Tanos () – Marvel Comics nəşriyyatı tərəfindən 1973-cü ildə yaradılmış komiks personajı. Maykl Fredrix və Cim Starlin tərəfindən yaradılmış və ilk dəfə "Iron Man" komiksinin 55-ci sayında peyda olmuşdur. Məsləhətçinin oğlu, Starfoksun qardaşıdır.
Personaj ilk dəfə "Qisasçılar" filmində Deymon Puate tərəfindən canlandırılmışdır. "Qalaktika Mühafizəçiləri" (2014), "Qisasçılar: Altron dövrü" (2015), "Qisasçılar: Sonsuzluq savaşı" və "Qisasçılar: Final" filmlərində Coş Brolin tərəfindən canlandırılmışdır. Bunlardan əlavə, Tanos bir çox videooyun və teleserialda görünmüşdür.
Tanos IGN-in "Ən yaxşı 100 komiks supercinayətkarı" siyahısında 47-ci yerdə, Wizard-ın "Ən yaxşı supercinayətkarlar" siyahısında 22-ci yerdə, "Complex" jurnalının "Ən yaxşı 25 komiks supercinayətkarı" siyahısında 21-ci yerdə göstərilmişdir.
Yaradılması Yazıçı-rəssam Cim Starlin Tanos personajını hələ kollecdə psixologiya oxuyarkən fikirləşmişdir."Jim Starlin". Adelaid Comics and Books. Archived via the Wayback Machine. Retrieved March 25, 2014. O, personajın görünüşü üçün Cek Körbinin Darksayd personajından ilhamlandığını etiraf etmişdir.
Tanos ilk dəfə 1973-cü ildə "Iron Man" komiksinin 55-ci sayındakı bir hekayədə peyda olmuşdur. Hekayə "Captain Marvel" #25–33 (1973–1974), "Marvel Feature" #12 (noy. 1973), "Daredevil" #107 (yan. 1974) və "Avengers" #125 (iyul 1974) komiksləri boyunca davam etmişdir.
2006-cı ildə personaj "Annihilation: Silver Surfer" #1–4 (iyun – sent. 2006) və "Annihilation" #1–6 (okt. 2006 – mart 2007) komikslərində əhəmiyyətli rol oynamışdır. 2012-ci ildə "Thanos: Son of Titan" adlı miniseriyanın buraxılması planlaşdırılsa da, sonradan ləğv edilmişdir. Personajın keçmişi 2013-cü ildə 5 saydan ibarət "Thanos Rising" miniseriyasında işıqlandırılmışdır. Tanos Conatan Hikman tərəfindən yazılmış "Infinity" miniseriyasında mərkəzi rol oynamışdır. 2014-cü ilin mayında "Thanos Annual" adlı one-shot komiks yayımlanmışdır. Bu komiks yeni qrafik roman trilogiyası üçün giriş rolunu oynamışdır: "Thanos: The Infinity Revelation", "Thanos: The Infinity Relativity" və "Thanos: The Infinity Finale".
Personaj 5 saydan ibarət "The Infinity Gauntlet" miniseriyasında (iyul 2015 – yanvar 2016) vacib rol oynamışdır.
Bioqrafiya Tanos Saturnun peyki Titanda Ölümsüzlər irqindən olan Məsləhətçinin və Sui-Sanın oğlu kimi anadan olmuşdur. Tanos Deviant irqinin genini daşıyır və onlara oxşayır. Tanos anadan olanda anası onun görünüşündən şoka düşmüş və onu öldürməyə cəhd etmişdir. Məktəb illərində Tanos pasifist idi,Thanos Rising #1 ancaq qardaşı Eros (Starfoks) və ev heyvanları ilə oynayırdı. Yeniyetməlik illərində Tanos ölüm və nihilizmin təsirinə düşmüş, sonda isə ölümün bədən tapmış halına — Ölümə aşiq olmuşdur.Thanos Rising #3, Iron Man vol 1 #55 Daha sonra Tanos öz elmi bilikləri ilə fiziki gücünü artırmışdır. O həmçinin bir çox uşağın atası olmaqla və quldur olmaqla özünə yeni bir həyat yaratmağa cəhd etmişdir. Lakin bunların heç biri ona kifayət etməmişdir.Thanos Rising #4–5
Ölümü təsirləndirmək üçün Tanos ordu yığır və Titanda öz irqindən milyonlarla fərdi öldürür.Avengers Annual #7 (1977) Kosmik kubu tapmaq üçün Yerə səyahət edir,Captain Marvel #30 (Jan. 1974) onu tapır, lakin Qisasçılar Kosmik kubu məhv edərək Tanosu məğlub edə bilirlər.Captain Marvel #33 (July 1974)
Tanos daha sonra Sonsuzluq daşları ilə maraqlanmağa başlayır və Adam Uorlokun Ruh daşını da ələ keçirir. Uorlok Qisasçıları və Kapitan Marveli köməyə çağırır, lakin Uorlok Tanos tərəfindən öldürülür. Tanos qələbəyə yaxın olsa da, Uorlok Ruh daşından azad olub Tanosu daşa döndərir.Marvel Two-in-One Annual #2 (1977)
Tanos dirilirSilver Surfer vol. 3, #34 (Feb. 1990) və Sonsuzluq daşlarını yenidən yığmağa başlayır.The Thanos Quest (1990) Məqsədi Sonsuzluq əlcəyində daşları yığmaq və kainatın yarısını məhv edərək Ölümə sevgisini isbat etməkdir.The Infinity Gauntlet #1 (July 1991) Lakin o, Adam Uorlok tərəfindən bir neçə dəfə dayandırılır.The Infinity Gauntlet #6 (Dec. 1991) Sonda Tanos özü Sonsuzluq saatı adlı qrupa qoşulur və Adam Uorloka kömək edir.The Infinity War #1–6 (1992) Bu hadisələr "Sonsuzluq saqası" adı ilə xatırlanır.Infinity Gauntlet: Aftermath, Marvel, 2013, back cover.
