Nazim İmamverdiyev — geologiya-mineralogiya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Ümumi və tarixi geologiya kafedrasının müdiri.

Həyatı Nazim Əjdər oğlu İmamverdiyev 1959-cu il fevralın 17-də Tovuz rayonunun Dondar kəndində anadan olmuşdur. Tovuz rayonunun Sarıtala orta məktəbini 1975-ci ildə əla qiymətlərlə bitirən Nazim İmamverdiyev 1975-ci ildə o vaxtlar Heydər Əliyev tərəfindən Rusiyanın başqa şəhərlərinə oxumağa göndərilən yüzlərlə tələbənin biri olmuşdur. 1980-ci ildə Moskva Dövlət Universitetinin Geologiya fakültəsini "Geokimya" ixtisası üzrə müvəffəqiyyətlə bitirən Nazim İmamverdiyev təyinatla Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda əmək fəaliyyətinə başlamışdır. 1980–1989-cu illərdə bu institutda o mühəndis, kiçik elmi işçi vəzifələrində çalışmışdır. AMEA Geologiya İnstitutunun gənc alimlər və mütəxəssislər şurasının sədri olmuşdur.

Elm və fəaliyyəti Nazim İmamverdiyev birinci dəfə olaraq respublikada ən cavan yaşlı vulkanitlərin geokimyasını və petrologiyasını öyrənmiş və 1989-cu ilin əvvəlində "Kəlbəcər törəmə çökəkliyinin gecorogen vulkanizminin petrologiyası və geokimyası" mövzusunda namizədlik dissertasiyasını müvəffiqiyyətlə müdafiə etmişdir. Dissertasiyanı müvəffəqiyyətlə müdafiə edən Nazim İmamverdiyevi Bakı Dövlət Universitetinə işə dəvət edilmişdir. N. İmamverdiyev 1989-cu ilin oktyabr ayından Bakı Dövlət Universitetinə elmi işçi vəzifəsinə götürülmüşdür. 1994-cü ildə baş elmi işçi, 1995–1997-ci illərdə Geologiya fakültəsində baş müəllim, 1997-ci ildən 2004-cü ilə kimi dosent, 2004-cü ildən hal-hazıra kimi professor, 2022-ci ildən Ümumi və tarixi geologiya kafedrasının müdiridir

Nazim Əjdər oğlu İmamverdiyev 2002-ci il dekabrın 30-da AMEA-nın Geologiya İnstitutunun ixtisaslaşdırılmış şurasında "Kiçik Qafqazın gec kaynozoy vulkanitlərinin petrologiyası və geokimyası" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

N. İmamverdiyev bir çox Beynəlxalq konfransların iştirakçısı olmuş və elmi işlərinin nəticələrini bu simpozium və konfranslarda məruzə etmiş, simpoziumların sertifikatlarını almışdır.

Petroloji-geokimyəvi tədqiqatlar əsasında ilk dəfə olaraq Kiçik Qafqazın gec kaynozoy vulkanizminin geodinamik və fiziki-kimyəvi kristallaşma şəraitlərini təyin etmiş, mantiya metasomatozuna məruz qalmış mənbələrin ərimə paylarını və ilkin maqmaların tərkiblərini müəyyən etmişdir. Ilk dəfə olaraq Kiçik Qafqazın gec kaynozoy vulkanizminin əmələ gəlməsində mantiya plyümlərinin rolunu müəyyən etmiş, bu vulkanizmin petrgeokimyəvi modelini qurmuşdur.

N. İmamverdiyevin elmi əsərlərinə dünya alimlərinin nəşr etdikləri dərslik və məqalələrdə istinad edilir. Dünya alimləri və Universitetləri arasında yüksək H indeksinə malik alimdir. 2024-cü ilin sonunda onun H-indeksi 8-ə qalxmış, BDU alimləri arasında 41-ci, Respublika üzrə isə 168-ci olmuş və Yer elmləri sahəsində çalışan 10 alimnən biridir.

Nazim İmamverdiyev hal-hazırda Azərbaycan Pespublikası Prezidenti yanında AAK-ın Yer elmləri üzrə ekspert şurasının üzvü, Yer elmləri üzrə Problem Şuranın üzvüdür, BDU-nun Geologiya fakültəsinin Elmi Şurasının üzvü, Tələbə Elmi Cəmiyyətinin rəhbəridir.

300-ə yaxın məqalənin, o cümlədən 8 monoqrafiya və dərsliyin, 3 xəritənin, proqram və metodik göstərişlərin müəllifidir, onun rəhbərliyi altında 3 nəfər Yer elmləri sahəsində fəlsfə doktorluğu dissertasiyasını müdafiə etmiş, hal-hazırda 2 doktorantın elmi rəhbəridir.

