Ferroselit — mineral, FeSe2.

Haqqında Ferroselit - Rombik. Habitus prizmatik. Aqreqat tək-tək dənələr. Rəngi poladı-bozdan çəhrayı çalarlı qalayı-ağadək. Parıltısı metallik. Hesablanmış sərtliyi 6-6,5. Xüsusi çəkisi 7,214. Çox kövrəkdir. Qumdaşların sementində, əhəngdaşlarında klaustalit, kadmoselit və başqa selenidlərlə birlikdə.

İstinadlar

Mənbə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Xarici keçidlər

Kateqoriya:Selenidlər (minerallar) Kateqoriya:Dəmirin mineralları Kateqoriya:Selenin mineralları Kateqoriya:Rombik sinqoniya mineralları