Kamal bəy Ələkbər bəy oğlu Qədimbəyov — Yeyinti sənayesi nazirinin müavini, Mirzə Qədim İrəvaninin nəvəsi.

Həyatı Kamal bəy Qədimbəyov 1898-ci ildə İrəvanda anadan olmuşdur. Kamal bəy Qədimbəyov Azərbaycan Dövlət Universitetinin (indiki BDU) iqtisadiyyat fakültəsini bitirmişdir. Uzun illər Azərittifaqın sədr müavini və başqa məsul vəzifələrdə çalışmışdır. 1981-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Gülrux xanım və Kamal bəy Qədimbəyovların övladları Zaur Qədimbəyov və Əmirə xanımdır.

İstinadlar

Kateqoriya:İrəvanda doğulanlar Kateqoriya:Qədimbəyovlar