Əfqanıstan milli futbol komandası () — Əfqanıstanı beynəlxalq futbol arenasında təmsil edən və Əfqanıstan Futbol Federasiyası tərəfindən idarə olunan milli komanda. Hazırda baş məşqçisi alman mütəxəssis olan Otto Pfisterdir.

Tarixi thumbnail|left|Əfqanıstan milli futbol komandası, 1920-ci illər, Kabil, Əfqanıstan Tarixi qədim olsa da Əfqanıstan milli futbol komandası bir çox illər ərzində fəaliyyətsiz olmuş thumb|280px|Əfqanıstan milli futbol komandası (qırmızı formalı). Əfqanıstan milli futbol komandası hələ 1922-ci ildən mövcud olmuşdur. Lakin ölkənin futbol federasiyası yalnız 1948-ci ildə FİFA-ya üzv ola bilib. 1954-cü ildə isə qurucu üzvlərdən biri kimi Asiya Futbol Konfederasiyasına qatılıb.

1996-2001-ci illərdə ölkədə hakim olan "Taliban" rejiminin təzyiqlərinə məruz qalan milli komanda rəsmi oyunlara çıxmayıb. Nəhayət, 2002-ci ildə Cənubi Koreyada keçirilən Asiya Oyunlarında iştirak edən milli komanda ilk matçında meydan sahibinə 0:2 hesabı ilə məğlub olub. Hazırda bosniya və herseqovinalı baş məşqçi Slaven Slekedziçin çalışdırdığı milli komanda FİFA-nın reytinq cədvəlində 134-cü pillədə yer alıb (2015 sentyabr). Bu siyahıda milli komandanın tarixində ən yüksək göstəricisi 2014-cü ilin aprel ayında qeydə alınmış 122-ci pillədirÜrfan Məmmədzadə. Futbolun acıları unutdurduğu ölkə- YAZI . korner.az, 31.08.2015 . thumb|Baş məşqçi Otto Pfister Əfqanıstan millisinin ən böyük uğuru 2013-cü ildə keçirilən Cənubi Asiya Kubokundakı çempionluqdur və bu, həddindən artıq çətin vəziyyətdə olan ölkə üçün dünya çempionluğuna bərabər nailiyyət hesab olunur. Elə həmin il 2013-cü ilin "Qızıl Top" mükafatının təqdimetmə mərasimində Əfqanıstan Futbol Federasiyasının təmsilçisinə FİFA-nın "feyr-pley" mükafatı verilmişdi.

Stadionu thumbnail|"Qazi" stadionu Əfqanıstan milli futbol komandasının ev oyunlarını keçirdiyi əsas stadion "Qazi" stadionudur. Ölkədəki 2-3 beynəlxalq stadiondan biri olan "Qazi" stadionu hazırda azarkeş tutumuna görə (30000 nəfərStampede in Kabul match . sports.ndtv.com, 25.07.2007 ) ölkənin ən böyük stadionudur. Burada ilk matç 1 yanvar 1941-ci il tarixində Əfqanıstan və İran milli komandaları arasında keçirilmiş və qarşılaşma 0:0 hesabı ilə başa çatmışdır.

2011-ci ildə meydança bərpa edilib - təbii ot örtüyü süni ot örtüyü ilə dəyişdirilib. Bunda əsas səbəb yay aylarında Əfqanıstanda havaların çox isti keçməsi, eləcə də içməli su problemi idi. 15 dekabr 2011-ci ildə isə Əfqanıstan Milli Olimpiya Komitəsi stadionda açılış mərasimi təşkil etdi. Sözügedən mərasimdə ABŞ-nin bu ölkədəki elçisi Ryan Kroker və Əfqanıstan Milli Olimpiya Komitəsinin prezidenti Məhəmməd Zahir Əkbər kimi şəxslər vardı.

Stadiondan hazırda milli komanda ilə yanaşı, qonşu əyalət və ölkələrin qarşılaşmaları üçün də istifadə olunur.

Həmçinin bax Əfqanıstanda futbol Əfqan Premyer Liqası Əfqanıstan Futbol Federasiyası

İstinadlar

Xarici keçidlər

Əfqanıstan Futbol Federasiyasının rəsmi saytı Official website ELORATINGS

Kateqoriya:Asiya milli futbol komandaları Kateqoriya:Əfqanıstanda futbol Kateqoriya:Əfqanıstan milli idman komandaları