Bəxt üzüyü 2 — komediya janrında çəkilmiş "Bəxt üzüyü" filminin davamı.
Film haqqında Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubleyi ilə bağlı "Bəxt üzüyü 2" filmi çəkilib.
Filmin çəkilişinə görə Seva rolunun ifaçısı Firəngiz Rəhimbəyli Amerikadan Azərbaycana dəvət olunub. Filmin çəkilişində mümkün qədər ilk "Bəxt üzüyü"ndə oynamış aktyorların iştirakına çalışılıb.
"Bəxt üzüyü 2" filminin çəkilişlərini "Planet Parni iz Baku" komandası həyata keçirib. Filmin ssenarisi Tahir və Cabir İmanovlara aiddir. Birinci filmin davamı olan yeni versiyada Moşu Göyəzənlinin oğlanlarından biri Rasim və Seda cütlüyünün qızına aşiq olur. Hadisələr isə bu dəst-xət üzrə davam edir.
Ekran əsərində Xalq artistləri Afaq Bəşirqızı, Valeh Kərimov, Rafael Dadaşov, Firəngiz Rəhimbəyli və başqaları çəkilib. "Bəxt üzüyü" Azərbaycan kinematoqrafiyasının ən maraqlı komediyalarından biri sayılır.
Film xalq artisti Rafael Dadaşovun kinoda son işidir.
Məzmunu İlk "Bəxt Üzüyünün" baş qəhrəmanlarının həyatında 27 il ərzində çox şey dəyişməyib. Moşu şeirlərini yazmaqda davam edir, Söylü də ən birinci ev işlərini görür sonra da Xoşu başda olmaqla uşaqları ilə məşğuldur. Rasim də bərkgedən biznesmen olaraq qalır. Gözlənilmədən vəziyyət dəyişir. Rasimin qızı Dəniz yenicə münasibət qurduğu adaxlısı ilə atasıgilə qonaq gəlir. Eyni zamanda Söylünün kiçik qardaşı Fedot da Rusiyadan qayıdır və gözəl Dəniz xanımın ətrafında öz planlarını qurmağa çalışır.
Filmin heyəti Quruluşçu rejissor — Ənvər Mansurov Ssenari müəllifləri — Tahir İmanov, Ələkbər Əliyev, Mütəllim Həsənov, Məmmədəli Kazımov Quruluşçu operator — Nadir Mehdiyev Quruluşçu rəssam — Rövşən Mehdiyev Bəstəkar — Vüqar Camalzadə Rejissorlar — Elman Şeydayev, Ələkbər Əliyev Səs rejissoru — Rüstəm Medov
Rollarda Afaq Bəşirqızı — Söylü Valeh Kərimov — Moşu Rafael Dadaşov — Rasim Firəngiz Rəhimbəyli — Sevda Tahir İmanov — Xoşbəxt Cabir İmanov — Fedot Bəhram Bağırzadə — redaktor Azər Məmmədzadə — turist Arif Quliyev — taksi sürücüsü Duyğu Dəvəli — Dəniz Fariz İlyasov — Emil Emil Musayev — Eldar Nərmin Səfərova — Elza İosif Tkaç — Adolf Azər Məmmədzadə — Turist Ələkbər Əliyev — Hoteldə işləyən adam Zümrüd Həsənov Zilli Namazov Fərəculla Fərəcullayev Rəvan Əyyubov Cavid Kərimov Həsən Əli Hüseyn Əli
İstinadlar
Həmçinin bax Bəxt üzüyü (film, 1991)
Xarici keçidlər Filmi izlə Treyler Azərtac, Bəxt üzüyü 2" filminə həsr olunan mətbuat konfransı keçirilib APA TV, "Bəxt üzüyü"nü kim oğurlayıb? – SİRR İKİNCİ FİLMDƏ AÇILIR "Moşu" "Bəxt üzüyü 2" filmindən aldığı QONORARI AÇIQLADI
Kateqoriya:2017-ci ilin Azərbaycan filmləri