thumb|right|Mürəbbə thumb|Təbrizin müxtəlif mürəbbə növləri thumb|right|Mürəbbə Mürəbbə — meyvələrin çeşidli şəkillərdə şəkərlə qaynadılması ilə hazırlanan şirniyyat. Azərbaycan ərazisində məlum meyvə-giləmeyvələrin hamısı yetişir və becərilir. Ona görə də azərbaycanlılar hələ qədimdən sadə üsullarla meyvə-tərəvəzdən mürəbbə, püre, povidlo, cem və digər məhsullar hazırlamışlar. Azərbaycana şəkər gətirilənə qədər mürəbbə tipli məhsullar şirin meyvə-giləmeyvələrin şirəsi və balla hazırlanırdı. Bu məqsədlə şirin üzüm və ağ tut şirələrindən daha çox istifadə edilir. Ağ tut şirəsi qaynadılıb bir qədər qatılaşdırılır və həmin şirədə iri giləli tut, gilas bişirilib şirin məhsul — "riçal" əldə edilir. İndinin özündə belə bir çox rayonlarda tut və üzüm riçalı bişirilir. VII əsrdə Azərbaycan torpağına şəkər gətirilməyə başlayır və meyvə-giləmeyvədən hazırlanan mürəbbələrin çeşidi ilbəil artır. Eyni zamanda qızılgül ləçəklərindən də mürəbbə hazırlanır. Qızılgül ləçəklərini şəkərlə əzib günəş altında 20 gün saxlamaqla "Gülqənd" adlı şirin ətirli məhsul əldə edilir. "Gülqənd" adlı şirin ətirli məhsul əldə edilir. Gülqənd 7 il saxlandıqdan sonra xalq təbabətində müalicəvi məqsədlə bir çox xəstəliklərə qarşı istifadə olunur. Azərbaycanda müxtəlif meyvə-giləmeyvələrdən və tərəvəzlərdən 35-dən çox çeşiddə mürəbbə hazırlanır. Mürəbbə bütöv və doğranmış meyvə-giləmeyvələrdən və tərəvəzdən hazırlanır. Meyvələr şəkərlə müəyyən qatılığa qədər bişirilir. Mürəbbə bişirdikdə əsas xammallarla yanaşı onu ətirləndirmək üçün hil, mixək, vanilin, ətirşah yarpağı və kristallaşmanın (xarlamanın) qarşısını almaq üçün limon turşusundan istifadə edilir. Əsasən səhər yeməyində olmaqla günün saatlarında da istifadə olunur. Bununla yanaşı, bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Mürəbbə iki cür hazırlanır: ya meyvələr şəkərə qatılıb bir gecə saxlanılaraq qaynadılır, ya da qaynayan şərbətə atılaraq bişirilir. Qaynayıb bişən mürəbbə şüşə qablara yığılaraq qablaşdırılır. Bir çox meyvə və tərəvəzin mürəbbəsi hazırlanır. Bundan başqa gül mürəbbəsində olduğu kimi gülün yarpaqlarının istifadə edildiyi mürəbbə növləri də vardır. Evdarlıqda mürəbbə bişirmək ən vacib işlərdən biri sayılır. Mürəbbəni bişirməyi demək olar hamı bacarır, lakin onun incəliklərini hamı bilmir. Bunu nəzərə alaraq mürəbbə bişirən qadınlara bəzi məsləhətləri vermək lazımdır. Mürəbbə üçün günəşli isti gündə yığılmış meyvələr götürmək daha yaxşıdır. Yağışlı gündə yığılmış meyvə sulu olur, mürəbbə bişirərkən əriyir. Fikir vermək lazımdır ki, mürəbbə bişirələcək meyvələr eyni yetişkənlikdə olsun. Yetişməmiş meyvələr bürüşür və bərk olur. Mürəbbə bişirilən qab alçaq və enli olmalıdır ki, su tez buxarlansın. 2–4 kiloqramlıq ləyənlər daha sərfəlidir. Ondan böyük ləyənlərdə bişirilən çiyələk və moruq kimi zərif mürəbbələr əzilir və cemə oxşayır. Yaxşı olar ki, orta irilikdə olan meyvə-giləmeyvələrdən mürəbbə hazırlansın. Heyva, alma və başqa iri meyvə-tərəvəzlər mütləq dilimlənir. Doğrayarkən heyva, alma və armud qaralmasın deyə onları şərbətə tökənə qədər 0.5–1%-li limon və ya şərabdaşı turşusu məhlulunda saxlamaq lazımdır. Alça, gavalı, göyəm mütləq bir neçə yerdən deşdəklənir ki, meyvənin daxilində şəkər şərbəti daha tez keçsin. Yumşaq meyvələr əhəng məhlulunda saxlanılmalıdır ki, bişmə zamanı dağılmasın. Albalı, gilas və zoğal çəyirdəkli və çəyirdəyi çıxarılıb bişirilir. Mis ləyənlərdə mürəbbə bişirərkən diqqət vermək lazımdır ki, üstündə yaşıl oksidləşmə ləkələri olmasın və çox təmiz olsun.
