Bakının müdafiəsi uğrunda qısametrajlı sənədli filmi 1942-ci ildə Bakı kinostudiyasında istehsal edilmişdir. Filmdə Bakının müdafiəsi uğrunda zəhmətkeşlərin gördükləri təxirəsalınmaz işlər, qazdıqları dərin xəndəklər və s. əks etdirilir.

Məzmun Film adından da göründüyü kimi, Bakı ətrafında müdafiə istehkamlarının qurulmasına, dərin xəndəklərin qazılmasına həsr olunmuşdur. Bu ağır işə minlərlə bakılı kişilər və qadınlar cəlb olunurdu. İnsanlar bu işi böyük həvəslə yerinə yetirirdilər. Fasilə zamanı əsgərlərdən ibarət ansambl burada çalışanlara konsert də verirdi.

İstinadlar

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1942-ci ilin Azərbaycan filmləri 1940-cı illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:1942-ci ilin filmləri Kateqoriya:1942-ci ilin Azərbaycan filmləri