Tayvanda təhsil () — Tayvanda mövcud olan çoxşaxəli təhsil sistemi.

Təhsil sistemi Tayvanın güclü təhsil sistemi varTəhsil Almaq üçün 7 Ən Yaxşı Asiya Ölkəsi . xaricdetehsil.news, 30.06.2016 .

Tayvan texnologiya və innovasiyalar ilə maraqlanan tələbələr üçün kifayət qədər ideal bir məkandır. Bu ölkə qabaqcıl texno-sənayesi, bir sıra universitetləri ilə məşhurdur. Əcnəbi tələbələr həm təhsil haqqı və həm də yaşayış xərcləri baxımından sərfəli olan Tayvanda oxumağa üstünlük verirlər. Tayvanın 2016-cı ilə aid Asiya reytinqlərində 34 nümayəndəsi var idi ki, onlardan da 5-i ilk 50-likdə yer almışdır.

Ölkənin təhsil sisteminə 3-6 yaşında uşaqların məktəbəqədər tərbiyəsi, 9 illik icbari təhsil, ali təhsil daxildir. 9 illik icbari təhsil də öz növbəsində 6 illik ibtidai məktəb; 3 illik natamam orta məktəb, onu bitirdikdən sonra isə təhsili 3 illik tam orta məktəbdə və ya 3 illik orta peşə məktəbində, yaxud da 5 illik peşə kollecində davam etdirmək olar.

Normativ-hüquqi baza Tayvanda təhsil sistemi tam orta və orta ixtisas təhsili haqqında 2004-cü il tarixli, natamam orta təhsil haqqında 2006-cı il tarixli, qeyri-dövlət məktəbləri haqqında 2006-cı il tarixli, universitetlər haqqında 2007-ci il tarixli qanunlarla tənzimlənir.

Kontingent 2005/2006-cı tədris ilində ölkədə 224 mindən çox uşaq məktəbəqədər tərbiyə, 1 milyon 832 mindən çox şagird ibtidai təhsil, 951 mindən çox şagird natamam orta təhsil, 420,6 mindən çox şagird tam orta təhsil, 331,6 mindən çox şagird orta peşə təhsili, təqribən 1 milyon 260 min tələbə isə ali təhsil alırdı.

Savadlılıq səviyyəsi 2006-cı ilin məlumatlarına əsasən ölkədə 15 yaşdan yuxarı əhalinin savadlılıq səviyyəsi 96,97% təşkil edirdir.

Əsas təhsil müəssisələri Əsas elmi müəssisələr, iri ali məktəblər, kitabxana və muzeylər paytaxt Taybeylə yanaşı Taynan, Tayçjun şəhərlərində yerləşir. thumb|Tayvan Milli Universitetinin hospitalı 1928-ci ildə yaradılmış Tayvan Milli Universiteti Tayvanın Taybey şəhərinin Daan rayonunda yerləşən ali təhsil müəssisəsidirLamiyə Əliyeva, Dünya universitetləri: Tayvan Milli Universiteti , "Azərbaycan müəllimi" qəzeti, 14.10.2011, № 40. . Bu universitet ölkənin və Asiyanın ən nüfuzlu ali təhsil ocaqlarından biridir.

Həmçinin Sinçju şəhərində 1896-cı ildən Szyao Tun və 1956-cı ildən Szınxua milli universitetləri, Szilun şəhərində 1953-cü ildən Milli Okean Universiteti, Qaosyun şəhərində 1954-cü ildən Tibb Universiteti və digərləri fəaliyyət göstərir.

Həmçinin bax Çində təhsil

İstinadlar

Xarici keçidlər ROC Ministry of Education The History of the Ministry of Education Study in Taiwan - Commissioned by the Ministry of Education, Foundation for International Cooperation in Higher Education of Taiwan University of Oregon - Study Abroad Programs at Taipei, National Taiwan University David on Formosa - International students in Taiwan Taiwan looks to double numbers of overseas Mandarin students Foreign student numbers almost double since 2007 TaiWan Advanced Research & Education Network (TWAREN) - run by the National Center for High-Performance Computing The Nationwide Teacher In-Service Education Information Web