Mehmed Vəhib Paşa və ya Vəhib Kaçı (; ) — Türk hərbçi və Osmanlı generalı.
Həyatı
Əsli və ailəsi barədə Əslən Özbəkistandan Kiçik Asiyaya, ordan da Rumeliyə köç edən özbək əsilli Kaçı (və ya Kaçın) boyuna mənsubdur.İsmail Arar, "Macera Dolu Bir Hayat: Vehib Paşa", Tarih ve Toplum, Sayı: 47, İstanbul, 1987, s. 23Fethi Tevetoğlu, " Kaçı, Vehip Paşa", Türk Ansiklopedisi, C. XXI, s. 86 Bu boya mənsub Daşkəndli Mehmed ağa Salonikidə Osmanlı sultanı II Muradın tabeliyinə girmiş, qarşılığında isə Yanina sancaqbəyliyinə təyin edilmişdir.Hamdi Ertuna, Balkan Harbi’nde Yanya Savunması ve Esat Paşa, Ankara, Gnkur Basımevi, 1983, s. 139 Beləcə, ailə yunanların bölgəni ələ keçirəcəyi XIX əsrin ortalarına qədər bölgədə yaşamağa başladı.Sadi Abaç, Yapı ve Kredi Bankası Kurucusu Kazım Taşkent, İstanbul, Yapı ve Kredi Bankası, 1981, s. 185
Atası, Vəhib bəyin oğlu Mehmed Emin Əfəndi 1 iyul 1838-ci ildə Yaninada dünyaya gəldi və bölgədə bələdiyyə rəisliyinə qədər yüksəldi. 1857-ci ilin dekabrında Fatma xanımla evləndi və bu nikahından ilk övladı Xədicə Səadət xanım 25 fevral 1860-cı ildə dünyaya gəldi. Cütlüyün bundan başqa 6 oğlu dünyaya dünyaya gəlsə də, bunlardan Mehmed Əli, Vəhib və Kazım adlı 3 oğlu yetkinlik yaşını görmədən vəfat etdi. Ailənin şəcərəsi isə Mehmed Əsad, Mehmed Vəhib və Mehmed Nakiyüddin adlı 3 oğluyla davam etdi. Bunlardan Mehmed Əsad və Mehmed Vəhib hərbi sahəyə yönəldilər və Osmanlı imperiyasının müxtəlif bölgələrində xidmət etdilər. Balkan müharibələri, Çanaqqala döyüşü və Qafqaz cəbhəsində birlikdə vuruşdular. Digər oğlu Mehmed Nakiyüddin isə ədliyyə sahəsinə yönəldi. Soyad qanunu (1935) sonrasında hər 3 oğlunun ailəsi fərqli soyadlar aldı. Belə ki, Mehmed Əsad Paşa Bülkat, Vəhib Paşa Kaçı, Nakiyüddin Əfəndidən olma Arif Kazım bəy isə Daşkənd soyadlarını aldı.Muharrem Mazlum, Erkan-ı Harbiye Mektebi Tarihçesi, İstanbul, Harp Ak. K. Matbaası, 1930, s. 241Nurcan Aslan, Hülya Toker, Birinci Dünya Savaşı’na Katılan Albay ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Ankara, Genelkurmay Askeri Tarih ve Stratejik Etüt Başkanlığı Yayınları, 2009, C. II, s. 490
1902-ci ildə ailəsiylə birlikdə İstanbula köç edən Mehmed Emin Əfəndi yaşadıqları Acıbadəm səmtindəki köşkdə 15 yanvar 1909-cu ildə vəfat etdi.Fazıl Bülent Kocamemi, Yanya’nın Gözyaşları, İstanbul, İskenderiye Yayınları, 2007, 2. Baskı, s. 140–141
Hərbi təhsili və ilk xidmət illəri Babası Vəhib bəyin Yaninadakı köşkündə 3 fevral 1875-ci ildə dünyaya gələn Mehmed Vəhib, bəzi ailə xatiratlarında "İkinci Vəhib" olaraq anılır. Bunun səbəbi isə valideynlərinin daha öncə Vəhib adı verdikləri bir oğlunun olması, bu uşağın isə körpə ikən vəfat etməsidir. İlk və orta təhsili barədə yetərli məlumat yoxdur. 28 may 1894-cü ildə daxil olduğu Hərb məktəbini, 1897-ci ildə topçu sinfindən baş leytenant rütbəsilə başa vurdu. Ardından Hərbi Akademiyaya daxil oldu və 17 yanvar 1900-cü ildə kapitan rütbəsilə məzun oldu.Safahat Cedveli, Askerlik Safahat Belgesi, Harp Akademilerinin 122 Yılı "Şeref Dolu Yıllar"(1848–1970), İstanbul, Harp Akademileri Basımevi, 1970, s. 26 Ən yaxın dostu Yaqub Şevki (Subaşı) Paşa, gələcəkdə qaynı olacaq Nihad (Anılmış) Paşa onunla eyni dövrdə məzun olanlar sırasındadır.
