Sevil Gültən (Nuriyeva Sevil Məmməd qızı) — azərbaycanlı tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Həyatı Sevil Gültən 1961-ci il aprelin 22-də Zərdab rayonunun Təzəkənd kəndində dünyaya gəlib. Atası Məmməd Nuriyev traktorçu, anası Gülasta Nuriyeva kolxozçu olub. 1978-ci ildə Ş. Qurbanov adına Zərdab şəhər orta məktəbini bitirib, Xarici Dillər İnstitutunun (hazırkı Azərbaycan Dillər Universiteti) ingilis dili fakültəsinə qəbul olub və institutu əla qiymətlərlə bitirib. Hələ tələbə vaxtından bədii yaradıcılıqla məşğuldur. Birinci kursda oxuduğu vaxtdan tərcümə etdiyi kiçik hekayələr institutun "Bilik" qəzetində çap edilib. 1987-ci ildə ailə qurub. Həyat yoldaşı Rasim Qədirov 2003-cü ildə dünyasını dəyişib. Yasəmən və Gültən adlı iki qızı var.
Yaradıcılığı Təyinatla Zərdab rayonunun Bıçaqçı kəndinə göndərilib. Təyinat müddəti bitdikdən sonra rayonun müxtəlif kəndlərində ingilis dili müəllimi işləyib.
"Küsüb getmək istəyirəm dünyadan", "Ürəyimin göz yaşları" adlı şeir kitablarının, "Uşaqlıq illərimin şəkiləri" adlı esselər kitabının müəllifidir.
İngilis dilindən Azərbaycan dilinə, Azərbaycan dilindən ingilis dilinə çoxlu sayda kitablar tərcümə edib. "Qanun" nəşriyyatı və "TEAS-PRESS" nəşriyyatı ilə əməkdaşlıq edir. Eləcə də, "Kaspi" qəzetində esseləri, tərcümə etdiyi 140-dan çox hekayə çap olunub və olunmaqda davam edir.
Tərcümə ilə bağlı məqalələri, şeirləri, tərcümələri "525-ci qəzet"də, "Ulduz" və "Azərbaycan" jurnallarında işıq üzü görüb. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Kitabları
İngilis dilindən Azərbaycan dilinə tərcümə etdiyi əsərlər
"TEAS-PRESS" nəşriyyatında çap olunanlar: 1. Rafaello Barker. Yay mövsümü 2. Sarah Dessen. Müqəddəs hər şey 3. Ketrin Baybi. Çərşənbə gününədək arvad 4. Ketrin Baybi. Çərşənbə axşamınadək qız tapıldı 5. Ketrin Baybi. Bazar ertəsinək evlənməli 6. Ketrin Baybi. Cümə axşamınadək aşıq oldu 7. Ketrin Baybi. Cümə gününədək subay 8. Ketrin Baybi. Cümə gününədək nişanlanmalı 9. Holli Şindler. Elə tünd göy ki… 10. Lüi. De Berniers. Kapitan Korellinin mandolinası 11. Cüzieppe Katotsella. Demə ki, qorxuram… 12. Amor Tovles. Centlemen Moskvada 13. Luis Kerrol. Alisa möcüzələr diyarında 14. Ali Smith. Təsadüfi 15. Ceyk Maddoks. Hücumçu ötürməsi
"Qanun" nəşriyyatında çap olunanlar: 1. Jojo Moyes. Bir üstəgəl bir 2. Jojo Moyes. Səndən sonra 3. Jojo Moyes. Geridə buraxdığın qadın 4. Jojo Moyes. Həminki mən 5. Jojo Moyes. Ulduzlar bəxş edən 6. Oşo. Emosiyalar 7. Oşo. Qızıl külçələr 8. Rohald Dahl. Matilda 9. Rohald Dahl. Ceyms və nəhəng şaftalı 10. Rohald Dahl. Böyük sevimli nəhəng 11. Rohald Dahl. Çarli və şokolad fabriki 12. Robin Şarma. Ferrarisini satan rahib 13. Dan Braun. Da Vinçi kodu 14. Alis Manro. Əziz həyat (hekayələr kitabı) 15. Rey Bredberi. Zəncirotu şərabı 16. Frances Hodgson Burnetti. Balaca prinses 17. Meier (çinli şairə). Şeirlər 18. Harper Lee. Bülbülü öldürmək 19. Harper Lee. Get gözətçi təyin et 20. Corciya Binq. Molli Munun ağlagəlməz hipnotizm kitabı (birinci kitab) 21. Corciya Binq. Molli Mun dünyanı dondurur (ikinci kitab) 22. Corciya Binq. Molli