Mürəbbəni şirə bişirməklə başlayırlar: ləyənə şəkər və su tökür (şəkərin nisbəti və meyvə hər mürəbbə üçün aşağıda ayrıca göstəriləcəkdir), tam əriyənə qədər qaynadırlar. Sonra şirəni odun üstündən götürüb meyvələri ehmallıca ləyənə tökür, 30–40 dəqiqə yenidən qaynadırlar. İlk 5–10 dəqiqə ərzində zəif odda qaynadırlar ki, meyvə köpük verməsin, sonra odu artırmaq olar. Mürəbbə bişirilərkən əmələ gələn köpüyü tez-tez dərin boşqaba yığmaq lazımdır, belə ki, köpüyün altında yığılan şirəni yenidən ləyənə boşaltmaq mümkün olsun. Köpük qaldıqda mürəbbə sonradan qıcqıra bilər. Meyvələr qırışmasın deyə, 5–7 dəqiqədən ləyəni bir neçə dəqiqəliyə odun üstündən götürmək olar, onda qaynama azalar və meyvə şirəni özünə yaxşı çəkər. Heyva və armud mürəbbəsinə azca limon turşusu qatmaq yaxşıdır (1 kq şəkərə çay qaşığının dörddə biri qədər). Limon turşusunu qatmazdan əvvəl bir qədər suda əritmək lazımdır.
Mürəbbənin bişdiyini aşağıdakı qaydada təyin etmək olar
-meyvə və giləmeyvə bişərkən üzə çıxmır və şirənin içində eyni bərabərdə yayılır
-barmaqlar arasında sıxılan bir damcı şirə barmaqlar aralanarkən qopmur, sap kimi dartılır
-nəlbəkiyə tökülmüş bir damcı şirə yayılmır, formasını saxlayır
-bir çox meyvə və giləmeyvələr bişəndə (alma, heyva, ərik, gavalı) şəffaflaşır
Mürəbbə bişəndən sonra onu soyutmaq lazımdır. Soyuyan mürəbbənin üstünü qapaqla örtmək olmaz. Təmiz əski, ya da təmiz kağızla (qəzet olmaz) örtmək kifayətdir. Mürəbbə töküləcək şüşə bankalar çay sodası ilə təmiz yuyulur, üstünə isti su gəzdirəndən sonra qurudulur. Mürəbbəni quru isti bankalara tökərkən fikir vermək lazımdır ki, meyvə və şirə eyni bərabərdə olsun. Əgər mürəbbə xarlanıbsa hər kiloqram mürəbbəyə 3 xörək qaşığı su götürülür, zəif odda qaynara çatdırılır, mürəbbə ləyənə boşaldılır 5–8 dəqiqə qarışdıra-qarışdıra qaynadılır. Əgər mürəbbə qıcqırmağa başlamışsa, onu vaxtı itirmədən yenidən qaynatmaq və hər kiloqramına 200 q şəkər artırmaq lazımdır. Belə mürəbbə bərk köpüklənir, bu vaxt qaynatmanı saxlayıb, köpüyü yığmaq lazımdır. Mürəbbə daha köpüklənmədikdə oddan götürülüb isti-isti bankalara tökülür və soyuyandan sonra əvvəldə göstərdiyimiz kimi bağlanır. Belə mürəbbələri kompot, kisel üçün istifadə etmək olar.
