250px|thumb|FİBA şərəf zalı Beynəlxalq Basketbol Federasiyasının (FİBA) şərəf zalı 2007-ci ildə İspaniyanın Alkobendas şəhərində açılmışdır.Díaz-Miguel, F. Martín, Saporta y A. López, españoles en Salón de la Fama , ACB.com, 1 de marzo de 2007 Şərəf zalının əsas vəzifəsi beynəlxalq basketbol tarixində xüsusi xidmətləri olan insanların fəaliyyətini əbədiləşdirməkdir. Müasir dövrdə Şərəf zalı 4 kateqoriya şəxslərin xidmətlərini əhatə edir: oyunçular, məşqçilər, hakimlər və məmurlar. Hər iki ildən bir Şərəf zalının üzvlüyünə yeni üzvlər qəbul olunur.
ABŞ-nin hüdudlarından kənarda ilk basketbol muzeyinin yaradılması ideyası 1991-ci ildə məşhur ispan məşqçisi Pedro Fernandes tərəfindən irəli sürülmüşdür. 1999-cu ildə FİBA Şərəf zalı layihəsinin yaradılmasına dair layihə bu təşkilat tərəfindən təsdiq olunmuşdur. Şərəf zalının açılışı mərasimi 2007-ci ildə olmuş və FİBA-nın 75 illik yubileyinə həsr olunmuşdur. Şərəf zalının binası dörd mərtəbəlidir və 2000 kvadrat metrlik sahəni əhatə edir.
Şərəf zalı siyahısına daxil olanlar Oyunçular Avstraliya, Endruyu Qeyz (2013), Mişel Timms (2016) Anqola, Jak-Jak Konseysan (2013) Argentina, Rikardo Qonsales (2009), Oskar Furlonq (2007) Bolqarıstan, Vanya Voynova (2007) Bosniya və Herseqovina, Mirzə Delibaşiç (2007), Raziya Myanoviç (2017) Braziliya, Paula Qonsalves (2013), Qostenziya Markarı (2007), Amauri Pazos (2007), Ubiratan Pereyra (2009), Oskar Şmidt (2010) Yunanıstan, Nikos Qalis (2007), Panayotis Fasulas (2016) İsrail, Miki Berkoviç (2017) İspaniya, Fernando Martin (2007), Emiliano Podriges (2007), Xuan Antonio San-Epifanio (2016) İtaliya, Pyerluici Marsorati (2007), Dino Meneqin (2010), Liliana Ronketti (2007) Kuba, Ruperto Errara Tabio (2015) Latviya, Valdis Valters (2017), Ulyana Semyonova (2007) Litva, Şarunas Marçyulyonis (2015), Alvidas Sabonis (2010) Meksika, Manuel Para (2016) Nigeriya, Xakim Olacyuvon (2016) Yeni Zelandiya, Pero Kameron (2017) Puerto-Riko, Teofilo Krus (2007) Rusiya, Aleksandr Belov (2007), Sergey Belov (2007), Natalya Zasulskaya (2010), Vladimir Tkaçenko (2015) Serbiya, Vlade Divas (2010), Drajen Dalipaqiç (2007), Draqan Kiçanoviç (2010), Padivoy Koraç (2007), Slavniç Zoran (2013) Sloveniya, İvo Daneu (2007) ABŞ, Maykl Cordan]] (2015), Enn Donovan (2015), Enn Meyers (2007), Şeril Miller]] (2010), Şakil О’Nil]] (2017), Bill Rassel (2007), Oskar Robertson] (2009), Devid Robinson (2013), Tereza Edvards (2013) Fransa, Antuan Riqodo (2015), Ceki Şazalon (2009) Xorvatiya, Toni Kukoç (2017), Drajen Petroviç (2007), Kreşimir Çosiç (2007)
Məşqçilər Avstraliya, Lindsi Qeyz (2010), Cen Stirlinq (2015) Argentina, Xorxe Uqo kanavesi (2016) Braziliya, Toqo Renan Soares "Kanela" (2007) İtaliya, Cankarlo Primo (2007), Çezare Pubini (2013) İspaniya, Antonio Dias-Migel (2007), Pedro Ferrandis (2009) Kanada, Cek Donoxyu (2013) Rusiya, Lidiya Llekseyeva (2007), Yevgeni Qomelski (2010), Aleksandr Qomelski (2007), Vladimir Kondraşin (2007) Serbiya, Ranko Jeravisa (2007), Duşan İvkoviç (2017), Aleksandar Nikoliç (2007) ABŞ, Henri Ayba (2007), Kay You (2009), Pit Nyuell (2009), Din Smit (2007) Xorvatiya, Mirko Novosel (2010)
Xarici keçid FİBA şərəf zalının rəsmi saytı
İstinadlar Kateqoriya:İdman mükafatları Kateqoriya:Basketbol mükafatları Kateqoriya:İspaniya muzeyləri Kateqoriya:İspaniyada basketbol