Nəvzad xanım () — son Osmanlı sultanı VI Mehmed Vahidəddinin beşinci xanımı və gözdəsi.
Həyatı Nəvzad xanım Beşiktaş rayonunda Hüseyn bəy köşkündə 2 mart 1902-ci ildə dünyaya gəlmişdir. Atası köşkün bağbanı Şaban Barqu, anası isə Xədicə xanım idi. Əsl adı Nemət idi. Özündən başqa Əminə və Fatma adlı 2 bacısı, Saleh adlı qardaşı vardı. Yaşadıqları köşkün xanımı Əda xanım, atası Şaban bəyin bibisi idi. 1913-cü ildə Əda xanımın istəyilə, Nemət və bacısı Əminə V Mehmedin hərəminə alındı. Saraya alındıqdan sonra özünə Nəvzad, bacısına isə Nəsrin adı verildi.
1918-ci ildə V Mehmedin vəfatından sonra Nəvzad və Nəsrin mərhum sultanın oğlu Şahzadə Mehmed Ziyaəddin Əfəndinin sarayına köçürüldülər. Burada saray sultanlarının təlimlərində iştirak etdilər. Daha sonra isə burada kalfa oldular və Sultan Vahidəddinin sarayına getdilər.
Çox keçmədən Sultan Vahidəddinin diqqətini cəlb etdi və 1 sentyabr 1921-ci ildə Ulduz sarayında evləndilər. Bu evlilikdən övladı dünyaya gəlməmiş, bu səbəblə qadınəfəndi ola bilməmişdi. Sultan Vahidəddinin 1922-ci ildə sürgünə getməsinin ardından o da San-Remoya deportasiya edildi. Ərinin vəfatından sonra bacısıyla birlikdə İstanbula qayıtdı və 1928-ci ildə ikinci evliliyi Ziya bəy Səfəroğlu ilə baş tutdu. 1937-ci ildə "Ulduz sarayından San-Remoya" adlı xatiratını yazdı. İkinci evliliyindən Sidiqə Səlcuq (d. 1928) adlı bir qızı, Şaban Mustafa adlı (d. 1931) bir oğlu dünyaya gəldi.
Nəvzad xanım 23 iyun 1992-ci ildə ərinin Göksü yaxınlığındakı köşkündə vəfat etdi və Qaracaəhməd məzarlığında dəfn olundu.
Mənbə https://books.google.com/books?id=HuZTefumFSQC
İstinadlar
Kateqoriya:Osmanlı sultanları Kateqoriya:Osmanlı sultanlarının xanımları