Mürəbbənin az miqdarda şəkərlə bişirilməsi Bundan əvvəlki bütün mürəbbə bişirmə üsullarında müxtəlif meyvə və giləmeyvələrdən mürəbbə hazırlanarkən göstərilirdi ki. hər bir kiloqram hazırlanmış xammala 1,2–1,5 kq bir azda çox şəkər tozu əlavə etmək lazımdır. Bütün reseptlər və hesablamalar ona görə lazım idi ki hazır mürəbbə məhsulunda şəkərin miqdarı 60–70% olsun. Belə vəziyyətdə mürəbbə adi şəraitdə belə yaxşı qalır. Hətta ağzı hermetik bağlanmayan bankada belə yaxşı vəziyyətdə qalır. Eyni zamanda mürəbbəni az şəkər əlavə etməklə də hazırlamaq mümkündür. Belə az miqdarda şəkərlə mürəbbə hazırlamaq üçün konkret bir resept vermək olmaz. Hər bir şəxs özünün zövqünə uyğun istədiyi meyvə və giləmeyvədən mürəbbə hazırlaya bilər. Onu da nəzərə almaq lazımdır ki əgər şəkərin miqdarı həddən çox az olarsa, onda şərbət məhlulu meyvənin tərkibinə istənilən qədər miqdarda daxil ola bilmir və meyvə öz şəffaflığını itirir. Belə mürəbbənin xarici görkəmi xoşa gəlməz və normal mürəbbədən aşağı olur. Ancaq aromatı və tamı yaxşı olacaq. Az miqdarda şəkərlə mürəbbənin hazırlanması, adi halda mürəbbə hazırlamaqdan fərqlənmir. Haçan mürəbbə istənilən bişirmə mərhələsinə çatdıqda onu əvvəldən hazırlanmış bankalara doldurur və qaynar halda bankanın qapağı bağlanaraq, qapağın sterilizə olunması üçün banka ağzı aşağı qoyulur. Adətən bu kifayətdir ki, turş meyvələr yaxşı qalsın. Əgər mürəbbə az miqdarda şəkərdə turşululuğu az olan meyvələrdən hazırlanmışsa onda, həmin mürəbbənin bankada ağzı bağlandıqdan sonra kastrulda temperaturu 90–1000S olan suda 20–25 dəqiqə müddətində sterilizə olunur.
Dondurulmuş meyvə giləmeyvədən mürəbbənin hazırlanması Məlumdur ki, mürəbbə bişirmə zamanı tez-tez meyvə və giləmeyvələrin tərkibindəki nəmlik asanlıqla şərbət məhluluna keçir, nəinki meyvələr şəkəri məhluldan özünə çəkir. Nəticədə mürəbbədə meyvələr quru, büzüşmüş halda, şərbət məhlulu isə artıqlıq təşkil edir. Belə vəziyyətdə mürəbbənin keyfiyyətini aşağı salır (bu haqda əvvəlki səhifələrdə məlumat verilmişdir). Əgər mürəbə üçün hazırlanmış meyvə-giləmeyvələri ev şəraitində olan soyuducunun dondurma kamerasına yerləşdirsək meyvənin yumşaq toxumalarında kiçik mikroskopik məsamələr əmələ gəlir ki, buda bişirmə zamanı şəkərin tez və bərabər miqdarda meyvənin daxilinə nüfüz etməsinə adi şəraitdəki bişirməyə nisbən tez olur. Bu səbəbdən də dondurulmuş meyvələrdən hazırlanmış mürəbbələr zərif, bərabər sıxlığa malik olur, meyvələr bu mürəbbədə çoxlu miqdarda şəkər məhlulunu özünə çəkdiyindən şirəli olur. Dondurulmuş çiyələk, gilənar, gilas, alma, ərik və qara qarağat meyvələrindən yaxşı mürəbbə bişirmək olar. Meyvə və giləmeyvələr tam hazırlandıqdan sonra sıx olmayaraq tez dondurmaq məqsədilə boşqaba və yaxudda metal düzbucaqlı padnosa nazik təbəqədə yığılır. Sonda onu soyuducunun dondurma kamerasına yerləşdirərək 2–4 saat müddətində donana qədər saxlayırlar. Bundan sonra bir başa mürəbbəni bişirməyə başlamaq olar və yaxudda dondurma kamerasında saxlayaraq sonradan bişirmək olar. Bişirmə qabağı meyvə və giləmeyvələr soyuducudan çıxarılaraq otaq temperaturunda 20–30 dəqiqə müddətində az hissədə donun açılmasını həyata keçirlər. Sonda şəkər əlavə edilərək adi mürəbbə kimi bişirirlər.