Elmi dərəcə və elmi adları 2008, Professor 1999, Dosent 2002, Geologiya–mineralogiya elmləri doktoru "Kiçik Qafqazın gec kaynozoy vulkanizminin petrologiyası və geokimyası" 1989, Geologiya–mineralogiya elmləri namizədi "Kəlbəcər Törəmə Çökəkliyinin gec orogen vulkanizminin petrololoji-geokimyəvi xüsusiyyətləri (Kiçik Qafqaz)"

İctimai fəaliyyəti 2011–2024-Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Yer elmləri üzrə elmi şuranın üzvü. 2022-hal-hazırda Ümumi və tarixi geologiya kafedrasının müdiri 2008–2022 – Faydalı qazıntılar kafedrasının professoru 2008-hal-hazırda– Geologiya Fakültəsi Elmi Şurasının üzvü 2004-hal-hazırda– Geologiya Fakültəsi Tələbə Elmi Cəmiyyətinin rəhbəri 1983–1988 — AMEA-nın Geologiya İnstitutunun Gənc Alimlər Şurasının sədri

Seçilmiş əsərləri 2023, Origin of the Filizchay ore field (the southern slope of the Greater Caucasus)// Journal of Geology, Geography and Geoecology v.32 No 4, 839–848. https://doi.org/https://doi.org/10.15421/112374 co-author: Sattar-zade N. A) (indexing bases — Emerging Sources Citation Index. Web of Science Core Collection) 2023,The peculiarities of the main ore-forming components distribution in the Filizchay field of the southern slope of the Greater Caucasus // Visnyk of Taras Shevchenko National University of Kyiv: Geology, Kyiv, 2 (101), 43–50 https://geology.bulletin.knu.ua/article/view/1093/869 (co-author: Sattar-zade N. A) (indexing bases — Emerging Sources Citation Index. Web of Science Core Collection) 2022, Геохимические особенности и зональность залежи Филизчайского колчедан-полиметаллического месторождения (Южный склон Большого Кавказа) // Известия Высших Учебных Заведений, Северо-Кавказский регион, 4–2, 60–76. doi: 10.18522/1026-2237-2022-4-2-60-76 (со-автор: Н. А. Сатар-заде) (indexing bases — RSCI on the Web of RSCI on the Web Science platform) 2022, Filizchay pyrite-polymetallic deposit (the southern slope of the Greater Caucasus) — as a typical representative of the SEDEX type pyrite deposits // Journal of Geology, Geography and Geoecology, — Dnipro, Ukraine. — Vol 31, No 4,643–652; doi:10.15421/1122560 (co-author: Sattar-zade N. A) (indexing bases — Emerging Sources Citation Index. Web of Science Core Collection) 2022, Влияние древнего субдукционного процесса на образование позднеколлизионного вулканизма Mалого Кавказа // Труды Карельского научного центра Российской академии наук, 5, 38–41 http://journals.krc.karelia.ru/index.php/ precambrian/article/view/1653 doi: http://dx.doi.org/10.17076/geo1653 (indexing bases -Georef) 2022, Petrogeochemical features of the Bajocian island-arc volcanism of the Lesser Caucasus (Azerbaijan) // Journal of Geology, Geography and Geoecology, — Dnipro, Ukraine. — Vol 31, No 2, 280–292. https://doi.org/10.15421/112226 (co-authors: Orudzov A. I., Valiyev A. A., Mursalov S. S.) (indexing bases — Emerging Sources Citation Index. Web of Science Core Collection) 2021, The discovery of structural elements and zones of hydrothermal alterations by using ASTER satellite data in the margins of Gadabay and Murovdag ore districts (Lesser Caucasus, Azerbaijan) // Journal of Geology, Geography and Geoecology, — Dnipro, Ukraine. — Vol 30, No 3, 512–527 doi: 10.15421/112147(co-authors: Mansurov M., Mursalov S., Kerimov V., et al.) (indexing bases — Emerging Sources Citation Index. Web of Science Core Collection) 2021, Prospects of newly discovered Ugur area in the northwest of the Gedabey ore district (Lesser Caucasus, Azerbaijan) // Visnyk of Taras Shevchenko National University of Kyiv: Geology, Kyiv, 2(93), pp.53–63. doi.org/10.17721/1728–2713.93.06%C2%A0 (co-authors: Baba-zadeh V., Mursalov S., Valiyev A., Mansurov M., İsmayilova A.) (indexing bases — Emerging Sources Citation Index. Web of Science Core Collection) 2021, Эпитермальное золотосульфидное месторождение Тулаллар: особенности строения, геолого-структурная характеристика и закономерности оруденения // Горный журнал, 9, c.53–60, Doi:10.17580/gzh.2021.09.09 (со-авторы: Баба-заде В., Исмаилова Н.,Абдуллаева Ш.) (indexing bases – SCOPUS) 2021, Non-destructive analysis of materials by neutron imaging at the TITAN facility // Eurasian Journal of Physics and