Həsən Sultan oğlu Zeynalov () — Azərbaycanın Türkmənistan və Əfqanıstandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri.
Həyatı Həsən Zeynalov 1951-ci ilin yanvar ayının 1-də Şərur rayonu Yengicə kəndində ziyalı ailəsində anadan olub. 1967-ci ildə orta məktəbi, daha sonra isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib.
Fəaliyyəti 1970–1983 – Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosunda, texnik, mühəndis, baş mühəndis. 1983–1986 – Bakı şəhər Səbail rayonu İcraiyyə Komitəsinin Kommunal-Təsərrüfat İdarəsinin rəisi. 1986–1992 – Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosunda, baş mühəndis. 1992 – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk çağırış deputatı seçilib. 1992–2004 – Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi nümayəndəsi. 2004–2010 – Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının Baş konsulu. 2010–2015 – Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu, eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında Daimi nümayəndəsi. 2015–2023 – Azərbaycan Respublikasının Türkmənistanda Fövqəladə və səlahiyyətli səfiri 2016–2021 – Azərbaycan Respublikasının eyni zamanda Əfqanıstan İslam Respublikasında Fövqəladə və səlahiyyətli səfiri
Ailəsi Evlidir, üç övladı və beş nəvəsi var.
Yazdığı kitab "Diplomatın tale yolu" adlı kitab Həsən Zeynalovun göstərdiyi səmərəli fəaliyyətə işıq salan təkzibedilməz faktlar, rəsmi və mətbu sənədlər, canlı xatirələr əsasında ədəbi-publisistik üslubda qələmə alınıb. Nəşrdə diplomat haqqında "İnsan ömrünə uvertüra", "İstiqlal mübarizəsi – milli təlatüm dövrü", "Qars: ermən fitnəkarlığı ilə mübarizə", "İstanbul dövrü fəaliyyəti: ziddiyyətlər içərisində" və digər yazılar yer alıb. Kitab "Şərq-Qərb" nəşriyyatında çap olunub, 680 səhifədən ibarətdir.
Mükafatları 2019-cu ilin iyul ayında Həsən Zeynalov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
30 dekabr 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
İstinadlar
Kateqoriya:Naxçıvan Muxtar Respublikası Ali Məclisinin I çağırış deputatları Kateqoriya:Azərbaycanın İstanbuldakı baş konsulları Kateqoriya:Azərbaycanın Qarsdakı baş konsulları Kateqoriya:Azərbaycanın Əfqanıstandakı səfirləri Kateqoriya:Azərbaycanın Türkmənistandakı səfirləri Kateqoriya:Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində daimi nümayəndələri Kateqoriya:Azərbaycan mühəndisləri