Şehu Abdullahi (12 mart 1993-cü ildə anadan olub) — Türkiyə Super Liqası təmsilçilərindən olan Bursaspor klubunda müdafiəçi kimi çıxış edən peşəkar Nigeriyalı futbolçu.Έκλεισε και ο Abdullahi Shehu! , anorthosis24.net

Klub karyerası

Qadsiya 2014-cü ilin iyul ayında Abdullahi $480,000 qarşılığında Kano Pillars klubundan Küveyt Premyer Liqası təmsilçilərindən olan Qadsiya klubuna transfer olmuşdur. Transferdən Abdullahi $330,000, Kano Pillars isə $150,000 gəlir əldə etmişdir.

Yuniao da Madeyra 6 iyun 2015-ci ildə Şehu Primeyra liqa təmsilçilərindən olan Yuniao da Madeyra klubu ilə iki illik müqavilə imzalamışdır.

Anortosis Famaqusta 2 sentyabr 2016-cı ildə Şehu Kipr təmsilçilərindən olan Anortosis Famaqusta klubu ilə iki illik müqavilə imzalamışdır.Διώχνει Κρέσπο, παίρνει Σεού και ελπίζει σε κάτι καλό μπροστά , themasport.comΈνας χάλκινος Ολυμπιονίκης στην Ανόρθωση (video) , reporter.com.cy Transfer qiymətinin 20%-i digər Avropa ölkəsinə ödənmişdir.Στην Ανόρθωση ο Abdullah Shehu , Anorthosis Famagusta Official Website

Milli karyerası 2014-cü ilin yanvar ayında komandanın baş məşqçisi Stefen Keşi Şehunu 2014 Afrika Millətlər Çempionatında iştirak etmək üçün Nigeriya milli futbol komandasına dəvət etmişdir. O, Zimbabve millisi ilə üçüncü yer uğrunda qarşılaşmada komandasının qələbə qolunu vurmuşdur.

Şehu 2016 Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Nigeriya millisinin 35 nəfərlik heyətinə daxil edilmişdir.

Uğurları

Klub Beynəlxalq AFK Kuboku Çempion: 2014

Klub Yerli Küveyt Emir Kuboku Çempion: 2014-15 Küveyt Superkuboku Çempion: 2014-15

Milli komanda Rio Olimpiya Oyunları 2016 - Nigeriya milli komandası: Bürünc medal Afrika Oyunları 2015 - Nigeriya milli komandası: Bürünc medal

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Nigeriya futbolçuları Kateqoriya:Bursaspor futbolçuları Kateqoriya:Portuqaliya Premiera Liqası futbolçuları Kateqoriya:2018 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Kipr Birinci Diviziyası futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Olimpiya medallı futbolçular Kateqoriya:2016 Yay Olimpiya Oyunları bürünc medalçıları Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında futbolçular Kateqoriya:Birinci Peşəkar Futbol Liqası (Bolqarıstan) futbolçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Portuqaliyada legioner futbolçular Kateqoriya:Kiprdə legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Portuqaliyadakı əcnəbi kişi futbolçular Kateqoriya:Kiprdəki əcnəbi kişi futbolçular