Saadabad sarayı ( Majmue ye Sa’dābād) – Qacar və Pəhləvi şahları tərəfindən tikilmiş 300 hektarlıq saray kompleksi. İranın Tehran ostanının paytaxtı Şemiran şəhərində yerləşir. Hazırda İran prezidentlərinin iqamətgahı bu saray kompleksinə bitişikdir.
Kompleksə sahəsi 300 hektardan çox olan təbii meşə, küçələr, kəhrizlər, qalereyalar və muzeylər daxildir
Tarixi Kompleks ilk öncə Qacarlar tərəfindən XIX əsrdə tikilmiş və istifadə olunmuşdur. Daha sonra Rza şah Pəhləvi 1920-ci illərdə burada yaşamış, Məhəmməd Rza Pəhləvi 1970-ci illərdə buraya köçmüşdür. 1979-cu il inqilabından sonra saray kompleksi muzeyə çevrilmişdir.
Hazırkı istifadəsi Hazırda kompleksin hissələri muzeydir və turistlər ətrafda dolaşa bilərlər. Saray kompleksi İran Mədəni İrs Təşkilatı tərəfindən idarə olunur. Ölkənin bir çox artefakt, yer və mədəni aspektlərinə nəzarət bu təşkilata məxsusdur.
Yerlər
Kompleksə girişlər Nizami darvazası (Rza şah Pəhləvi bu darvazadan daxil olmuşdur) Zəfəraniyə darvazası (prezident girişi) Dərbənd küçəsi darvazası (Məhəmməd Rza Pəhləvi bu darvazadan daxil olmuşdur) Dərbənd meydanı darvazası Cəfərabad darvazası (1-ci) Cəfərabad darvazası (2-ci) Çay darvazası Ağ ev darvazası
Əsas tikililər thumb|Ağ evdə Fars mifologiyasının təsvirləri thumb|Oxçu Araş heykəli Əhməd Şah Qacar evi Yaşıl ev Mellat muzeyi Ağ ev (Məhəmməd Rza Pəhləvi və Fərəh Pəhləvi burada yaşamışdırlar) Təbiət Tarixi Muzeyi Xüsusi ev, hazırda prezidentlik tərəfindən istifadə olunur. Təsviri İncəsənət Muzeyi Qara ev Antropologiya muzeyi Şəms evi (Şəms Pəhləvinin şərəfinə adlandırılıb) Şüşəçilik və Əl İşləri Muzeyi Əşrəf muzeyi (Məhəmməd Rza Pəhləvinin şərəfinə adlandırılıb). İslah 36 binası (hökumət agentliyi) Qulam Rza evi (Qulam Rza Pəhləvinin şərəfinə adlandırılıb). Ana Kraliça evi Prezidentlik təşkilatı tərəfindən istifadə olunur. Əhməd Rza evi (Rza şah Pəhləvinin oğlu şərəfinə adlandırılıb. Prezidentlik təşkilatı tərəfindən istifadə olunur Kompleks administrasiyası Abdul Rza evi (Rza şah Pəhləvinin oğlu Abdul Rza Pəhləvinin şərəfinə adlandırılıb). Məşq mərkəzi
Qalereya
Xarici keçidlər
Rəsmi veb-saytı
Kateqoriya:İran memarlığı Kateqoriya:İran sarayları Kateqoriya:Qacarlar dövründə tikilən abidələr Kateqoriya:XIX əsrdə tamamlanmış evlər