Okten-1 – kimyəvi formulu C8H16 olan alkenlərin homoloji sırasının doymamış karbohidrogenidir. Okten-1 alfa-olefinlərə aiddir. Bir ikiqat rabitəyə malikdir.
Fiziki xassələri Normal şəraitdə okten rəngsiz, kəskin xoşagəlməz iyli mayedir.
Kimyəvi xassələri Doymamış karbohidrogenlər kimi okten-1 yüksək reaksiyaya girmə xüsusiyyətinə qabildir. Bir çox doymamış karbohidrogenlər kimi okten-1 üçün də polimerləşmə reaksiyaları xarakterikdir.
Alınması Okten-1 əsasən, neftin katalitik və ya termiki krekinqi zamanı əlavə məhsul kimi doymuş karbohidrogenlərdən əmələ gəlir.
Mənbə Алкены (рус.) // Википедия. - 2017-09-15. Непредельные углеводороды (рус.) // Википедия.- 2017-01-04.
İstinadlar
Kateqoriya:Alkenlər