Munun hipnotik zaman səyahəti məcaraları (üçüncü kitab) 23. Corciya Binq. Molli Mun, Mikki Maus və Bilik maşını (dördüncü kitab) 24. Corciya Bing. Molli Mun və morfinq sirri(beşinci kitab) 25. Corciya Bing. Molli Mun və musiqi(altıncı kitab) 26. Heather Morris. Auşvitzin Tatuirovkaçısı 27. Alex Michaelides. Səssiz Pasiyent 28. Lao Ma (çinli müəllif). Hekayələr 29. Kristi Lefteri. Hələbli arıçı 30. Delia Ovens. Bataqlıq qızı 31. Donna Dale Carnegie. Yeniyetmə qızlar dostları necə qazanmalı 32. Gail Honeyman. Eleonar Olifant yaxşıdır 33. Jo Nesbo- Fantom 34. Karen White- Dəniz şüşələrinin səsi 35. Adam Silvera- Sonda hər ikisi ölür 36. J. M. Coetzee- İsanın ölümü 37. Angela Karter- Qanlı otaq 38. Bell Hooks – Qadınlar sevgi istəyir 39. Ben Elton- İki qardaş 40. John Boyne- Dağ başındakı oğlan 41. John Boyne- Bütün dağılmış yerlər 42. Toba Fridman və Malkolm Brabant- Auşvitz qızı 43. Heather Morris- Üç bacı 44. Heather Morris – Silkanın yolu 45. Kurt Vonnequt – hekayələr 46. Gi De Mopasan- Hekayələr
Azərbaycan dilindən ingilis dilinə tərcümə etdiyi əsərlər
1. Hikmət Babaoğlu. Akdamardan Sarı gəlinədək erməni yalanı 2. Qəşəm Nəcəfzadə. The evening stories 3. Ülvi Bünyadzadə. Ömür yolu 4. Yunus Oğuz. Nadir şah 5. Amerikada Azərbaycan qadın yazarların hekayələrindən ibarət antalogiya (11 tərcümə) 6. Amerikada Azərbaycan yazıçılarının hekayələrindən ibarət antalogiya (10 hekayə) 7. Ceyhun Musaoğlunun layihəsi ilə Azərbaycan yazıçılarının hekayələri ingilis dilində 8. Rafiq Tağı. hekayələr kitabı 9. Erməni əsirliyində (Antologiya) 10. Azərbaycan nağılları 11. Firuz Mustafa. Köç (povest) 12. Elçin İsgəndərzadə. Avtoportret 13. Vahid Məmmədli. Buddanın qayıdışı (povest) 14. Eyvaz Zeynalov. Hekayələr (povest və uşaq hekayələri) 15. Elçin Hüseynbəyli. Hekayələr 16. XXI əsr Azərbaycan ziyalıları 17. Giya Paçxataşvili. Oğul ata itirdi (poema) 18. Mirkazım Seyidov. Erməni vandalizmi 19. Mirkazım Seyidov. Zamanın nəbzi 20. Mirkazım Seyidov. Qaranlığa nur saçan zəka 21. Mirkazım Seyidov. Ömrümü xalqıma bağışlayıram 22. Salam Sarvan. Şeirlər 23. Varis. Əzilmiş fotoşəkillər 24. Varis. Metamorfoza 25. Varis. 77-ci gün 26. Eluca Atalı. Esselər 27. Eluca Atalı. Hekayələr 28. Afaq Şıxlı. Şeirlər və hekaylər 29. Nilufər Şıxlı. Şeirlər 30. Şahnaz Kamal. Hekayələr 31. Salatın Əhmədli. İki kitab 32. Zahid Xəlil. Uşaq hekayələri 33. Gülxani Pənah. Xocalıya aid kitab 34. Əlabbas. Hekayələr 35. Əlisa Nicat. Hekayələr 36. Məhəmməd Əmin Rəsulzadə. Əsrimizin Siyavuşu 37. Nüşabə Məmmədli. Pyeslər 38. Ramiz Duyğun. İki poema 39. Dilsuz Musayev. Şeirlər kitabı 40. Pərvanə Məmmədli. Cənubi Azərbaycanın mətbuat tarixi 41. Böyükağa Mikayıllı. Kiprin dünyası, dünyanın Kipri 42. Elman Süleymanov. Üçüncü dünya müharibəsi (roman) 43. Dilşad Talıbova — Sanitar 44. Məqsəd Nur- Şəhər meri 45. Adəm Bakuvi – Paris üçbucağı 46. İbrahim Baba Nur- 168 saat
(Səlim Babullaoğlu, Xəyal Rza, Elxan Zal, Ədalət Əsgəroğlu, Qismət, Fərid Hüseyn, Fərqanə Mehdiyeva, Faiq Balabəyli, Ramil Mərzili və başqalarının şeirləri)
