Azərbaycan 2021-ci ilin 25 avqust–6 sentyabr tarixlərində Yaponiyanın Tokio şəhərində baş XVI Yay Paralimpiya Oyunlarında 36 idmançı ilə 6 idman növündə təmsil olundu.
Azərbaycan Milli Paralimpiya Komandası XVI Yay Paralimpiya Oyunlarını 19 medalla (14 qızıl, 4 gümüş və 4 bürünc) başa vurdu. Komandanın heyətində cüdoçular Şahanə Hacıyeva (qızıl), Vüqar Şirinli (qızıl), Sevda Vəliyeva (qızıl), Xanım Hüseynova (qızıl), Hüseyn Rəhimli (qızıl), Dursədəf Kərimova (qızıl), Namiq Abaslı (bürünc) və İlham Zəkiyev (bürünc), yüngül atletlər Lamiyə Vəliyeva (qızıl və gümüş), Həmid Heydəri (qızıl), Elvin Astanov (qızıl), Orxan Aslanov (qızıl), Səid Nəcəfzadə (bürünc), üzgüçülər Roman Saleh (üç qızıl) və Vəli İsrafilov (qızıl), həmçinin pauerliftinqçi Pərvin Məmmədov (bürünc) medala sahib oldu.
XVI Yay Paralimpiya Oyunlarında 14 qızıl, 1 gümüş və 5 bürünc medala sahib olan Azərbaycan Milli Paralimpiya Komandası medalların əyarına görə 10-cu pillədə, medalların sayına görə isə 20-ci pillədə qərarlaşdı.
Medalçıların siyahısı Azərbaycan Milli Paralimpiya Komandası XVI Yay Paralimpiya Oyunlarını 19 medalla (14 qızıl, 4 gümüş və 4 bürünc) başa vurdu. Komandanın heyətində cüdoçular Şahanə Hacıyeva, Vüqar Şirinli, Sevda Vəliyeva, Xanım Hüseynova, Hüseyn Rəhimli və Dursədəf Kərimova, yüngül atletlər Lamiyə Vəliyeva, Həmid Heydəri, Elvin Astanov və Orxan Aslanov, üzgüçülər Roman Saleh və Vəli İsrafilov Paralimpiadanın qalib oldu.
Cüdo üzrə Azərbaycan yığması 6 qızıl və 2 bürünc medalla medal sıralanmasında birinci pillənin sahibi oldu. Yüngül atletlərdən ibarət yığma dörd qızıl, bir gümüş və bir bürünc medala, üzgüçülərdən ibarət yığma dörd qızıl medal, pauerliftinqçilərdən ibarət yığma isə bir bürünc medalla turniri başa vurdu.
Üç qızıl medala sahib olan üzgüçü Roman Saleh, bir Paralimpiada da üç qızıl medala sahib olan birinci Azərbaycan idmançısı oldu.
