Rəşad İsmayılov (Rəşad Fail oğlu İsmayılov; ) — Azərbaycan diplomatı, Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri (2018–2022). Azərbaycan Respublikası Xarici İslər Nazirliyinin Yaxın Şərq və Afrika İdarəsinin rəisi (2023), Azərbaycan Respublikasının Oman Sultanlığında fövqəladə və səlahiyyətli səfiri (2024).
Həyat və fəaliyyəti Rəşad İsmayılov iyunun 7-si 1974-cü ildə Bakıda ziyalı ailəsində anadan olub. 1981–1991-ci ildə Bakı şəhəri M. Rahim adına 7 saylı orta məktəbi qızıl medalla bitirib. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit fakültəsinin məzunudur. Daha sonra Həyat Qeyri-Hökumət Təşkilatı Beynəlxalq Hüquq Departamentinin rəisi olub.
Təhsili 1981–1991 — M. Rəhim adına 7 saylı orta məktəb, Bakı şəhəri, Səbail rayonu 1991–1996 — M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universiteti Fakültə — Hüquq , İxtisası — Hüquqşünas. Fərqlənmə ilə bitirmişdir. 2001–2003 — Azərbaycan Dövlət İqtisad Universiteti Fakültə — Maliyyə Kredit, İxtisas — İqtisadçı.
Təkmilləşdirmə Kursları 2003 — İtaliya, Turin şəhəri, BMT-nin Xətti ilə "İctimai Sərmayənin Mərkəzləşdirilməsi və Yoxsulluğun Aradan Qaldırılması" seminar proqramı. (A900145 saylı Diplom) 2004 — İtaliya, Turin şəhəri, BMT-nin Xətti ilə "Sosial Maliyyələşdimə" seminar proqramı. 2005 — "Diplomatik protokol"-davranış qaydaları və beynəlxalq normalar haqqında seminar (London). 2006 — BMT-nin xətti ilə , Biznesin idarə edilməsi və beynəlxalq munasibətlər üzrə seminar proqramı. Böyük Britaniya, (London) . 2008 — İtaliya, Roma şəhəri, "Avropa Ölkələrində Lizinq Sektorunun İnkişafı" mövzusunda seminar proqramı. 2008 — İspaniya, Barselona şəhəri, "Rusiyada Lizinq Sektorunun İnkişafı" seminar proqramı.
Fəaliyyəti 2000–2003 — Həyat Qeyri Hökumət Təşkilatı Beynəlxalq Hüquq Departamentinin Rəisi 2003–2005 Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Nümayəndəliyinin "Yoxsulluğun aradan qaldırılması üzrə İnkişaf Proqramı "nın layihə rəhbəri olmuşdur. "Milli Sosial Müdafiə Sisteminin İnkişa Proqramı "nın koordinatoru, Azərbaycan Hökuməti ilə BMT-nin İnkişaf Proqramı arasında imzalanmış "Milli Sosial Müdafiə Sisteminin Inkişafı" layihəsi üzrə ölkənin məşğulluq strategiyasını hazırlanmasında yaxından iştirak etmişdir. 2005–2006 Parex Leasing and Factoring MMC Biznes İnkişafı Üzrə Departamentinin Direktoru 2006–2008 Parex Leasing and Factoring MMC Baş Direktorun müavini 2008–2009 Parex Leasing and Factoring MMC Baş Direktor 2008 — Latviya – Azərbaycan Ticarət Palatasının rəhbəri 2009–2010 — Bank VTB(Azərbaycan) Korporativ müştərilərlə iş üzrə departamentin direktoru 2011 — "Ekol Mühəndislik Xidmətləri "QSC- də Baş direktorun müavini
Rəşad İsmayılova 2015-ci ildə ikinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbəsi verilib və Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki Baş Konsulu təyin olunub.
Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri (7 fevral 2018 – 28 dekabr 2022)R. F. İsmayılovun Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.
6 iyun 2024-cü il tarixində Azərbaycan Respublikasının Oman Sultanlığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Əməkdaşliq etdiyi beynəlxalq təşkilatlar Hökumətlərarası təşkilat () Nil üçün Daimi Müştərək Texniki Komissiyası () Waters PJTC Dövlətlərarası Elmi İnformasiya Mərkəzi () Dövlətlərarası Elmi İnformasiya Mərkəzi Su Koordinasiya Komissiyası () Braziliya Milli Su agentliyi ()
Ailəsi Evlidir, iki övladı var
Təltif və mükafatları 3-cü dərəcəli vətənə xidmətə görə orden
İstinadlar
Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan diplomatları Kateqoriya:Azərbaycanın Qətərdəki səfirləri Kateqoriya:Azərbaycanın Batumidəki baş konsulları