İbn Bənna və ya Əbül-Abbas Əhməd ibn Məhəmməd ibn Osman əl-Mərrakuşi əl-Əzdi əl-Ədədi (; ) — Mərakeşli alim olub, riyaziyyatda, xüsusilə triqonometriyada bir çox müstəqil kəşflər etmiş, 17296 və 18416 kimi dost rəqəmləri müəyyən etmişdir. O həmçinin "Hesab əməllərinin qısa şərhi" kitabının müəllifidir."Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008. səh.607
Həyatı İbn Bənna əl-Mərrakuşi hicri 654-cü (1256) ildə Mərrakeşdə doğdulub. Atası bənna olduğu üçün "İbn əl-Bənna", riyaziyyatdakı şöhrətindən ötrü isə "Ədədi" adlandırılıb.
O, Əbu Abdullah Məhəmməd ibn Mübəşşir əl-Mərrakuşidən, Əli əl-Əhdəbdən, Əbu İmran Musa ibn Əbu Əli əz-Zənatidən, Əbül-Hüseyn Məhəmməd ibn Əbdürrəhman əl-Məğilidən, Əbül-Vəlid Əli ibn Əbu Bəkrdən, Əbu Abdullah ibn Əbdülməlikdən və Əbu İshaq İbrahim ibn Əbdüssalam əs-Sənhəci əl-Əttardan Quran elmlərini, fiqhi, hədisi və ərəb dili və ədəbiyyatını öyrənib. O, daha sonra Fəsə gedərək, İbn Həcələ ər-Riyazidən riyaziyyat, tibb, astronomiya, Qazı Əbu Abdullah Məhəmməd ibn Əli əş-Şərifdən nəhiv və riyaziyyat (xüsusi ilə həndəsə), Əbu Abdullah Məhəmməd ibn Məhluf əs-Sicilmasidən astronomiya öyrənib. Mənbələrdə onun Mirrih adlı bir həkimdən tibb təhsili aldığı deyilib.
İbn Qunfuzun bildirdiyinə görə, onun sufiliyə istiqamərlənməsində mühüm rolu müəllimləri olan Əbu Abdullah əl-Həzmiri və Əbu Zeyd Əbdürrəhman əl-Həzmiri, arifmetika əsərlərindəki sehirli kvadratların riyazi Hurufiliyin mənbəyi də Əbu Zeyd Əbdürrəhman əl-Həzmiridir. Həmçinin Əbu Bəkr Məhəmməd ibn İdris əl-Fər əl-Qallusi də onu rasional ədədlər sahəsində yönləndirmişdir.
Onun ən məşhur tələbələri isə Məhəmməd ibn İbrahim əl-Əbili, Əbu Zeyd Əbdürrəhman ibn Məhəmməd ət-Tilimsani, Əbu Musa İsa, İbn əl-Hac əl-Billifiqi, Əbu Zeyd Əbdürrəhman ibn Süleyman əl-Ləcai və İbn ən-Nəccar ət-Tilimsanidir.
O, hicri 721-ci (1321) ildə Mərrakeşdə vəfat etmişdir. İbn əl-Bənna Mərrakeş xalqı tərəfindən "Sidi Bulibənna" adlandırılmış və məzarı ziyarətgaha çevrilmişdir. Bu da onun dindar bir sufi olması səbəbi ilə olmuşdur.
İstinadlar
Kateqoriya:Cəbrşünaslar