"Kaspi qəzeti"ndə çap olunan tərcümələri Hans Xristian Andersen. "Ananın hekayəsi", "Şahzadə qız və noxud", "Kibritsatan balaca qız", "Mələk", "Qəbirdəki uşaq", "Donuzotaran" Çarlz Dikkens. "Uşağın hekayəsi", "Uşağın ulduz yuxusu" James Baldwin. "Antonio Canova", "Həkim Qoldsmit", "Lakonik cavab", "Sonsuz nağıl", "Maksmilian və qazotaran oğlan", "Naşükür döyüşçü", "Hökmdar və onun qırğısı", "Kor kişilər və fil" Dorothy Parker. "Telefon zəngi" Edgar Allan Poe. "Carçı ürək" Gi de Mopassan. "Kor kişi", "Dilənçi", "Etiraf", "Ölü qadının sirri", "Qəbir", "Ailə", "Ana və oğul", "Dəlinin gündəliyi", "Atılmış", "Biclik", "Köhnə dost Patient", "Öpüş", "Ata", "Duel", "Dul", "Müqəddəs suçiləyən", "Cehiz", "Belflover ana" Henry Lawson. "Müəllimin səhvi", "Qaranlıqdakı uşaq yaxud yad ata" Kate Chopin. "Bir saatın hekayəsi", "Tufan", "Peşmançılıq", "Tərbiyəli qadın", "Bir cüt ipək corab", "Bayou Müqəddəs Con şəhərinin ledisi", "Kaline" "Ölü kişinin ayaqqabıları" H. H. Munro (Saki). "Laura", "Luiza", "Kernoqatzin canavarları", "Açıq qapı" Mary Roberts Rinehart. "İncə əl", "İki yataq xəstəsi", "Evlənmək" O. Henry. "Qəribə hekayə", "Müdrikin hekayəsi", "İyirmi ildən sonra", "Sosial üçbucaq" Stephen Crane. "Tünd qəhvəyi it" Timothy Shay Arthur. "Eminin sualı", "Həkimlə birgə", "Balaca Lizzi", "Arvad", "Keşikdə durmaq", "Kölgə arxasınca", "Çox kasıb Robert Barr. "Dağ başında boşanma" Sherwood Anderson. "Qəhvəyi paltolu kişi", "Müharibə", "Qardaşlar", "Lal kişi" Stephen Leacock. Küçədə kibrit çöpü istəmək", "Mənim maliyyə karyeram" Xu Yan. "Yaxşı qadının yoldaşlığı" Algernon Blackwood. "Balaca dilənçi" Ambrose Bierce. "Balaca səfil", "Bitməmiş qaçış, "Simsiz gələn xəbər", "Ölüm diaqnozu", "Bir bardaq şərbət", "Həbs", "Evə sarılmış üzüm tənəyi" Arnaba Saha. "Qürub çağı", "Seçim" Benjamin Franklin. "Fit" D. H. Lawrence. "Xəstəşaxtaçı" Elia A. Peattie. "Yağış uşaq", "Qonşu evdəki piano" Philip. K. Dick. "Qapı arxasında" Giovanni Boccaccio. "Federiqonun şahini" Herbert George Wells. "Gözəl kostyum" Henry Van Dyke. "Bir ovic gil", "Kol dibindəki dilənçilər", "Şahın cəvahiratı" Lucy Maud Montgomery. "Tamamlanmış hekayə", "Qızıl toy", "Jasmin" Mark Twain. "Təmsil" Julius W. Long. "Solğun rəngli kişi" Katherine Mansfield. "Ma Parkerin həyatı", "Xiyar şorabası" L. Frank Baum. "Sehirli nabatlar", "Balaca mavi oğlanın nağılı", "Şən dəyirmançı" Lafcadio Hearn. "Ölüb gedən sir" Laura E. Richards. "Yaşıl atlas don", "Qızıl pəncərələr" Louisa May Alcott. "Donuz qız", "Uşağın tərcümeyi halı", "Əmim oğlu Tribulationun hekayəsi" Matsuo Basho. "Qoca ananın hekayəsi" Ralph Henry Barbour. "Ölüm yatağında etiraf", "Əmiqızı" W. F. Harvey. "Bataqlıqdan keçəndə" W. W. Jacobs. "Üç bacı" Chen Yonglin. "Güzgü" Cui Li. "Keçmişdə pərt olduğum anlar" Paulo Coelho. "Hamıdan güclü", "İki damcı yağ", "İbrətamiz hekayələr", "Əsl qorxunu kəşf etmək"
Xarici keçidlər Sevil Gültən. Mən göylər qızıyam. Sevgi oyunu. Səs Tahirə Ağasiyeva Sevil Gültən: "Ən azı mənim kimi 5–10 nəfər tərcüməçi varsa, vəziyyəti qənaətbəxş hesab etmək olar."
Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycanlı tərcüməçilər Kateqoriya:Azərbaycan esseistləri