Hüseyn Həmadani () - İran İnqilab keşikçiləri Ordusunun hərbçisi. 1979-cu ildə baş vermiş İranda kürdlərin üsyanı, İran-İraq müharibəsi və Suriya vətəndaş müharibəsində iştirak etmişdir. Briqadir rütbəsində olan Həmadani 2015-ci ilin 7 oktyabr tarixində Hələb yaxınlığında İraq Şam İslam Dövləti terrorçuları ilə döyüşdə öldürülüb. Ölümündən sonra İran İnqilab keşikçiləri Ordusunun General-mayoru rütbəsi verilmişdir.
Həyatı
Hüseyn Həmadani 1950-ci ilin 15 dekabr tarixində İranın Xuzistan ostanına daxil olan Abadan şəhərində anadan olub. Hərbçi kimi tanınmasında 1979-cu ildə İranda kürd üsyanının yatırılmasındakı iştirakı göstərilməkdir. Ardınca 1980-1988-ci illəri əhatə edən İran-İraq müharibəsində iştirak edib. Həmadani eyni zamanda Kürdüstan ostanında fəaliyyət göstərən kommunist silahlı dəstələrin zərərsizləşdirilməsinə rəhbərlik edən şəxslərdən biri olmuşdur.
Həmadani 2005-ci ildə İran İnqilab keşikçiləri Ordusu komandirlərindən olan Məhəmməd Əli Cəfəri tərəfindən yüksək vəzifəyə çəkilmişdir. 2009-cu ildə ölkədə baş vermiş etirazların yatırılmasında da iştirak etmişdir. 2009-2014-cü illərdə Tehrandakı hərbi birləşmələrdə çalışmışdır. 2011-ci ilin 14 aprel tarixində İran dövlət rəsmilərinin məruz qaldığı beynəlxalq sanksiyalar siyahısında Hüseyn Həmadaninin də adı var.
Həmadani tərəfindən avtobioqrafiya və müharibə mövzulu üç kitab yazılıb; Xəyyamın möcüzəsi ()), İran İslam İnqilabı və İran-İraq müharibəsidən bəhs edir. Xürrəmşəhrin fəthi (), İran-İraq müharibəsində baş vermiş Xürrəmşəhr əməliyyatından bəhs edir. Qardaşım, bu vəzifədir (), avtobioqrafiyası
2011-ci ildə Suriyada vətəndaş müharibəsinin başlamasından sonra İran zamanla müharibəyə müdaxilə etməyə başlamışdır. Hüseyn Həmədani müharibədə Qüds Korpusunun tərkibindəki hərbçilərə rəhbərlik etmişdir.
İstinadlar
Kateqoriya:Abadanda doğulanlar Kateqoriya:İslam İnqilabı Keşikçiləri Korpusunun briqada generalları Kateqoriya:İran–İraq müharibəsi iştirakçıları