Hərbi Akademiyadan məzun olmasının ardından kapitan rütbəsilə hərbi fəaliyyətə başlayan Mehmed Vəhib bəy 20 yanvar 1901-ci ildə IV Orduya təyinat aldı.İhsan Ilgar, "I. Dünya Savaşı’nın Ünlü Komutanlarından Vehip Paşa", Hayat Tarih Mecmuası, İstanbul, 1.6.1972, Yıl: 8, C. I, Sayı: 5, s. 13 Həmin ilin 27 fevralında 5-ci dərəcəli, 20 noyabrında isə 4-cü dərəcəli Məcidiyyə ordeni ilə təltif olundu. Qısa zamanda ön plana çıxdı və 23 fevral 1902-ci ildə qolağası rütbəsinə yüksəldi. Bu vəzifəsi davam etdiyi əsnada ailəsiylə görüşmək üçün icazə aldı və 20 dekabr 1902-ci ildə doğulub-böyüdüyü Yaninaya yollandı.
24 may 1903-cü ildə Diyarbəkir əyalət birliyinə təyin olundu. Buradakı xidmət illərində Fəxrəddin Altay və Ziya Göyalpla tanış olub dostluq qurdu.Fahrettin Altay, 10 Yıl Savaş (1912–1922) ve Sonrası, İnsel yayınları, İstanbul, 1970, s. 29–30 Bu dostluq onun gələcəkdə İttihad və Tərəqqi sıralarına qatılmasında mühüm rol oynadı. 17 may 1905-ci ildə Yəmənə göndərildi.Mithat Sertoğlu, "Yüzbinlerce Türk Şehidinin Yattığı Yemen ve Tarihi III", Resimli Tarih Mecmuası, 1954, C. V, Sayı: 57, s. 3387–3392 Belə ki, məzhəb çatışmalarıyla qaynayan qazana çevrilən Yəməndə Zeydi məzhəbinə mənsub İmam Yəhyanın üsyanı başlamışdı.Zeki Ehiloğlu, Yemen’de Türkler, İstanbul, Kardeş Matbaası, 1952, s. 133–134
İttihad-Tərəqqiyə qatılması və Məşrutiyyət illəri 15 yanvar 1906-cı ildə Bitola Hərb Məktəbinə təyin olunan Mehmed Vəhib bəy Yəməndən birbaşa Rumeliyə, ardından Bitolaya yollandı. Dövrün hərb məktəbləri arasında söz azadlığı və hürriyyət təfəkkürü ilə fərqlənən Bitola Hərb Məktəbinin məzunları arasında Mustafa Kamal Atatürk, Kazım Özalp, Əhməd İzzət (Furgaç) Paşa, Hafiz Haqqı Paşa, Cəfər Təyyar Əyilməz, Kazım Dirik yer alır.Osmanlı Döneminde Askeri Okullar, Milli Savunma Bakanlığı Yayınları, Ankara, 2000, s. 205–206 Təyin olunduğu ilin 17 sentyabrında mayor rütbəsinə yüksəldi.
İttihad-Tərəqqi cəmiyyətinin dayaq nöqtəsi olan Bitola şəhəri, Ənvər Paşanın bölgəyə gəlişinin ardından müxalifət mərkəzinə çevrildi.Tunaya, Hürriyetin İlanı, s. 6 Ahmet Bedevi Kuran, Osmanlı İmparatorluğu’nda İnkılap Hareketleri, İstanbul, 1956, s. 430–431 Bu illərdə cəmiyyətə qatılanlardan biri də Mehmed Vəhib bəy oldu. Cəmiyyətin Bitola şöbəsində müavin vəzifəsinə gətirildi və İstanbul-Bitola arasındakı şifrəli yazışmalardan məsul oldu.Ahmed Refik, İnkılab-ı Azim, İstanbul, Asır Matbaası, 1324, s. 45 23 iyul 1908-ci ildə səhər saatlarında Bitolanın mərkəzi meydanında toplanan iğtişaşçıların önündə, çıxdığı bir top arabası üzərində çıxış etdi və beləcə, İkinci Məşrutiyyət elan olundu.Aydemir, Tek Adam, C. I, s. 145, Ahmet Bedevi Kuran, Osmanlı İmparatorluğu’nda İnkılâp Hareketleri, İstanbul, 1956, s. 431Abdülmecid Fehmi, Manastır’ın Unutulmaz Günleri, Yayına Hazırlayanlar: Ayşe Şen, Ali Birinci, İzmir, Akademi Kitabevi, 1993, s. 6–9 Beləcə, qısa zamanda tanındı.