Güc və bacarıqlar Tanos Ölümsüzlər irqindəndir. Ölümsüzlərin güclərini daşısa da, bu güclərini daha da artırmışdır. Tanos qeyri-insanı gücə, sürətə, dözümlülüyə malikdir. Telepatiya, telekinez və maddə manipulyasiyası kimi bacarıqlara da malikdir. Üzbəüz döyüşdə də məharətlidir. Odin və Qalaktusa qarşı asanlıqla döyüşə bilmişdir.
Tanos intellektual cəhətdən digər varlıqlardan üstündür və yüksək elmi bacarıqlara malikdir.
Alternativ versiyaları Amalgam Comics — 1996-cı ildəki DC Comics və Marvel krossoveri zamanı peyda olmuşdur. Darksaydla birləşmiş və "Tanossayd" adlanmışdır.Bullets and Bracelets #1 (1996) Earth X — "Earth X" adlı məhdud seriyada peyda olmuşdur. Bu versiyada onun anası skruldur.Earth X #0–12, X (Mar. 1999 – June 2000) Ultimate Marvel — Bu versiyada Axeronun lideri və İttihamçı Ronanın atasıdır.Ultimate Fantastic Four #42 (May 2007) Marvel Zombies 2 — "Marvel Zombies 2" məhdud seriyasında peyda olmuş zombiləşmiş halıdır. Halk tərəfindən öldürülmüşdür.Marvel Zombies 2 #1 (Dec. 2007 – Apr. 2008)
Digər mediada
Televiziya
Film thumb|Tanos "Qisasçılar: Sonsuzluq savaşı" filmindən. Deymon Puate 2012-ci il istehsalı "Qisasçılar" filminin mid-kredits səhnəsində Tanosu canlandırmışdır. Tanos Lokinin havadarı kimi göstərilmişdir Coş Brolin 2014-cü il istehsalı "Qalaktika Mühafizəçiləri" filmində Tanosu canlandırmışdır. Filmdə Tanos İttihamçı Ronandan istifadə edərək sonsuzluq daşını əldə etməyə çalışır. Filmdə Tanos Qamora və Nebulanın ögey atasıdır. Brolin 2015-ci il istehsalı "Qisasçılar: Altron dövrü" filminin mid-kredist səhnəsində yenidən Tanosu canlandırmışdır. Tanos üzərində heç bir daş olmayan Sonsuzluq əlcəyini geyinir və deyir: "Yaxşı, özüm edərəm onda". Brolin "Qisasçılar: Sonsuzluq savaşı" və "Qisasçılar: Final" filmində Tanosu canlandırmışdır. Əvvəlki MKK filmlərindən fərqli olaraq Tanos bu filmlərin əsas supercinayətkarı olmuşdur.
Videooyun
Roman 2017-ci ildə Stüart Mur tərəfindən "Tanos: Ölüm hökmü" adlı roman yazılmışdır.
İstinadlar
Xarici keçidlər
Tanos — Dəli titan
Kateqoriya:Marvel Comics supercinayətkarları Kateqoriya:1973-cü ildə tanıdılan komiks personajları Kateqoriya:Yerdənkənar supercinayətkarlar Kateqoriya:Uydurma kütləvi qatillər Kateqoriya:Kişi komiks personajları Kateqoriya:Əbədilər (Marvel Comics) Kateqoriya:Nevroloji və ya psixoloji problemi olan personajlar Kateqoriya:Uydurma zaman səyyahları Kateqoriya:Tez sağala bilən Marvel Comics personajları Kateqoriya:Marvel Comics telepatları