Edvin Herbert Holl (; ) — amerikalı fizik; 1880-ci ildə C. Hopkins Universitetini bitirmiş və 1881–1921-ci illərdə Harvard Universitetində çalışmışdir. Əsas tədqiqat mövzuları: termoelektrik, metalların elektrik və istilikkeçirməsi, dəmirdə termomaqnit və elektromaqnit effektləri. O, 1879-cu ildə qalvanomaqnit hadisələri arasında ən vacib olan — maqnit sahəsində yerləşən, cərəyan axan keçiricidə maqnit sahəsinə və cərəyana perpendikulyar istiqamətdə elektrik sahəsinin yaranmasını kəşf edib.

İstinadlar

Həmçinin bax Holl effekti Holl çeviricisi

Kateqoriya:ABŞ fizikləri