Aero L-39 Albatros Çexoslovakiyanın Aero Vodochody şirkəti tərəfindən istehsal olunmuş reaktiv hərbi təlim təyyarəsidir. 1960-cı illərdə dizayn olunmuş Aero L-29 Delfin təlim təyyarəsini əvəz etməsi məqsədilə hazırlanmışdır. L-39 dünyada istehsal olunmuş ilk ikinci nəsil təlim təyyarəsidir. Hərbi təlim təyyarəsi kimi bir çox dövlət tərəfindən hazırda da istismar olunur. Təyyarə ilə bağlı maraqlı məqamlardan biri də təyyarənin NATO kod adının olmamasıdır. Əsasən pilotlar tərəfindən təlim məqsədilə istifadə olunsa da, yüngül hücum təyyarəsi vəzifəsini də icra edə bilər. İstifadəçi ölkələrdən bəzilərinin bu təyyarələrdən ibarət Aerobatika komandaları var.
İstifadəçiləri
Taktiki-texniki xüsusiyyətləri (L-39C) right|350px|Orthographically projected diagram of the Aero L-39 Albatros.
Ümumi göstəriciləri Ekipaj: 2 nəfər Uzunluğu: 12.13 m Qanad uzunluğu: 9.12 m Hündürlüyü: 4.77 m Qanadının sahəsi: 18.8 m² Boş çəki: 3,395 kq Maksimal qalxma çəkisi: 4,700 kq Güc təminatçısı: 2 konturlu Aİ-25TL turbo-reaktiv mühərrik
Uçuş keyfiyyətləri Maksimal sürət: 985 km/s (Mach 0.80) Uçuş məsafəsi: 1,150 km (daxili yanacaqla) 1,750 km (daxili və xarici yanacaqla) Uçuş tavanı: 12000m(praktiki tavan-11,500 m) Yüksəkliyə qalxma sürəti: 180–190 m/s Qanad yüklənməsi: +10 ve -4 Çəkmə gücünün çəkiyə nisbəti: 0.37
Silahlanma Ümumi çəkisi 300 kq-dan çox olmayan raket və ya aviabomba daşıya bilər
Həmçinin bax Aero L-29 Delfin Təlim təyyarəsi Aermacchi M-346 Aerobatika komandalarının siyahısı
İstinadlar
Xarici keçidlər
Aero L-39 Enthusiasts Website Aero L-39 Albatros at Flugzeuginfo.net Aero L-39 Albatros at military-today.com
Kateqoriya:Təyyarələr Kateqoriya:Birmühərrikli reaktiv təyyarələr