MedalMedalçıİdman növüYarışTarix25x25pxŞahanə HacıyevaCüdoQadınlar, −48 kq.27 avqust25x25pxRoman SalehÜzgüçülükKişilər, 100 m., arxasıüstə, S1225x25pxVüqar ŞirinliCüdoKişilər, −60 kq.25x25pxSevda VəliyevaCüdoQadınlar, −57 kq.28 avqust25x25pxXanım HüseynovaCüdoQadınlar, −63 kq.25x25pxHüseyn RəhimliCüdoKişilər, −81 kq.25x25pxHəmid HeydəriYüngül atletikaKişilər, nizə atma, F5725x25pxElvin AstanovYüngül atletikaKişilər, nüvə itələmə, F5329 avqust25x25pxDursədəf KərimovaCüdoQadınlar, +70 kq.25x25pxRoman SalehÜzgüçülükKişilər, 100 m., sərbəst, S1231 avqust25x25pxVəli İsrafilovÜzgüçülükKişilər, 100 m., brass, SB121 sentyabr25x25pxRoman SalehÜzgüçülükKişilər, 100 m., batterflay, S123 sentyabr25x25pxLamiyə VəliyevaYüngül atletikaQadınlar, 400 m., T134 sentyabr25x25pxOrxan AslanovYüngül atletikaKişilər, uzunluğa tullanma, T1325x25pxLamiyə VəliyevaYüngül atletikaQadınlar, 100 m., T1331 avqust25x25pxPərvin MəmmədovPauerliftinqKişilər, 49 kq.26 avqust25x25pxNamiq AbaslıCüdoKişilər, −66 kq.27 avqust25x25pxİlham ZəkiyevCüdoKişilər, +100 kq.29 avqust25x25pxSəid NəcəfzadəYüngül atletikaKişilər, uzunluğa tullanma, T1230 avqust
İdman növləri üzrə medal sıralanması #İdman növü18x18px18x18px18x18px1.Cüdo6022.Yüngül atletika4113.Üzgüçülük4004.Pauerliftinq001
İdmançılar üzrə medal sıralanması #İdmançı18x18px18x18px18x18px1.Roman Saleh3002.Lamiyə Vəliyeva110
Komandanın heyəti thumb|362x362px|alt=|Azərbaycan Milli Paralimpiya Komandası XVI Yay Paralimpiya Oyunlarının açılış mərasimində İdman mütəxəssislərinin rəylərinə əsasən Azərbaycan XVI Yay Paralimpiya Oyunlarına tarixinin ən iddialı heyətilə yollandı.
Azərbaycan XVI Yay Paralimpiya Oyunlarında 6 idman növü üzrə 36 idmançı ilə təmsil olundu. Bu Azərbaycanın Paralimpiya Oyunlarında ən çox idmançı ilə təmsil olunduğu turnir oldu. Bundan əvvəl Azərbaycan 2016-cı ildə Rio-de-Janeyro şəhərində (Braziliya) baş tutan Paralimpiya Oyunlarında 22 idmançı ilə təmsil olundu. Komandanın heyətində 36 idmançıdan 12-si qadın idi. Bu da Azərbaycanın Paralimpiya Oyunları tarixində ciddi uğur idi. Bundan əvvəl 2012 və 2016-cı illərdə baş tutan turnirlərdə Azərbaycanı cəmi 5 qadın idmançı təmsil edirdi.
Azərbaycan 2012 və 2016-cı illərdə Paralimpiya Oyunlarında oxatma turnirində təmsil olunsa da, bu səfər heç bir idmançı bu idman növü üzrə vəsiqə qazana bilmədi. Əvəzində Azərbaycan Paralimpiya Oyunlarında birinci dəfə taekvondo idman növü üzrə təmsil olundu. Azərbaycan yığmasının heyətində ən çox yüngül atletlər — 12 nəfər və cüdoçular — 11 nəfər yer aldı.
Komandanın heyətində 36 idmançıdan 24 nəfəri Paralimpiya Oyunlarının debütantı idi. Paralimpiada təcrübəsi olan 12 idmançıdan 8 nəfəri isə bundan əvvəl turnirdə medallara da sahib olmuşdu — Paralimpiadanın qalibləri İlham Zəkiyev (cüdoçu), Oloxan Musayev (yüngül atlet), Ramil Qasımov (cüdoçu), gümüş medalçılar Yelena Çebanu (yüngül atlet), Yelena Taranova (atıcı), Kamil Əliyev (yüngül atlet), Roman Saleh (üzgüçü) və Həmid Heydəri (yüngül atlet).
Komandanın heyətində milliləşdirilən idmançılar da var idi. Dörd il əvvəl Rio-de-Janeyro şəhərində (Braziliya) baş tutan Paralimpiya Oyunlarında Azərbaycan yığmasının heyətində dörd milliləşdirilən idmançı yer almışdısa, bu səfər bu idmançıların sayı üç idi — yüngül atlet Yelena Çebanu (Ukraynadan), üzgüçü Roman Saleh (Belarusdan) və yüngül atlet Həmid Heydəri (İrandan). Milliləşdirilən idmançılardan Roman Saleh üç qızıl medala, Həmid Heydəri isə bir qızıl medala sahib oldu.
