Telli Pənahqızı (tam adı: Əliyeva Telli Pənah qızı; ) — Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına Şura üzvü, şairə, publisist, nasir.
Həyatı Telli Əliyeva 24 may 1954-cü ildə Qərbi Azərbaycanda Vedibasar mahalının Böyük Vedi kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1971–1976).
Əmək fəaliyyətinə ilk dəfə 1977–1980-ci illərdə C. Cabbarlı adına Respublika Gənclər Kitabxanasında baş kitabxanaçısı olaraq başlamışdır. Daha sonra 1980–1981-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində (Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti) müxbir, 1981–1982-ci illərdə Azərbaycan Dövlət Televiziyasının Gənclik redaksiyasında kiçik redaktor, 1982–1992-ci illərdə Dövlət Televiziyasının İctimai-siyasi və iqtisadi informasiyalar redaksiyasında redaktor, 1992–1993-cü illərdə Dövlət Televiziyasının İnformasiya studiyasının "Günün ekranı" Yaradıcılıq Birliyi rəhbərinin müavini, 1993–1995-ci illərdə Azərbaycan Dövlət Teleradio Şirkətinin İnformasiya xidməti rəhbəri, 1995–1997-ci illərdə Televiziyanın İkinci Proqram üzrə direktoru, 1997–2005-ci illərdə İkinci Proqram üzrə Baş proqram direktorunun müavini, 2005-ci ildən isə Azərbaycan Teleradio Verilişləri QSC Televiziya Proqramları direktorunun müavini vəzifələrində işləmişdir.
12 mart 2019-cu ildən Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına Şura üzvü təyin edilmişdir.
Bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. Dövri mətbuatda şeir, oçerk və hekayələri dərc olunmuşdur.
Faiq Ağayevin oxuduğu "Məni sevərsənmi?" (bəstəkarı Novruz Aslan), Azərinin oxuduğu "Bizi intiqama çağırır cəngi" (bəstəkarı Gülsüm xanım) mahnılarının sözləri Telli Pənahqızınındır. Səyyad Əlizadə, Niyaməddin Musayev, Teymur Əmrah da şairənin sözlərinə yazılan mahnıları ifa edirlər.
Mükafatları Telli Pənahqızının Azərbaycan televiziyası və radiosunun inkişafındakı xidmətlərinə görə hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilib. "Əməkdar mədəniyyət işçisi" fəxri adı "Tərəqqi" medalı 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni
Həmçinin, müxtəlif illərdə "Qızıl qələm", "H. B. Zərdabi", "Məmməd Araz", "Natəvan" mükafatlarına layiq görülmüşdür. "Ali Media" mükafatı laureatıdır.
Əsərləri "Ömrün qoşa izi". Bakı: Maarif, 1995. "Tanrımla söhbət". Bakı: 1999. "Ayrılıqdan sonra çəkilmiş şəkillər". Bakı: "Səsində ay işığı var". Bakı: "Sizi sevən Sərdaram". Bakı: "Ziya-Nurlan", 2004. "Səsin xiffəti". Bakı: "Uzun, incə bir yol varmış". Bakı: 2011. "Yaddaşım qaval daşı". Bakı: "Təhsil" nəşriyyatı, 2013
Filmoqrafiya Nailə (film, 1994) — ssenari müəllifi Min ev Sədərək (film, 2004) Sizi sevən Sərdaram (film, 2005) Sarı simin möcüzəsi (film, 2011) — ssenari müəllifi (Elxan Məsumovla birlikdə)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycan qadın jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Azərbaycanlı publisistlər Kateqoriya:Ssenaristlər Kateqoriya:Vedibasarda doğulanlar Kateqoriya:Hacılar Kateqoriya:"Qızıl qələm" media mükafatı laureatları Kateqoriya:Həsən bəy Zərdabi mükafatı laureatları Kateqoriya:"Məmməd Araz" mükafatı laureatları