu üçün ondan istifadə olunur, yəni morfolini suya əlavə etdikdə onun qatılığı suda və buxarda eyni olur. Onun pH–ı tənzimləyici xassəsinə görə buxar generatorundan yayılaraq korroziyadan mühafizə edir. Morfolin yüksək temperatur və təzyiq nəticəsində buxar əmələ gətirən sistemlərdə oksigen olmadığı üçün yavaş-yavaş parçalanır. Ondan CS2 və COS qazlarının təmizlənməsində adsorbent kimi istifadə olunur.
Üzvi sintez Morfolin üzvi sintezdə geniş istifadə olunur. Məsələn, o, linezolid antibiotiki və xərçəng əleyhinə olan Gefitinibin alınmasında əsas reagent kimi istifadə olunur. Morfolin eləcə də enaminlərin alınmasında geniş istifadə olunur . Morfolin Vilqerodt reaksiyası Kindler modifikasiyasında ω-arilalkan turşularının alınmasında amin kimi istifadə edilir . Tədqiqatlarda və sənayedə ucuz olduğuna görə morfolindən kimyəvi reaksiyalarda həll edici kimi geniş istifadə edilir. Təhlükəsizliyi Morfolin asanlıqla alışan mayedir, alışma temperaturu 350C-dir, öz-özünə alovlanma temperaturu 2300C-dir. Onun buxarları tənəffüs yollarını qıcıqlandırır, dəriyə düşdükdə yanıq əmələ gətirir.
Mənbə
1 2 3 4 5 6 7 8 http://www.cdc.gov/niosh/npg/npgd0437.html ↑ Lindsay Smith, J. R.; McKeer, L. C.; Taylor, J. M. (1993), «4-Chlorination of Electron-Rich Benzenoid Compounds: 2,4-Dichloromethoxybenzene», Org. Synth.; Coll. Vol. 8: 167 ↑ М. С. Малиновский. Окиси олефинов и их производные. М., Госхимиздат, 1961, стр. 253 ↑ Гордон А., Форд Р. Спутник химика.//Перевод на русский язык Розенберга Е. Л., Коппель С. И. Москва: Мир, 1976. — 544 с. ↑ Perrin, D. D.; Armarego, W. L. F. Purification of Laboratory Chemicals, 3rd ed.; Pergamon: Oxford, 1988; p 233. ↑ Noyori, R.; Yokoyama, K.; Hayakawa, Y. (1988), «Cyclopentenones from α,α'-Dibromoketones and Enamines: 2,5-Dimethyl-3-Phenyl-2-Cyclopenten-1-one», Org. Synth.; Coll. Vol. 6: 520 ↑ Кнунянц Л.И. Химическая энциклопедия, М. 1988, т.1, стр.366 ↑ Newman, M. S.; Lowrie, H. S. Journal American Chemical Society 1954, 76, p. 6196. ↑ Mayer, R.; Wehl, J. AG(E) 1964, 3, 705. ↑ Гетероциклические соединения, под ред. Р. Эльдерфилда, пер. с англ., т. 6, М., 1960, с. 409-25 ↑ Общая органическая химия, пер. с англ., т. 3, М., 1982, с. 144. А. М. Карпейский
Kateqoriya:Üzvi maddələr Kateqoriya:Oksigen heterosiklləri