Harli adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ada Cekson — Harmsvord eskpedisiyası tərəfindən kəşf edilir. Federik Cekson tərəfindən britaniyalı həkim Corc Harlinin şərəfinə adlandırılmışdır.
Yerləşməsi Ada Ziçi adaları qrupuna daxildir. Cekson adasından 15 km şərqdə yerləşir. Cənubunda Levanev, şimal-şərqində isə Ommani adası yerləşir.
Təsviri Ada ərazisi əsasən hamardır. Mərkəzində 82 m hündürlüyə malik zirvə vardır. Şimalı ilə cənubu arasında məsafə 10 km-dir. Adanın şimalında yerləşən Şirşov gölü sahilində geodeziya məntəqəsi vardır.
İstinadlar
Xəritə Xəritə
Kateqoriya:Barens dənizi adaları Kateqoriya:Frans-İosif Torpağı adaları Kateqoriya:Rusiyanın kimsəsiz adaları Kateqoriya:Şimal Buzlu okeanın yaşayış olmayan adaları Kateqoriya:Arxangelsk vilayətinin yaşayış olmayan adaları