Bidar Qadınəfəndi () — 34. Osmanlı sultanı II Əbdülhəmidin dördüncü xanımı.

Həyatı Bidar xanım 5 may 1858-ci ildə Osmanlı tabeliyindəki Abxaziyada dünyaya gəlmişdir. Kabardalılar ailəsinə mənsub olub, atası İbrahim bəy Talustan, anası isə əslən gürcü olan Şahika İffət xanımdır. Yaşıl gözlü, uzun qəhhvəyi saçları olan Bidar xanımın özündən yaşca kiçik 2 qardaşı (Hüseyn Paşa və Mehmed Ziya Paşa) da sarayda Sultan Əbdülhəmidə xidmət edirdi. Kiçik yaşlarında Osmanlı sarayına təslim edilmişdir. 17 yaşında ikən 2 sentyabr 1875-ci ildə Ulduz sarayında Sultan Əbdülhəmidlə evləndi.

Taxtdan endirilməsinin ardından əriylə birlikdə 1909-cu ildə sürgünə getdi. Salonikidə Alatini köşkündə yaşayan Bidar xanımın gözəlliyi Avropa saraylarında danışılırdı. Daha sonra isə yenə Sultan Əbdülhəmidlə birlikdə Bəylərbəyi sarayına gətirildi. Ərinin ölümündən aylar öncə 1 yanvar 1918-ci ildə vəfat etdi və Yəhya Əfəndi məzarlığına dəfn olundu.

Övladları Fatma Naimə Sultan Şahzadə Mehmed Əbdülqadir Əfəndi

Mənbə https://books.google.com/books?qGAtAQAAIAAJ http://freepages.genealogy.rootsweb.com/~royalty/turkey/persons.html https://books.google.com/books?id=HuZTefumFSQC

Kateqoriya:Osmanlı sultanlarının xanımları