10 mart 1909-cu ildə II Ordu komandanlığına təyin olunan Mehmed Vəhib bəyin 31 mart hadisələrindən öncə baş tutan bu təyinatında İttihad-Tərəqqi cəmiyyətinin mühüm rolu oldu. 16 avqust 1909-cu ildə Hərb Məktəbi komandanlığına təyin edildi.Harp Okulu Tarihçesi, Ankara, 1945, s. 34 Bu vəzifəsini İtaliya-Osmanlı müharibəsinədək davam etdirən Mehmed Vəhib bəy 20 oktyabr 1911-ci ildə qardaşı Mehmed Əsad Paşanın rəhbərlik etdiyi Yanina əyalət ordusuna təyin olundu. Çox keçmədən 27 noyabr 1911-ci ildə kaymakam rütbəsinə yüksəldi.
Yanina müdafiəsi və əsarət dövrü Doğulub böyüdüyü Yaninaya gəldikdən sonra qısa zamanda ard-arda təyinatlar aldı. 12 avqust 1912-ci ildə Yanina Mövqe Komandanlığına təyin olundu. Bu vəzifədə ikən gördüyü ilk iş isə Yanina şəhəri və ətrafını təhkim etmək oldu.Fevzi, Garbi Rumeli’nin Sureti Ziyaı ve Balkan Harbinde Garp Cephesi, İstanbul, Genkur Matbaası, 1927, s. 338 2 oktyabr 1912-ci ildə səfərbərlik elan olunduGenelkurmay Askeri Tarih ve Stratejik Etüt Başkanlığı Yayınları, Garp Ordusu Yunan Cephesi Harekatı, Ankara, Gnkur Basımevi, 1981, C. III, 2. Kısım, s. 71 və 5 gün sonra I Balkan müharibəsi başladı. 25 noyabr 1912-ci ildə yunanlar Yaninanı şərq, qərb və cənubdan mühasirəyə aldılar. Tərəflərin qarşılıqlı qazandığı qələbələrə baxmayaraq Osmanlılar ağır itkilər vermə bahasına xeyli torpaq ələ keçirdi. 25 dekabr 1912-ci ildə elan edilən atəşkəslə Yanina mühasirəsi qaldırıldı. Qardaşı Mehmed Əsad Paşayla birlikdə şəhəri qəhrəmancasına müdafiə edən Mehmed Vəhib bəy, 21 yanvar 1913-cü ildə yolladığı teleqrafla yunanların ikinci dəfə hücuma keçdiyini, Manulasa və Aya İlya yüksəkliklərinin işğal edildiyini bildirdi. Yanina şəhəri ətrafında baş tutan bu işğalların əsas məqsədi şəhəri mühasirəyə almaq idi. Ancaq cəmi 3 gün davam edən mühasirənin ardından yunanlar geri çəkildi. 30 yanvar 1913-cü ildə vəliəhd Konstantin tərəfindən sülh təklif edilsə də, bu təklif qəbul edilmədi.Mahmut Muhtar Paşa, Balkan Harbi "Üçüncü Kolordu’nun ve İkinci Doğu Ordusu’nun Muharebeleri", Hazırlayan: M. Ziyaettin Engin, İstanbul, Tercüman 1001 Temel Eser, 1979, s. 187
Nəhayət, 6 mart 1913-cü ildə yunanlar Yaninaya daxil oldu. Qardaşı Mehmed Əsad Paşa və digər ordu mənsublarıyla birlikdə yunanlara əsir düşən Mehmed Vəhib bəy, öncə Prevezeyə, ardından isə Afinaya aparıldı. 9 ay davam edən əsirliyi boyunca Afinadakı Grand Hoteldə qapalı şəraitdə saxlandılar. Yunanlarla bağlanan sülhün ardından, 14 dekabr 1913-cü ildə azad edilən paşalar İstanbula qayıtdılar.
