Call Me by Your Name: Original Motion Picture Soundtrack — 2017-ci ildə çıxarılmış eyni adlı filmin musiqi albomudur.

Hazırlanması thumb|left|Stivensin film üçün yazdığı üç orijinal mahnıdan biri olan "Visions of Gideon" final səhnəsində istifadə edilmişdir. Bir qayda olaraq, Luka Quadanino çəkdiyi filmlərin musiqisini özü seçir. Rejissor musiqi vasitəsiylə film üçün səs və ya sözdən daha "hissiyyatlı, yüngül, az müasir və zərif hekayəçi" tapmaq istəyirdi. O, "Barri Lindon" (1975), "Məsumluq dövrü" (1993) və "Möhtəşəm Embersonlar" (1942) filmlərindən ilhamlanmışdır. Quadanino, musiqinin, Oliverə yaxın olmaq üçün əsərləri uyğunlaşdıran Elio ilə əlaqəli olmasını istəyirdi. Musiqi zamanı əks etdirmək, peronajların ailəsi, təhsil səviyyəsi və "tərkibi olduqları kanonları" göstərmək üçün istifadə olunur. Zamanın nəbzini tutmaq üçün, rejissor həm də həmin il radiolarda hansı musiqilərə üstünlük verildiyini araşdırmışdır.

Quadanino Sufyan Stivensin lirisizminin onunla rezonans təşkil etdiyini görür. Rejissor Stivensdən Elionun prespektivindən hadisələri nəql edəcək "Məni öz adınla çağır" adlı mahnı yazmağı xahiş edir. Stiven səs rolundan imtina etsə də, film üçün üç musiqi yazır: "Mystery of Love", "Visions of Gideon" və "Futile Devices" mahnısının fortepiano ilə ifa edilmiş yeni versiyası. Musiqiləri yazarkən Stivens, ssenari, kitab və rejissorla personajlar haqqında müzakirələrindən ilhamlanmışdır. Çəkilişlərin başlamasına bir neçə gün qalmış o, musiqiləri rejissora göndərmişdir. Nəticəyə təəccüblənən rejissor musiqiləri aktyor heyəti və Fasano ilə birlikdə çəkiliş meydanında dinləmişdir. "Məni öz adınla çağır" Stivensin ilk kino musiqisi işidir.

Çıxarılması Dijital film musiqisi albomu 3 noyabr 2017-ci ildə Madison Gate Records və Sony Classical tərəfindən çıxarılmış, fiziki çıxış isə 17 noyabrda baş tutmuşdur. Alboma "The Psychedelic Furs", Loredana Berte, "Bandolero", Corco Moroder, Co Esposito və F. R. Devid tərəfindən ifa edilmiş mahnılar, Con Adams, Frenk Qlazer, Ryuiti Sakamoto, İohann Sebastyan Bax və Moris Ravelin klassik əsərləri daxil edilmişdir. "Mystery of Love" mahnısı ilk dəfə filmin 1 avqust 2017-ci ildə çıxarılmış treylerində təqdim edilmişdir. 4 yanvar 2018-ci ildə çıxarılmış musiqi videosunda Neapol Milli Arxeologiya Muzeyində çəkilmiş kadrlardan istifadə edilmişdir.

Kompozisiyaların siyahısı

Hit-paradlarda 10 noyabr 2017-ci ildə film musiqisi albomu "UK Soundtrack Albums" hit-paradında 18-ci yerdə debüt etmişdir. 24 noyabr 2017-ci ildə albom 12-ci yerə yüksəlmişdir ki, bu da onun yüksəldiyi ən yaxşı mövqe olmuşdur. ABŞ-nin "Billboard Soundtrack Albums" hit-paradında albom 13 yanvar 2018-ci ildə, 23-cü yerdə debüt etmişdir. Növbəti həftə isə 19-cu yerə yüksəlmişdir.

Hit-parad (2017–18) Yüksəldiyi yer US Soundtrack Albums (Billboard)19

İstinadlar

Kateqoriya:2017-ci ilin saundtrekləri Kateqoriya:Film musiqiləri