Functional Materials № 5(1), рр. 6–14(co-authors K. M. Nazarov, Mukhametuly, S. E. Kichanov et al.) (indexing bases –SCOPUS) 2021, Геохимические особенности Тулаларского золоторудного поля // Известия Учебных заведений. Северо-Кавказский регион. Естественные науки, № 1, с.39–51. Doi:10.18522/1026-2237-2021-1-39-51 (со-авторы: Баба-заде В., Исмаилова Н.,Абдуллаева Ш.) (indexing bases –RSCI on the web of sciences) 2021, New perspective Reza gold deposit (Gedabek ore district, Lesser Caucasus, Azerbaijan) // Journal of Geology, Geography and Geoecology, — Dnipro, Ukraine. — Vol 30, No 1, pp.53–64. DOI: 10.15421/112106 (co-authors: Baba-zadeh V., Valiyev A., Mansurov M., Abdullayeva Sh.) (indexing bases — Emerging Sources Citation Index. Web of Science Core Collection) 2020, New promising mineralized zones and deposits of the northwestern flank of the Gedebey ore district // Mining Journal of Kazakhstan, No. 6 (182), p. 14–21. (co-authors Baba-zadeh V. M., Mursalov S. S., Veliyev A. A.) 2020, Petrogeochemical features of the Neogene collision volcanism of the Lesser Caucasus (Azerbaijan) // Journal of Geology, Geography and Geoecology, 29(2), p.289–303.https://doi.org/https://doi.org/10.15421/112027 (co-authors Gasanguliyeva M., Kerimov V., Kerimli U.) (indexing bases — Emerging Sources Citation Index. Web of Science Core Collection) 2020, Rare-Earth Elements in Magmatic and Metasomatic Rocks of Murovdag Ore Area (Lesser Caucasus) //Geochemistry International, 2020, Vol. 58, No. 2, pp. 229–234. © Pleiades Publishing, Ltd., 2020. ISSN 0016–7029, Impact Factor: 0,835 (co-authors Baba-zadeh V. M., Mansurov M. I., Abdullayeva Sh. F.) (indexing bases — Emerging Sources Citation Index. Web of Science Core Collection) 2019, Low-Temperature Acidic Melts of Bazman Volcano (Iran) // Doklady Earth Sciences, vol. 485, part 2, pp. 422–425. Impact Factor: 0,597 (co- authors Romanko A. E., Prokofiev V. Yu., Vikentiev I. V., Heydari M.) (indexing bases — Emerging Sources Citation Index. Web of Science Core Collection) 2019, Geochemical anomalies in the NW flank of Gedabek mine (Lesser Caucasus, Azerbijan) // International Journal of Mining Science (IJMS) Volume 5, Issue 1, 2019, PP 31–42 ISSN 2454–9460 (Online) DOI: http://dx.doi.org/10.20431/2454-9460.0501005 www.arcjournals.org (co-authors Baba-zadeh V. M., Mursalov A. A., Abdullayeva Sh. F., Valiyev A. A.) 2018, Petrogenesis of the Late Cenozoic collision volcanism in the central part of the Lesser Caucasus (Azerbaijan) // Russian Geology and Geophysics v.59, issue 1, 2018, p.42–55 https://doi.org/10.1016/j.rgg.2018.01.003 Impact Factor: 1,293 (co-authors Gasanguliyeva M. Ya., Babayeva G. J., Abdullayeva Sh. F., Valiyev A. A.) (indexing bases — Emerging Sources Citation Index. Web of Science Core Collection) 2017, Formation of the late Cenozoic volcanic complexes of the Lesser Caucasus // Geotectonics, 2017, Vol. 51, No. 5, pp. 489–498. ISSN 0016–8521. https://doi.org/10.1134/S0016852117050041 Impact Factor: 0.968 (co-authors Baba-zadeh V. M., Gasanguliyeva M. Ya., Babayeva G. J., Abdullayeva Sh. F., Valiyev A. A.) (indexing bases — Emerging Sources Citation Index. Web of Science Core Collection) 2017, Genesis of Au-containing magmatic deposits of the non-ferrous metals in island-arc structures (Lesser Caucasus and East Pontids), data on inclusions and isotopic investigations // International Journal of Mining Science Volume-3 Issue-2, 2017 Download | Full Text HTML | Page No : 26–39 DOI: http://dx.doi.org/ 10.20431/2454–9460.0302003 (co-authors Shahla Abdullayeva, Vasif Baba-zadeh, Sergo Kekeliya, Maren Kekeliya) 2017, Условия образования цеолитовых месторождений Газахского прогиба (Малый Кавказ) // Вестник Российского университета дружбы народов. Серия: Инженерные исследования. 2017, т.18, № 4, с.480–496. DOI 10.22363/2312-8143-2017-18-4-480-496 (со-авторы Расулова С. К., Баба-заде В. М., Белоусов П. Е., Викентьев И. В.) 2016, Kiçik Qafqazin mərkəzi hissəsində gec kaynozoy kolliziya vulkanizminin mənbələri və təkamülü // Bakı Universitetinin xəbərləri, təbiət elmləri seriyası, 2016, № 1, s.106–115 (Həmmüəlliflər Xasayev A. İ., Vəliyev A. Ə., Həsənquliyeva M. Y., Dadaşeva K. A.)