45 il filmi rejissor Endryu Heyq tərəfindən 2015-ci ildə ekranlaşdırılmışdır. Əsas rolları Şarlotta Remplinq və Tom Kortni ifa edirlər.

Məzmun Keyt və Ceff Merser cütlüyü uşaqsız ailədir. Onlar 45 illik evliliklərini təntənəli qeyd etməyə hazırlaşırlar. Ceffin aldığı məktub hadisələrin məcrasını dəyişir. Məktubda Ceffin keçmiş sevgilisi olan alman əsilli Katinin Alp dağlarında meyitinin tapıldığı yazılır. Hadisə Ceffin Keytlə evliliyindən 5 il əvvəl baş vermişdi. O zaman Katinin meyiti taplmamışdı.

Evlilik ildönümünə hazırlaşan Ceffin Kati ilə bağlı xatirələri aldığı məktubdan sonra yenidən canlanır, öz-özünə bu sualı verir — "Kati ölməsəydi görəsən, həyatı necə olardı?". Ceff Keytlə münasibətinə yenidən nəzər yetirməli olur..

Rollarda Şarlotta Remplinq — Keyt Merser Tom Kortni — Ceff Merser Ceraldin Ceyms — Lena Dolli Uells — Selli Devid Sibli — Corc

Həmçinin bax Böyük Britaniya filmlərinin siyahısı

İstinadlar

Kateqoriya:2015-ci ilin filmləri Kateqoriya:Böyük Britaniya filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Hekayə əsasında çəkilmiş filmlər Kateqoriya:İngilis dilində romantik dram filmləri Kateqoriya:İngiliscə müstəqil filmlər Kateqoriya:Norfolkda çəkilən filmlər Kateqoriya:Birləşmiş Krallığın dram filmləri Kateqoriya:Britaniyanın melodram filmləri Kateqoriya:Dramlar Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:Film4 Productions filmləri Kateqoriya:2015-ci ilin müstəqil filmləri Kateqoriya:2010-cu illərin Böyük Britaniya filmləri