Baylakan — orta əsrlərə aid şəhər, indiki Örənqala qədim şəhər yerində, Kür və Arazın qovuşduğu yerə yaxın, tarixi Arran bölgəsində (klassik Qafqaz Albaniyası),Baylaqān — статья из Encyclopædia Iranica. C. E. Bosworth hazırda is müasir Azərbaycanın Mil düzündə yerləşir. Orta əsrlərdə bu şəhər Qafqazdan Yaxın Şərqə gedən yolda böyük ticarət mərkəzi idi.
Qala Sasani şahı I Qubad tərəfindən salınıb. Bir çox tarixçilərin, xüsusilə erməni tarixçilərinin əsərlərində adı çəkilən qalanın Qafqaz Albaniyasının Paytakaran şəhərinin yerində salındığı qeyd edilir. Beyləqan qalası dövrümüzə qədər qorunub saxlanmayıb. Lakin tarixi mənbələrdə onun haqqında kifayət qədər məlumat var. Ərəb səyyahı ibn Xordabeh "Yollar və ölkələr haqqında kitab" əsərində Bərdə və Beyləqan qalalarının təsvirini verib, onların çiy kərpicdən tikildiyini qeyd edib. Qala divarlarının qalınlığı 6 metr olub. 1953-1954-cü illərdə Örənqala ərazisində aprılmış qazıntı işləri zamanı qalanın xarabalıqları aşkar edilib.
İstinadlar
Ədəbiyyat Əhmədov Q.M. Örnəqala. Bakı: 1962,
Xarici keçidlər
Байлакан // Большая советская энциклопедия. — М.: Советская энциклопедия, 1970. — Т. 2. Baylakan şəhəri Azərbaycanda keramika tarixi
Həmçinin bax Paytakaran Sanatruk Örənqala (qədim şəhər yeri) Beyləqan yepiskopluğu
Kateqoriya:Beyləqan rayonunun qalaları Kateqoriya:Məhv olmuş Azərbaycan şəhərləri Kateqoriya:Qafqaz Albaniyası şəhərləri Kateqoriya:V əsrdə yarananlar Kateqoriya:Azərbaycan tarixi Kateqoriya:VI əsrdə yaranan yaşayış məntəqələri Kateqoriya:Paytakaran