Hipersten — mineral, (Fe,Mg)2[Si2O6]

Haqqında Enstatit-ferrosilit (Fs) rombik piroksenlər izomorf seriyasının aralıq üzvü. Tərkibində 30–50% Fs olur. Qarışıqları: Mn, bəzən Al, Ti. Habitus prizmatik, lövhəvari. Rəngi yaşıl, qonuru, qarayadək. Parıltısı şüşəli. Xüsusi çəkisi 3,3–3,5. Norit, çarnokit, qranulit və qneyslərdə, nadir hallarda traxit və andezitlərdə. Növ müxtəlifliyi: ferrohipersten, Fs 50–70%; manqanhipersten.

İstinadlar

Mənbə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Xarici keçidlər

Kateqoriya:İnosilikatlar Kateqoriya:Maqneziumun mineralları Kateqoriya:Dəmirin (II) mineralları Kateqoriya:Süxurtörədən minerallar Kateqoriya:Rombik sinqoniya mineralları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri