Konstantin İvanoviç Sençixin ( ) — Azərbaycan SSR əməkdar memarı, Bakı şəhərində bir çox binaların müəllifi, Bakımetrolayihənin direktoru, "Yalançı Bakı" layihəsinin memarı.

Gənclik, Xətai və 20 yanvar metrostansiyalarının memarıdır.

Həyatı və fəaliyyəti Sençixin Konstantin İvanoviç 1905-ci ildə Bakı şəhərində dünyaya gəlib. Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. Mikayıl Hüseynov və Sadıq Dadaşovla eyni qrupda təhsil alıb.

Sençixinin ilk işi Sabunçuda tikilmiş fabrika mətbəxdir. Bu həm də onun diplom işi idi. Daha sonra onun layihəsi ilə Suraxanıda da fabrika-mətbəx tikilir. Tikilmiş fabrika-mətbəxin şəkilləri 1934-cü ildə "Arxitektura SSSR" jurnalının 6-cı sayında yayımlanır.

Fəaliyyət göstərdiyi illər ərzində Bakı şəhərində onun layihələri əsasında Azərbaycan Tibb İnstitutunun binası, "Dinamo" İdman Kompleksi, Azərbaycan Müdafiə Nazirliyinin binası, Səməd Vurğun və Bakıxanov küçələrinin kəsişməsindəki yaşayış və inzibati binalar kompleksi, Lökbatan Mədəniyyət Sarayı, Monolit və Artistlər Evi tikilib.

"Yalançı Bakı" layihəsi İkinci Dünya müharibəsinin ilk günlərindən Bakını və buradakı çoxsaylı sənaye obyektlərini hava hücumlarından qorumaq üçün bütünlüklə paytaxtın maskalanması ideyası aktuallaşır. SSRİ Dövlət Müdafiə Komitəsinin Baş Qərargahı bununla bağlı qərar qəbul edərək Konstantin Sençixini Bakı şəhərinin maskalanması xidmətinə rəis təyin edir. Şəhəri maskalamaq üçün və şəhərdəki binaları havadan müşahidə etmək üçün onun ixtiyarına bir təyyarə də ayırırlar.

Nəticədə Bakıdan 30 km aralıda Konstantin Sençixinin rəhbərliyi ilə yalançı Bakı layihəsi reallaşdırılır. Burada düşmən təyyarələrini aldatmaq üçün maketlərdən yeni şəhər tikilir, hətta avtomobillərin, şəhər tramvaylarının, qatarların hərəkətini imitasiya edən konstruksiyalar da qurulur. Yaradılan Yalançı Bakı layihəsi mərkəz tərəfindən də bəyənilir. Konstantin Sençixin bu layihə barədə bunları deyib:

Bakı metrosu thumb|Azərbaycan poçt markası Konstantin Sençixin uzun illər "Bakımetrolayihə"-yə rəhbərlik edib. Birinci xəttin texniki layihəsi hazır olduqdan sonra Sençixin Moskvaya SSRİ Nəqliyyat Nazirliyinə layihəni təqdim etmək üçün gedib. Lakin iclasda nazir təklif edib ki, metroya ayrılan xərclər platformaların uzunluğunu və vaqonların sayının azaltmaqla azaldılsın. Lakin Sençixin bununla razılaşmır o qeyd edir ki, Bakı sənaye şəhəridir və əhalisi sürətlə artır indi pula müəyyən qədər qənaət etmək sonradan xərclərin daha da artmasına səbəb olacaq. Əhali artdıqca platformaları və stansiyaları da böyütməyə, vaqonları artırmağa ehtiyac yaranacaq. Mövcud stansiyanın böyüdülməsi isə daha çox xərc aparır nəinki yeni stansiyanın tikilməsi. Bununla da o naziri razı sala bilir və istədiyi məbləği alır.

Birinci xəttin inşası bitdikdən sonra Sençixin Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunub. Gənclik, Depo, Xətai və 20 yanvar metrostansiyaları Sençixinin layihələri əsasında tikilib. Onun son işi 20 yanvar metrostansiyası olub. Bu stansiyanın layihəsini o Tokay Məmmədovla birgə hazırlayıb. Xəstə olduğu üçüb stansiyanın layihəsini də xəstəxana da işləyib.

1985-ci ildə Bakıda dünyasını dəyişib.

Xatirəsi 2017-ci il iyunun 22-də Azərmarka tərəfindən Azərbaycan Memarlar İttifaqının sifarişi ilə Konstantin Sençixinin təsvir edildiyi marka çap edilib.

Memarı olduğu binalar Monolit "Dinamo" idman sarayı (İndiki Dinamo hoteli) Atistlər evi Azərbaycan Tibb İnstitutunun binası Azərbaycan Müdafiə Nazirliyinin binası Səməd Vurğun və Bakıxanov küçələrinin kəsişməsindəki yaşayış və inzibati binalar kompleksi Lökbatan Mədəniyyət Sarayı 1 May adına Fəhlə Klubu

İstinadlar

Kateqoriya:Azərbaycan memarları Kateqoriya:SSRİ memarları Kateqoriya:Azərbaycan SSR əməkdar arxitektorları