USS Liberty hadisəsi — 1967-ci ildəki Ərəb-İsrail müharibəsini müşahidə etmək üçün bölgəyə göndərilmiş yüngül silahlı (və tamamilə dinləmə-müşahidə cihazlarına sahib olduğu iddia edilən), Amerikan donanmasına aid USS Liberty zirehli gəmisinin 1967-ci il tarixində, beynəllxalq sularda, Sinay yarımadası yaxınlarında İsrail tərəfindən dənizdən və havadan hücuma məruz qalması hadisəsidir. Gəmi təxminən 75 dəqiqə boyunca atəş altında tutulmuşdur. Hadisə nəticəsində 34 nəfər ölmüş, 171 nəfər yaralanmışdır. İsrail səhvliklə vurduğunu iddia etmiş və üzr istəmişdir. ABŞ üzrü qəbul etmişdir. Həmçinin İsrail tərəfi ölən və yaralananların ailələrinə və gəmiyə dəyən ziyana görə ABŞ hökumətinə təzminat vermişdir.
İstinadlar
Kateqoriya:İsrail tarixi Kateqoriya:ABŞ–İsrail münasibətləri Kateqoriya:Beynəlxalq dəniz insidentləri Kateqoriya:ABŞ-nin müharibələri Kateqoriya:Ərəb–İsrail münaqişəsi Kateqoriya:Hava əməliyyat və döyüşləri Kateqoriya:1967-ci ildə beynəlxalq münasibətlər