Omulyax körfəzi — Şərqi Sibir dənizinin şərqində yerləşən körfəz. Xrom Oxu və Merkuşin Oxu yarımadası arasında yerləşir. Materik daxilinə 91 km məsafədə daxil olur. Eni isə 4 km-dir. Sahillərində tundra bitkiləri yayılmışdır. Əsasən hamardır. Bəzi hissələrdə isə hündürlük 30 metrə çatır. Körfəzə Kyuenityax, San-Yuryax, Kustuktax, Merkuşina çayları tökülür. Semdolqen qolu ilə Zapadnı körfəzi birləşir. Körfəz ətrafı bataqlıqlaşmışdır. Körfəzdən şimalda yerləşən göllər: Maloye Merkuşin gölü və Bolşoye Merkuşin gölü. İlin böyük qismi körfəz buzla örtülü olur.
İnzibati cəhətdən Rusiya Federasiyası Saxa Respublikası ərazisinə daxildir.
İstinadlar
Kateqoriya:Şərqi Sibir dənizinin körfəzləri Kateqoriya:Yakutiya körfəzləri