Halalbooking.com — Birləşmiş Krallıq mərkəzli halal otel axtarış və rezervasiya saytı. Sayt altı dildə və 45 pul vahidində fəaliyyət göstərir. Saytda 32 ölkədən 300-ə yaxın müəssisə mövcuddur.

Tarixi İndiki adı ilə Halalbooking şirkəti 3 noyabr 2009-cu ildə Birləşmiş Krallığın paytaxtı London şəhərində Elnur Seyidli və Enver Cebi tərəfindən yaradılıb. 'Crescent Tours' adındakı şirkət 2015-ci ilin 23 mart tarixində "Halalbooking Ltd" adını alıb. 15 fevral 2016-cı il tarixi etibari ilə şirkətin investisiyası 800 min dollar təşkil edir. Halalbooking.com hal-hazırda dünyanın ən böyük halal otel saytıdır. Sayt 75 ölkədən 250 mindən çox müştəriyə sahibdir. 2015-ci ildə sayt "Dünyanın ən yaxşı Halal səyahət saytı" mükafatını və Dubayda baş tutan tədbirdə "İslam İqtisadiyyat Mükafatına" layiq görülüb.

Şirkətin qurucularından Elnur Seyidli CEO, digər qurucu Enver Cebi isə COO vəzifələrini icra edirlər.

İş birlikləri və marketinq 2018-ci ildə halal otel Wome Deluxe, Halalbooking-i Avropadakı tək rəsmi tərəfdaşı olaraq elan edib. 2017-ci ilin mali hesabatına görə şirkət ötən ildə iki dəfə böyüyüb. Bundan əlavə Halalbooking müştərilərinə endirim kartları təqdim edərək marketinq sektorunda da irəliləyişə nail olub. 2016-cı ildən bəri sayt İngilis, Türk, Alman, Fransız, Ərəb və Rus dillərində xidmət verir. CEO Elnur Seyidli 2016-cı ildə bir müsaibəsində sayta malay və fars dillərini də əlavə etməyi düşündüklərini bildirib. Halalbooking.com həmçinin mobil istifadəçilərə rahatlıq üçün saytın mobil filterləmə sistemini də da təqdim edib.

Xidmətlər Dənizli otellər Termal və sanatoriyalı otellər Villalar Şəhər otelləri

Vəzifələr Elnur Seyidli — CEO Enver Cebi — COO Ufuk Seçgin — CMO

Mükafatlar "Dünyanın ən yaxşı halal səyahət saytı" (2015) — World Halal Travel Awards "İslam İqtisadiyyat Mükafatı" (2016)

İstinadlar

Xarici keçidlər İngiliscə sayt Türkcə sayt Ərəbcə sayt Almanca sayt Fransızca sayt Rusca sayt

Kateqoriya:Birləşmiş Krallıq şirkətləri Kateqoriya:Səyahət agentlikləri