Fransa Dənizaşırı Bölgələr Birliyi (r) — Avropada yerləşən Fransanın yer kürəsinin müxtəlif bölgələrində mövcud olan ərazilərinin daxil olduğu birlik. Bölgələrin statusu Dənizaşırı departament, Dənizaşırı kollektivlik olmaqla bir necə dərəcədən ibarətdir. Fransa parlamenti və senatında təmsil olunan ərazilərin bəzi məsələlərdə daxili müstəqillikləri mövcuddur. Fransa Dənizaşırı Bölgələr Birliyinin daxil olduğu ərazilərdə yaşayan şəxslər Fransa vətəndaşlığı daşıyır və başda prezident seçkiləri olmaqla, Fransada keçirilən müxtəlif səviyyəli seçkilərdə iştirak etmək hüquqları mövcuddur. FDBB-yə Fransa Qvianası, Sakit okeanı, Hind okeanı və Antarktidada yerləşən bir çox ərazilər daxildir.
Dənizaşırı departament və Dənizaşırı kollektivliklərin siyasi sərbəstlikləri eyni dərəcədə deyil. Dənizaşırı departamentlər Fransanın inzibati ərazi vahidlərindən olan departamentlərlə eyni statusa malikdirlər. Fransa Dənizaşırı Bölgələr Birliyinə daxil olan ərazilər Fransa Konstitusiyasında nəzərdə tutulmuş bütün qanunlara tabedir və ölkə hüquq sistemini tənzimləyən cinayət, vergi, sosial yönümlü qanunlar sözügedən ərazilərdə tətbiq edilməkdədir. Dənizaşırı kollektivliklər müdafiə, beynəlxalq münasibətlər, ticarət və valyuta, məhkəmə və inzibati hüquq qanunları istisna olmaqla, öz qanunlarını qəbul etməyə səlahiyyətlidirlər.
Dənizaşırı kollektivliklər yerli səviyyədə seçilmiş assambleyalar, Fransa parlamenti və Fransa hökuməti, kollektivliklərdən seçilmiş millət vəkili və senatorlar, habela Fransa Dənizaşırı Bölgələr Nazirliyi tərəfindən idarə olunmaqdadır. Fransa Dənizaşırı Bölgələr Birliyinin ərazisi 9,821,231 km² olan xüsusi iqtisadi zonaya malikdir və ölkə ərazisinin 17,8% hissəsini təşkil etməkdədir. Fransanın Cənub və Antarktika ərazilərinə daxil olan Adel Torpağı Fransa qanunlarına əsasən rəsmi şəkildə ölkənin bir parçası hesab olunsada, Antarktika haqqında konvensiyanın şərtlərinə əsasən ərazi mübahisələndirilmişdir.
Üzərində yaşayış olan departamentlər və kollektivlər Bu siyahıya 11 bölgə daxildir: BayraqFransız Konstitusiyasının 2-ci maddəsində Fransa bayrağı Fransanın yeganə qanuni bayrağı olduğu bildirilir. Yalnız Fransa Polineziyası (Dənizaşırı kollektivlik) və Yeni Kaledoniya (Dənizaşırı departament) xüsusi icazə əsasında bayraqdan istifadə edə bilər. Bu haqq Noumé Accord tərəfindən 1984-cü ilin 6 sentyabr tarixində hər iki əraziyə verilmişdir. 2007-ci ilin 23 fevralından Fransanın Cənub və Antarktika əraziləridə Fransa bayrağı əsasında hazırlanmış bayraqdan istifadə edir. Bölgələrin tarixi bayraqları bəzən istifadə edilir, lakin rəsmi şəkildə istifadəsinə icazə yoxdur. Bir çox ərazilər əraziləri təmsil etmək üçün qeyri-rəsmi bayraqları istifadə edilir. Bu cədvəldə qeyri-rəsmi bayraqlar göstərilmişdir. Ad Paytaxt Əhali Ərazi(km2) Əhali sıxlığı (Hər km üçün2) Status Yerləşmə Qeyd border|65px Fransa Qvianası Kayenna 250,109 83,534 3 Dənizaşırı departament Cənubi Amerika border|65px Fransa Polineziyası Papeete 268,270 76 Dənizaşırı kollektivlik Sakit okean border|65px Qvadelupa Bas Ter 405,739 249 Dənizaşırı departament Antil adaları border|65px Martinika For-de-Frans 386,486 343 Dənizaşırı departament Antil adaları border|65px Mayotta Mamudzu 226,915 569 Dənizaşırı departament Afrika(Mozambik boğazı) 2009-cu ilin 29 mart tarixində bölgənin Dənizaşırı departament statusuna yüksəldilməsi üçün referendum keçirilmişdir. 