Növləri
Alma mürəbbəsi Alma mürəbbəsi bişirmək üçün almanın Antonovka, Renet, Simirenko, Anis və başqa sortların meyvələrindən istifadə olunması 110 məsləhətdir. Əgər almanın sortu məlum deyilsə onda həmin meyvədən sınaq üçün bir-iki banka mürəbbə bişirmək lazımdır. İlk növbədə alma yuyulur, qabıqdan təmizlənir və ucu iti olan truba ilə toxumla birlikdə özəyi çıxarılır. Sonra merəbbəni dilimləyirlər dilimlərin qalınlığı 2sm olmalıdır. Əgər almalar böyük deyilsə onda meyvələr yarıya və yaxudda dörd hissəyə bölünür. Doğranmış almaların rənginin qaralması üçün onları dərhal qaynar suda pörtmək lazımdır. Pörtmənin müddəti 3–5 dəqiqə çəkir. Pörtmədən dərhal sonra meyvələr soyudulur ki, meyvələr çox bişməsin. Hansı suda ki, meyvələr pörtülmüşsə, o suyun tərkibində meyvədən oraya keçən şəkər, turşu və sairə qiymətli maddələr olur. Bu səbəbdən də həmin sudan şərbət məhlulu hazırlanmasında istifadə olunur. Bəzən doğranmış almaların dərhal pörtməyə cəlb edilməsi lazım gəlmir. Almaların tez bir zamanda rənginin qaralmasının qarşısını almaq üçün doğranmış almaları hər bir litirində 10–20 qram duz həll olunmuş su məhluluna tökürlər. Belə məhlulda doğranmış almaları 1 saat müddətində saxlamaq olar. Bəzi alma sortlarının meyvələrinin ət hissəsi çox yumuşaq olur. Bu cür alma tikələrini pörtmədən əvvəl ət hissənin sıxlığını bərpa etmək məqsədilə 5 dəqiqə doymuş yeyinti sodası məhlulunda saxlamaq lazımdır. Pörtmədən sonra soyudulmuş alma tikələri yoxlanılır, bişmiş tikələr ayrılır. Normal meyvələr mürəbbə üçün bişirilməyə verilir. 1 kq hazırlanmış alma üçün 1,2–1,3 kq şəkər tozu götürulür. İlk mərhələdə şərbət məhlulu hazırlanır, bu zaman ayrılmış şəkər tozunu 111 700–600 qram götürülür. Pörtmədən sonra normal meyvələrin üzərinə 1–1,5 stəkan su əlavə edilir. Hazırlanmış qaynar şərbət məhlulu doğranmış meyvələrin üzərinə tökülərək 3–4 saat saxlanılır. Sonra zəif alovda 5–8 dəqiqə qaynadırlar. Yenidən 8 sat müddətində soyudularaq dincəlməyə qoyulur. İkinci bişirmə 5–7 dəqiqə davam etdirilir. Bu vaxt qaynama anından hesablanır. Soyumadan sonra ikinci bişirməyə başlayanda şəkər tozunun qalan 600 qramını 0,7–1 stəkan su ilə daha qatı şərbət hazırlanıb 1-ci dəfə bişirilmiş məhsulun üzərinə əlavə edirlər. Bütün bu əməliyyatları bir və iki dəfə həyata keçirilir. Bu cür mərhələli şəkildə bişirmədən hətta tez bişən alma sortlarından keyfiyyətli mürəbbə hazırlamaq olur. Alınan mürəbbə meyvələri gözəl, yarım şəffaf, meyvə tikələri və büzüşməmiş, şərbətin miqdarı isə normal həddə alınmış olur. Əgər mürəbbə üçün istifadə olunan almaların turşululuğu aşağıdırsa, hazırlanan şərbət məhluluna bir az limon turşusu və yaxudda çaxır turşusu duzu əlavə edilir. Bu nəinki mürəbbənin dadını yaxşılaşdırır, eyni zamanda onu qəndləşmədən qoruyur. Bundan əlavə bişirmənin sonuna yaxın oraya vanil az miqdarda əlavə etmək olar.
Ağ zoğal mürəbbəsi Ağ zoğal mürəbbəsi tumlu və tumsuz bişirilir. Şəkərə 2 stəkan su tökülür və şərbət hazırlanır. Şərbətin yarısı əvvəl, yarısı isə 2-ci bişmədən əvvəl zoğalın üzərinə əlavə edilir, 5–8 saat müddətində bişirilir.
Alça mürəbbəsi