Komandanın ən gənc üzvü 17 yaşlı üzgüçü Dana Şandıbina, ən yaşlı üzvü isə 60 yaşlı atıcı Yelena Taranova oldu.
Azərbaycan bayrağını XVI Yay Paralimpiya Oyunlarının açılış mərasimində 2008-ci il Paralimpiadasının qalibi olan yüngül atlet Oloxan Musayev, bağlanış mərasimində isə 2020-ci il Paralimpiadasının qalibi olan yüngül atlet Lamiyə Vəliyeva apardı.
Azərbaycan Milli Paralimpiya Komandasının turnirdə şüarı "Yenilməzlər zəfər doğru !" oldu.
Azərbaycan Milli Paralimpiya Komandasının heyəti
Nəticələri Atıcılıq
Q — növbəti mərhələyə adladı
thumb|260x260px|alt=|2000–2020-ci illərdə baş tutan altı Paralimpiya Oyunlarında mübarizə aparan veteran idmançı, 60 yaşlı Yelena Taranova XVI Yay Paralimpiya Oyunlarında atıcılıq idman növü üzrə turnirlər 30 avqust-5 sentyabrda baş tutdu. Azərbaycanı bu idman növü üzrə 2 idmançı təmsil etdi: Kamran Zeynalov və Yelena Taranova.
Kamran Zeynalov və Yelena Taranova 2019-cu ildə Sidney şəhərində (Avstraliya) baş tutan atıcılıq üzrə Dünya Çempionatının nəticələrinə əsasən Paralimpiya Oyunlarına vəsiqə qazandı. Paralimpiadadan əvvəl Kamran Zeynalov və Yelena Taranova iyulda Novi-Sad şəhərində (Serbiya) baş tutan Qran-Pri turnirində mübarizə apardı.
Avqsutun 31-də Kamran Zeynalov və Yelena Taranova 10 metr məsafəyə tapança ilə atəş turnirlərində mübarizə apardı. Əvvəlcə təsnifat mərhələsində 2000-ci il Sidney Paralimpiadasının gümüş medalçısı Yelena Taranova çıxış etdi və 538 xalla 18 idmançı sırasında 16-cı pillənin sahibi oldu. Bununla da Taranova final mərhələsinə vəsiqə qazana bilmədi. Daha sonra isə Kamran Zeynalov mübarizə apardı və 542 xal topladı. Bu nəticəyə əsasən Zeynalov təsnifat mərhələsini 27 idmançı sırasında 22-ci pillədə başa vurdu və o, da final mərhələsinə vəsiqə qazana bilmədi.
Sentyabrın 2-də isə Yelena Taranova 25 metr məsafəyə tapança ilə atəş turnirində çıxış etdi. Təsnifat mərhələsində Yelena Taranova 516 xal topladı və 30 idmançı sırasında 28-ci pillənin sahibi oldu. Bununla da o, növbəti dəfə final mərhələsinə vəsiqə qazana bilmədi.
Kamran Zeynalov və Yelena Taranova sentyabrın 4-də sonuncu turnirlərində mübarizə apardı. 50 metr məsafəyə tapança ilə atəş turnirində Kamran Zeynalov 518 xal topladı və təsnifat mərhələsini 20-ci pillədə başa vurdu. Yelena Taranova isə həmin turnirdə 502 xal topladı və təsnifat mərhələsində 34 idmançı sırasında 28-ci pillənin sahibi oldu. Həm Kamran Zeynalov, həm də Yelena Taranova final mərhələsinə vəsiqə qazana bilmədi.
