– Yaponiyanın Akişima və Taçikava şəhərlərində yerləşən milli hökumət parkı. Parka giriş pulludur (böyüklər üçün 410 yen).

Haqqında Ərazi əvvəlcə Yaponiya hökuməti tərəfindən aviabaza (Taçikava aerodromu) kimi istifadə olunub, İkinci dünya müharibəsindən sonra ABŞ ordusunun nəzarəti altına keçib. 1977-ci ildə Yaponiya hökumətinə qaytarılıb. Ərazinin bir hissəsi hələ də Yaponiya Quru Özünümüdafiə Qüvvələri tərəfindən istifadə olunur, bir hissəsi isə 1983-cü ildə imperatorun qızıl yubileyi münasibətilə xatirə parkına çevrilmişdir.Showa Memorial Park webpage Details | Profile Retrieved on 26 noyabr 2017 Burada İmperator Şovaya həsr olunmuş kiçik muzey var.Showa Memorial Park webpage A zone | Area Guide Retrieved on 26 noyabr 2017

Parkda velosiped kirayələmək mümkündür və istifadə olan velosiped zolağının uzunluğu 11 km təşkil edir. Parkda barbekyu bölgəsi də mövcuddur.

Dekabr ayında Miladla əlaqədar olaraq park xüsusi işıqlandırmaya keçir.

Parka Ome xətti üzərində yerləşən Nişi-Taçikava stansiyası vasitəsilə və ya Taçikava stansiyası ilə Musaşi-Sunaqava stansiyalarında düşüb 15–20 dəqiqə piyada getməklə çatmaq mümkündür.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Yaponiya milli hökumət parkları Kateqoriya:Tokio parkları və bağları Kateqoriya:Taçikava Kateqoriya:Akişima