OSS 117: Qahirə – casus yuvası filmi rejissor Mişel Hazanaviçus tərəfindən 2006-cı ildə ekranlaşdırılmışdır. Əsas rolları Jan DüjardenBerenis BejoOr Atika ifa edirlər.
Məzmun Hadisələr 1955-ci ildə Misirdə cərəyan edir. Burada taxtdan düşmüş Faruk yenidən taxt-tacı ələ keçirmək istəyir, dini sekta olan "Xeopsun qartalları" da hakimiyyətə can atır. Fransız hökuməti Qahirədə qayda-qanun yaratmaq üçün ən yaxşı casusunu-Agent 117-ni oraya göndərir. Yuber (Agent 117) zarafatı və əyləncəni sevir. Burada bir neçə şəxslə tanışlıqdan sonra vəziyyəti öyrənir. Onun köməkçiləri misirli casus qadın Larmina və ingilis casusu "inkoqnito"dur. Beləliklə, Yuberi bir çox macəralar gözləyir.
Rollarda Jan Düjarden — Agent 117 Berenis Bejo — Larmina El Akmar Betuç Or Atika — şahzadə Taruk Filipp Lefevr — Cek Cefferson Loren Batye — qarderobçu Konstantin Aleksandrov — Saqdiyev Riçard Sammel- — Moler
Həmçinin bax Fransa filmlərinin siyahısı
Xarici keçid Filmi izlə (azərbaycan dilində)
Kateqoriya:2006-cı ilin filmləri Kateqoriya:Fransa filmləri Kateqoriya:Ərəbcə filmlər Kateqoriya:Fransızca filmlər Kateqoriya:Fransanın komediya filmləri Kateqoriya:Paris haqqında filmlər Kateqoriya:Berlin haqqında filmlər Kateqoriya:Mişel Hazanaviçusun filmləri Kateqoriya:Fransız romanlarının ekranlaşdırılması Kateqoriya:Uydurma gizli agentlər və cəsuslar