İdmançıYarışTəsnifat mərhələsiFinalYerNəticəYerKişilərKamran Zeynalov10 m., tapança, SH154222N/A50 m., tapança, SH151820N/AQadınlarYelena Taranova10 m., tapança, SH153816N/A25 m., tapança, SH151628N/A50 m., tapança, SH150228N/A
Cüdo
Qəl. — qalib gəldi Məğ. — məğlub oldu
thumb|304x304px|alt=|XVI Yay Paralimpiya Oyunlarının qızıl medalına sahib olan cüdoçu Şahanə Hacıyeva XVI Yay Paralimpiya Oyunlarında cüdo idman növü üzrə turnirlər 27 – 29 avqustda baş tutdu. Azərbaycanı bu idman növü üzrə 11 idmançı təmsil etdi: Vüqar Şirinli, Namiq Abaslı, Ramil Qasımov, Hüseyn Rəhimli, Kənan Abdullaxanlı, İlham Zəkiyev, Şahanə Hacıyeva, Bəsti Səfərova, Sevda Vəliyeva, Xanım Hüseynova və Dursədəf Kərimova.
İyunun 29-da Azərbaycan Milli Paralimpiya Komitəsi XVI Yay Paralimpiya Oyunlarına vəsiqə qazanan 11 idmançının adını elan etdi. Həmin idmançılar Dünya və Avropa Çempionatlarında, beynəlxalq turnirlərdə topladığları reytinq xalları hesabına Paralimpiya Oyunlarına vəsiqə qazandı.
Avqustun 27-də Vüqar Şirinli (-60 kq.), Namiq Abaslı (-66 kq.), Şahanə Hacıyeva (-48 kq.) və Bəsti Səfərova (-52 kq.) mübarizə apardı. 2016-cı ildə Kazan şəhərində (Rusiya) baş tutan cüdo üzrə Avropa Çempionatının bürünc medalına sahib olan Vüqar Şirinli, Paralimpiadanın 1/4 final mərhələsi çərçivəsində Türkiyə nümayəndəsi Rəcəb Çiftçi ilə üz-üzə gəldi. Son Dünya Çempionatının finalçısı olan Rəcəb Çiftçi ilə görüşdə Vüqar Şirinli rəqibinə ipponla qalib gəldi və Paralimpadanın yarım-final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi 2016-cı il Rio-de-Janeyro Paralimpiadasının bürünc medalına sahib olan Rumıniya təmsilçisi Alex Bologa ilə üz-üzə gəldi. Həmin görüşdə Vüqar Şirinli rəqibinə vaza-ari ilə qalib gəldi və Paralimpiadanın final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Qazaxıstan nümayəndəsi Anuar Sarıyev oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün sonuna 20 saniyə qala Vüqar Şirinli rəqibinə ipponla qalib gəldi və XVI Yay Paralimpiya Oyunlarının qalibi oldu. Vüqar Şirinli final görüşündən sonra müsahibəsində bunları bildirdi: "çempion olduğum üçün çox şadam. Bu mənim məqsədim idi. Yaponiyada bayrağımızı dalğalandıra bildiyim üçün şadam.".
Namiq Abaslı isə Paralimpiadanın 1/4 final mərhələsi çərçivəsində İspaniya nümayəndəsi Serxio İbanez ilə üz-üzə gəldi və rəqibinə məğlub oldu (00:01). Rəqibi finala vəsiqə qazandığı üçün Namiq Abaslı təsəlliverici qrupda mübarizə apardı. Təsəlliverici qrupun birinci görüşündə onun rəqibi Puerto-Riko təmsilçisi Luis Yabdiel Perez oldu. Həmin görüşdə rəqibinə ipponla qalib gələn Namiq Abaslı, növbəti mərhələdə Rusiya Milli Paralimpiya Komitəsinin nümayəndəsi Victor Rudenho ilə üz-üzə gəldi. Həmin görüşdə də rəqibindən üstün olan Namiq Abaslı, bürünc medal uğrunda görüşə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi 2012-ci il London Paralimpiadasının qalibi olan Ukrayna təmsilçisi David Xorava oldu. Həmin görüşdə rəqibinə vaza-ari ilə qalib gələn Namiq Abaslı, XVI Yay Paralimpiya Oyunlarının bürünc medalına sahib oldu.