95,24% səslə qəbul olunan referendumun nəticələri 2011-ci ilin 31 mart tarixində qüvvəyə minmişdir. Komor adaları bölgəyə haqq iddia etməməkdədir. border|65px Yeni Kaledoniya Numea 268,767 18,575.5 14 Dənizaşırı kollektivlik Sakit okean 2018-ci ildə müstəqillik üçün referendum keçiriləcək. border|65px Reyunyon Sen-Deni 840,974 336 Dənizaşırı departament Afrika (Hind okeanı) border|65px Sen-Bartelemi Qustaviya 361 Dənizaşırı kollektivlik Antil adaları 2007-ci ilin 22 fevralında Qvadelupadan ayrılmışdır. border|65px Sen-Marten Mariqo 685 Dənizaşırı kollektivlik Antil adaları 2007-ci ilin 22 fevralında Qvadelupadan ayrılmışdır. border|65px Sen-Pyer və Mikelon Sen-Pyer 25 Dənizaşırı kollektivlik Kanadanın cənub-şərqi border|65px Uollis və Futuna Mata-Utu 86 Dənizaşırı kollektivlik Sakit okean
Üzərində yaşayış olmayan ərazilər (Ərazilər adətən müxtəlif elmi araşdırmalar və ekspedisiyalar üçün istifadə edilməkdədir.) Bayraq Ad Tabe olduğu Səpələnmiş adalar Paytaxt Ərazi (km2) Status Yerləşmə Qeydborder|65px Klipperton - - - 2 Fransa dövlətinin özəl mülkiyyəti Meksikanın qərbi border|65px Fransanın Cənub və Antarktika əraziləri Kroze adaları - Alfred Fo 340 FCAƏ bölgəsi Hind okeanının cənubu Kergelen - Port-o-Frans 7,215 FCAƏ bölgəsi Hind okeanının cənubu Sen-Pol adası vəAmsterdam adası - Marten-de-Vive 66 FCAƏ bölgəsi Hind okeanı Adel Torpağı -Dümon Dürvill Stansiyası 432,000 FCAƏ bölgəsi Antarktida Antarktika haqqında konvensiyanın şərtlərinə əsasən Hind okeanında səpələnmiş adalar Bank-du-Qeysir - 0FCAƏ bölgəsi Afrika(Mozambik boğazı) Komor adaları və Madaqaskar tərəfindən ərazi iddiaları irəli sürülür Bassas da İndiya adaları - 1 Afrika(Mozambik boğazı) Madaqaskar tərəfindən ərazi iddiaları irəli sürülür Avropa - 30 Afrika(Mozambik boğazı) Madaqaskar tərəfindən haqq iddia edilməkdədir Qloryoz adaları - 7 Hind okeanı Komor adaları və Madaqaskar tərəfindən ərazi iddiaları irəli sürülür Xuan de Nova - 5 Afrika(Mozambik boğazı) Madaqaskar tərəfindən ərazi iddiaları irəli sürülür Tromelin adası - 1 Hind okeanı Mavriki tərəfindən ərazi iddiaları irəli sürülür
Xəritə center|frameless|upright=3
Dənizaşırı bölgələrdəki əsas şəhərlər Pointea Pit və Lezabim (Qvadelupa): 315,684 (2013) Sen-Deni (Reyunyon): 197,256 (2013) For-de-Frans (Martinika): 171,628 (2008) Numea (Yeni Kaledoniya): 163,723 (2009) Sen-Pyer (Reyunyon): 148,273 (2008) Papeete (Fransa Polineziyası): 131,695 (2007) Sen-Paul (Reyunyon): 103,008 (2008) Kayenna (Fransa Qvianası): 102,089 (2008)
İstinadlar
Xarici keçidlər Fransa Dənizaşırı Bölgələr Nazirliyinin rəsmi saytı past and current developments of France's overseas administrative divisions like collectivités d'outre-mer
Kateqoriya:Fransa regionları Kateqoriya:Asılı olan ərazilər