Hicazdakı xidmətləri Azad edilməsinin ardından 20 dekabr 1913-cü ildə V Ordu rəyasət heyətinə təyin olunsa da, bu vəzifədə 2 həftə qala bildi. Belə ki, 6 yanvar 1914-cü ildə isə polkovnik rütbəsilə Hicaz komandanlığına, 20 gün sonra isə Hicaz valiliyinə təyin olundu.Hasan Kayalı, Jön Türkler ve Araplar, İstanbul, Tarih Vakfı Yurt Yayınları, 1998, s. 204İsmail Hakkı Uzunçarşılı, Mekke-i Mükerreme Emirleri, Ankara, Türk Tarih Kurumu Basımevi, 1984, 2.baskı, s. 19 Bölgədə kənd təsərrüfatını canlandırmağa çalışan Mehmed Vəhib bəy, yeni yollar çəkdirdi və Kəbəni təmir etdirərək yerli xalqın sevgisini qazandı. Ancaq İttihad-Tərəqqi cəmiyyətinə mənsub bir diplomatın bölgədəki bu fəaliyyəti Şərif Hüseyni narahat etməkdə idi.Feridun Kandemir, Peygamberimizin Gölgesinde Son Türkler Medine Müdafaası, İstanbul, Yağmur Yayınevi, 1974, s. 419 Bu səbəblə, ard-arda İstanbula göndərdiyi məktublarında Mehmed Vəhib bəyi şikayət edən Şərif Hüseyn ingilisləri Osmanlı hakimiyyətinə qarşı təhrik etməyə başladı.
2 avqust 1914-cü ildə səfərbərlik elan edildi. Ancaq Mehmed Vəhib bəyin rəhbərlik etdiyi Hicaz komandanlığı bu səfərbərlikdən kənar tutuldu.Büyük Harpte Mısır Seferi Çerçevesi İçerisinde Birinci Kanal Seferi, 92 Sayılı Askeri Mecmuanın Tarih Kısmı, İstanbul, Askeri Matbaa, 1934, s. 6 Məqsəd isə ingilis tərəfdarı Şərif Hüseynin bölgədəki siyasi və hərbi fəaliyyətlərinə nəzarət etmək idi. Ancaq 14 noyabrda Osmanlı dövləti Antanta ölkələrinə müharibə elan edərək Birinci Dünya müharibəsinə qatılmış oldu. 11 fevral 1915-ci ildə mirliva rütbəsinə yüksəldi.Ilgar, "I. Dünya Savaşı’nın Ünlü Komutanlarından Vehib Paşa", Hayat Tarih Mecmuası, Yıl: 8, C. I, Sayı: 5, İstanbul, 1972, s. 19 6 gün sonra isə II Ordu komandanlığına təyin edildiyi elan olundu.Nilüfer Hatemi, Fevzi Çakmak ve Günlükleri, İstanbul, Yapı Kredi Yayınları, 2002, C. I, s. 306 Çanaqqala cəbhəsində yeni vəzifələr alması səbəbilə, 5 aprel 1915-ci ildə Hicazdakı vəzifələrindən azad olundu.Ziya Şakir Soko, 1914–1918 Cihan Harbini Nasıl İdare Ettik?, İstanbul, Muallim Fuat Gücüyener Anadolu Kitap Deposu, 1944, s. 200
Birinci Dünya müharibəsi illəri
Çanaqqala cəbhəsi Birinci Dünya müharibəsi illərində aldığı ilk vəzifə Çanaqqala cəbhəsində oldu.Genelkurmay Askeri Tarih ve Stratejik Etüt Başkanlığı Yayınları, Birinci Dünya Harbi’nde Türk Harbi V. Cilt 3 ncü Kitap Çanakkale Cephesi Harekatı, Ankara, Gnkur Basımevi, 1980, s. 209–210 Bu vəzifədə ikən şahzadələr Hayri Əfəndi (II Əbdülhəmidin oğlu), Əbdülhəlim Əfəndi (Səlim Əfəndinin oğlu) və Fuad Əfəndi (Səlahəddin Əfəndinin oğlu) Çanaqqala cəbhəsini ziyartə etdilər.Harb Mecmuası, Kanunusani 1331(Rebiülevvel 1334), Yıl: 1, sayı: 4, s. 50 İkinci Kərəvizdərə və Kirte Bağları döyüşlərinə komandanlıq etdi.Cemalettin Yıldız, Seddülbahir Kahramanları, İzmir, Çağlayan Matbaası, 2003, s. 110–111
İkinci Kərəvizdərə döyüşü
Kirte Bağları döyüşü
Qafqaz cəbhəsi