Burak Özçivit () — Türk aktyor və keçmiş model.
Həyatı Əslən Qaziantepli olan aktyor, 2001-ci ildə Kazım İşmen liseyindən məzun olub.
Mərmərə Universitetin gözəl peşələr fakültəsi fotoqrafçılıq ixtisasında oxuyub. 2003-cü ildə "Türkiyənin ən yaxşı modeli" müsabiqəsinə qatılmış və "gələcəyi vəd edən model" seçilmişdir.
Yarışmadan sonra Uğurkan Erez agentliyi ilə işə başlamışdır. Daha sonra modelliyi buraxmış, Uğurkan Erezin agentliyində çalışmışdır.
Daha sonra 2005-ci ildə müsabiqəyə yenidən qatılmış və "Türkiyənin ən yaxşı modeli" seçilmişdir. Bundan sonra "Dünyanın ən yaxşı modeli" müsabiqəsində ikinci yerə çıxmışdır. Fərrux Saraç, Abbat, Tween və Network kimi markaların xarici sərgi nümayişlərində vəzifə almışdır.
2006-cı ildə "Mənfi 18" adlı serialında gənc komissar Muradı canlandırmışdır. 2007-ci ilin noyabrında kinoteatrlarda nümayiş etdirilən "Müsəllət" adlı kino filmində rol almışdır. 2008-ci ildə Kanal D-də göstərilən və rejissoru Kartal Tibet olan "Zorakı ər" adlı serialda rol almışdır. Daha sonra Star Tv-də göstərilən "Xəyanət" serialında rol almışdır.
2008-ci ilin yaz aylarında isə "Ata ocağı" adlı serialda Güvən adlı xarakteri canlandırmışdır. Daha sonra "Qeybətçi qız" adlı xarici serialdan dən ilhamlanılan "Küçük Sırlar" adlı serialda Çetini canlandırmışdır. 2011-ci ildə Muhteşem Yüzyıl serialında Malkoçoğlu xarakterini canlandırdı. 2013 - 2014 illəri arasında Prodüseri Timur Savcı, rejissoru Çağan Irmak olan və Rəşad Nuri Güntekin'in eyni adlı əsərindən üçüncü dəfə uyğunlaşdırılan "Çalıquşu" serialının baş rollarında Fəxriyyə Evcən, Burak Özçivit və Begüm Kütük rol aldılar. 23 yanvar 2015-ci il tarixində viziona girən "Aşk Sana Benzer" adlı kino filmində Burak Özçivit baş rolda olmaqla, Fəxriyyə Evcən, Səlim Bayraktar, Yavuz Bingöl ilə birlikdə rol aldı. 15 yanvar 2016-cı il tarixində viziona girən və illər sonra qarşılaşan iki qardaşın hekayəsinin izah edildiyi "Qardaşım Mənim" adlı sinema filmində Murad Boz və Aslı Ənvər ilə birlikdə baş rolda olmuşdur. 2015-ci ilin oktyabr ayında Star TV-də göstərilməyə başlayan, rejissorluğunu Hilal Saral'ın etdiyi baş rollarında Burak Özçivit və Nəslihan Atagül-ün rol aldığı "Kara Sevda" adlı serialda Zerrin Tekindor, Melisa Aslı Pamuk, Kaan Urgancıoğlu, Burak Sergen, Kürşat Alnıaçık da rol almışdır.
Şəxsi həyatı 2015-ci ildə Fahriyye evcen ilə münasibətləri başladı. 29 İyun 2017 tarixində, Səid Həlim Paşa Yalısında keçirilən mərasimlə evləndi.
Karyera FilmlərŞəkilİlAdıRolu50px 2007 Musallat Suad50px 2013 Zarafa Həsən 50px 2015 Eşq sənə bənzər Balıqçı Əli50px 2016 Qardaşım mənim Haqan50px 2017 Qardaşım mənim 2 Haqan SeriallarİlAdıRolu 2006 Mənfi 18 Murat 2007 Zorakı ər Ömər Özpolat 2008 : 2009 Ata ocağı Güvən 2010 Xəyanət Emir 2010 : 2011 Kiçik Sirlər Çetin Ateşoğlu50px 2011-ci il : 2013 Möhtəşəm Əsr Malkoçoğlu Bali Bey 50px 2013 : 2014 Çalıquşu Kamran50px 2015 : 2017Qara Sevda Kamal Soydere50px2019-Quruluş:OsmanOsman Bəy Reklam FilmləriİlMəhsul 2010 Hobby For Men 2012-2016 Clear Men 2013-2014 Pepsi
Mükafatlar və nominasiyaları İlMükafatlandırma Mərasimi Kateqoriya Layihə Nəticə2012 GQ Men Of The Year Mükafatı Laureatları İlin Oyunçusu Möhtəşəm Əsr 2013 Qalatasaray Universiteti 2012-in Ən-ləri Mükafatları Ən Yaxşı Serial Kişi Oyunçu 2014 12. İlin Ulduzları Mükafatları Ən Bəyənilən Kişi Serial Aktyoru Çalıquşu 13.Magazinci.com İnternet-KİV - (ən Yaxşı) Ən Yaxşı Kişi Serial Aktyoru 4. Elle Style Mükafatları Ellə Style İlin Kişi Aktyoru Körfəz Universiteti 2014-cü ilin Ən-ləri Mükafatları Ən Yaxşı Aktyor 2016 14. İlin Ulduzları Mükafatlarır Ən Bəyənilən Kişi Film Aktyoru Eşq sənə bənzər 4.bilkent Televiziya MükafatlarıƏn Yaxşı Dramatik Aktyor Qara Sevda 23.BTİ-nin EMOS Uğur Mükafatları İlin Ən Uğurlu Kişi Film Aktyoru Eşq sənə bənzər 16.Magazinci.com İnternet-KİV - (ən Yaxşı) İlin Tv Çıxışı Qara Sevda 2.Türkiyə Gənclər Mükafatı Ən Yaxşı Kişi Aktyor Eşq sənə bənzər Egey Universiteti 5.medya Mükafatları Ən Yaxşı Kişi Serial Aktyoru Qara Sevda 10.GSU ən Mükafatları Ən Yaxşı Serial/Kino Aktyoru Eşq sənə bənzər 43.Qızıl Kəpənək MükafatlarıƏn Yaxşı Aktyor Qara Sevda Ən Yaxşı Cüt (Nihan & Kamal)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1984-cü ildə doğulanlar Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Türk kişi modelləri Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:Türkiyə müsəlmanları Kateqoriya:Türkiyənin televiziya aktyorları Kateqoriya:Türkiyə kişi film aktyorları Kateqoriya:İstanbul şəxsləri Kateqoriya:XX əsr müsəlmanları Kateqoriya:XXI əsr müsəlmanları Kateqoriya:XXI əsr Türkiyə aktyorları Kateqoriya:XXI əsr Türkiyə şəxsləri