Robert Skotland Liddell () AXC dövründə Bakıda və Tiflisdə fəaliyyət göstərmiş ingilis hərbi müxbiri .
Həyatı Birinci Dünya müharibəsi zamanı Rusiyanın müharibədəki iştirakından bəhs edən, ingilis qəzeti olan "The Sphere"-nin müxbiri və fotoqrafı olmuşdur. 1915-ci ildə Petroqrada gəlmiş və ordan Varşavaya getmişdir. Burada Rus ordusunun Polşalı Qızıl Xaç Könüllülərinin üzvü olmuşdur. Bu dövrlərdə başda "Sphere" olmaqla müxtəlif qəzetlərdə məqalələri çıxmışdır. Müharibənin sonlarından etibarən Cənubi Qafqazla sıx bağlı olmuşdur.Anthony Cross. In the Land of the Romanovs: An Annotated Bibliography of First-hand English-language Accounts of the Russian Empire (1613–1917), Cambridge, UK: Open Book Publishers, 2014. ISBN 978-1-78374-060-4, p. 390
Skotlan Liddell və Cənubi Qafqaz Azərbaycan Respublikasının dövlət arxivində Cümhuriyyətə aid sənədlər arasında Skotland Liddelin ingilis və rus dillərində çoxlu məqalələrinin surətləri saxlanılır. Cənubi Qafqazda millətlərarası münasibətlərə həsr etdiyi məqalələrində daha çox Azərbaycanlılarla ermənilər arasındakı münasibətlərdən bəhs edir. Skotland Liddell erməni psixologiyasını, ermənilərin regionda və ona qonşu ərazilərdə yetirdikləri şovinist millətçilik siyasətinin mahiyyətini çox gözəl başa düşmüşdür. Beləki, 1920-ci ilin yanvarında Paris Sülh Konfransı dövlətləri tərəfindən Cənubi Qafqaz respublikalarının müstəqilliyinin de-fakto tanındığı bir vaxtda daşnak Ermənistanı hökumət ordusunun silahlı erməni quldur dəstələri ilə birlikdə Qarabağda Şuşa istiqamətində hücumunu Skotland Liddell "təkcə cinayət deyil, həm də son dərəcə ağılsız hərəkət" adlandırmışdı. O yazırdı:Azərbaycan Demokratik Respublikası, (sənədlər və materiallar) (1918–1920)
Skotlan Liddell məqalələrində Azərbaycan-erməni münasibətlərinə geniş yer verir və bu millətləri bir-biri ilə müqayisə edərək yazırdı:Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə (Z. M. Bünyadovun redaktəsi ilə Bakı, 1990.)
Ermənilərin "Aşkatavor" qəzetində dərc edilmiş "Müstəqil Ermənistan", "Müttəfiqlərin mərhəməti lazım deyil" məqalələrinə münasibət bildirən Skotland Liddell yazırdı:
1920-ci ilin fevralında, öz "Qarabağ erməniləri" məqaləsində erməni jurnalist Tiqran Nazaryanın "Qrafik" qəzetində çıxan və Antanta rəhbərlərinə ünvanlanan yazısına cavab verdi. Skotland bu yazıda Tiqran Nazaryanın guya Qarabağda 198 min nəfər erməni yaşadığı halda, 80 min nəfər Türkün yaşadığını bildirməsinə cavab olaraq, professor Şepotyevə istinad edərək, Qarabağda 415 min müsəlmanın və 170 min erməninin yaşadığını bildirdi. 1920-ci ilin, Novruz bayramı günlərində ermənilərin üsyan qaldırmasına cavab olaraq Skotland bunu xəyanətin bariz sübutu adlandırmışdı. Skotland Liddelin 1920-ci ilin, martın 21-də "Müsəlman respublikası de-yure tanındı" adlı məqaləsində bildirirdi ki, iki dövlətin Bakıdakı rəsmi mərasimində İranın Bakıdakı səfiri Təbatəbai ağa bəyan etmişdirdi ki, İran AXC-ni rəsmən de-yure səviyyəsində tanıyır. Həmçinin yazılarında bolşeviklərin Qafqazdakı təxribatları barədə xeyli məlumatlar vardır.
Qarabağla bağlı məqalələri Erməni-Tatar razılaşması- Qafqazda sülhün bərpası Qarabağ erməniləri Müsəlmanlarla müharibə. Ermənilər yenə də hücum edir Tiflisdə bolşevik bombaları Bakıda faciə Siyasət lazımdır
Kitabları The Track of the War: With Special Notes by Albert De Keersmaecker. Simpkin, Marshall, Hamilton, Kent & Co., 1915Scotland at the Russian Front in the First World War: Robert Scotland Liddell, War Correspondent and Photographer, Red Cross Worker and Russian Officer On the Russian front. Simpkin, Marshall, Hamilton, Kent & co., limited, 1916On the Russian front "Sestra": Sketches from the Russian Front. Hodder and Stoughton, 1917 Actions and Reactions in Russia. Chapman & Hall, 1917, BiblioBazaar, LLC, 2008, ISBN 0-559-27132-8, ISBN 978-0-559-27132-8 Big brother Bob. Simpkin, Marshall, 1923 Fifty Thousand Miles of Sun. Cassell and co., ltd., 1925 The gilded sign. 1927 The key of content. Cassell, 1928 Moulded in sand. McCutchan, 1930
Mənbə Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Robert Skotland Liddell maddəsi.
İstinadlar
Kateqoriya:1885-ci ildə doğulanlar Kateqoriya:1972-ci ildə vəfat edənlər Kateqoriya:Şotlandiya fotoqrafları Kateqoriya:Britaniya jurnalistləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti şəxsləri