Azərbaycan Xalq Cümhuriyyətinin tarixi — Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, onun yaranmasına qədərki tarix və onun mövcud olduğu 23 aylıq— 28 may 1918-ci ildən 28 aprel 1920-ci ilə qədər olan dövrü əhatə edir.
Xronoloji ardıcıllıq
Zəmin
1917-ci ilin fevral ayında Rusiyada Romanovlar sülaləsinin mütləqiyyəti devrildi. Monarxiya rejimi aradan qaldırıldıqdan sonra hakimiyyətə gələn müvəqqəti hökumət Cənubi Qafqazın idarəçiliyi üzrə Xüsusi Komitə yaratdı. Lakin müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabr ayındakı hakimiyyət çevrilişi nəticəsində Cənubi Qafqazdan Rusiyanın Müəssislər Məclisinə seçilən deputatlar Petroqrada və Moskvaya gedə bilmədilər. Onlar 1918-ci ilin 14 fevral tarixində Tiflisdə Zaqafqaziyanın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini, başqa sözlə, Zaqafqaziya Parlamentini yaratdılar.
Zaqafqaziya Seymində Müsəlman Fraksiyasını Müəssislər Məclisinə seçkilər zamanı Azərbaycanın, habelə bütün Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat təmsil edirdi. Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası, faktiki olaraq, Zaqafqaziya Müsəlman Şurası, daha doğrusu, Zaqafqaziya Müsəlman Parlamenti funksiyasını yerinə yetirirdi.
Lakin istər daxili, istərsə də xarici siyasət sahəsində kəskin milli mənafe ziddiyyətlərinin olması Zaqafqaziya Seymi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti hökumətinin konkret addımlar atmasına imkan vermədi. Nəticədə 1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar və ertəsi gün — mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər.
Mayın 27-də Seymin Müsəlman Fraksiyasının üzvləri ayrıca iclaslarını keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası elan etdi. 1918-ci il mayın 27-də keçirilən həmin iclasda Azərbaycan Milli Şurasının Rəyasət Heyəti və sədri seçildi. Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri oldu. İcra Komitəsinin sədri vəzifəsinə isə Fətəli xan Xoyski (bitərəf) seçildiYaqublu N. Azərbaycan milli mücadiləsi və Məhəmməd Əmin Rəsulzadə. B., 2001, 154 s..
İlk dövr
thumb|left|Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsi
1918-ci il may ayının 28-də Milli Şuranın birinci iclası keçirildi və iclasda Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar qəbul edildi. Beləliklə, 100 ildən artıq fasilədən sonra Azərbaycanın Şərqi və Cənubi Zaqafqaziya hüdudlarında milli dövlətçiliyi bərpa olundu. Elə həmin iclasda yeni demokratik dövlətin yaranması faktını hüquqi cəhətdən təsbit edən "Azərbaycanın istiqlaliyyəti haqqında Akt" qəbul edildi.
İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə, ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun — parlamentli respublikanın yaradılacağından xəbər verirdi. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi: 1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.
2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.
3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.
4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.
5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.
6. Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur. 1918-ci ilin yayında Azərbaycanda siyasi vəziyyət ikihakimiyyətliliklə səciyyələnirdi və istiqlaliyyət uğrunda mübarizə bu şəraitdə gedirdi. Azərbaycanın şərq hissəsində — Bakı və Bakı quberniyasında Bakı Xalq Komissarları Soveti fəaliyyət göstərirdi.Rəfiyev В. Aysberqin sualtı hissəsi (1920-ci illər). B., 1995, 53 s. Bölgənin qərb hissəsi isə (Gəncə və Gəncə quberniyası) Azərbaycan Xalq Cümhuriyyəti milli hökumətinin hakimiyyəti altında idi.
Gəncə dövrü Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci ilin may ayının 30-da radioqram vasitəsilə Azərbaycanın öz istiqlaliyyətini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə -London, Paris, Vaşinqton, İstanbul, Berlin, Madrid, Tehran, Moskva, Roma, Vyana, Buxarest, Sofiya, Tokio, Haaqa, Kopenhagen, Kiyev, Kristianiya (Oslo) və Stokholma rəsmi bəyanatlar göndərdi. Həmin radioqramda yeni yaradılmış Hökumətin müvəqqəti olaraq Yelizavetpolda (Gəncə) yerləşdiyi bildirilirdi.Aзepбaйджанская Демократическая Pecnyблика (1918–1920). Законодательные акты (сборник документов), Б., 1998
İyun ayının 4-də Azərbaycan və Osmanlı İmperiyası arasında "Sülh və Dostluq" müqaviləsini imzaladı və bir gün sonra Türk ordusu Gəncəyə daxil oldu.Şeyxzamanlı N. Azərbaycan istiqlal mücadiləsi xatirələri. B., 1998, 158 s 1918-ci ilin 16 iyun tarixində Milli Şuranın üzvləri və Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Gürcüstanın paytaxtı Tiflis şəhərindən siyasi vəziyyətin çox ziddiyyətli olduğu Gəncəyə köçdü. Həmin dövrdə Gəncə şəhərində real hakimiyyət hələ may ayının axırlarında 300 nəfər hərbi təlimatçı ilə Gəncəyə gəlmiş Türkiyənin Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın əlində idi. O, tezliklə Gəncədə hərc-mərcliyə son qoya bilmiş, şəhərdə qayda-qanun yaratmışdı
Böhran Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası və Hökumətinin həyata keçirmək istədiyi tədbirlərin "həddindən çox demokratik" istiqamətindən narazı qalan Azərbaycan burjuaziyası və mülkədarlarının müəyyən dairələrinin təsirilə Nuru paşa Azərbaycan Milli Şurası və Hökumətini şübhə ilə qarşıladı. İyunun 16-da Gəncəyə gələn Azərbaycan Milli Şurasının iyunun 17-də Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə iki iclası keçirildi.
Birinci qapalı iclas iyunun 17-də saat 12-də şəhər idarəsinin binasında toplandı. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin sədri Fətəli xan Xoyski söz alaraq bildirdi ki, Məhəmməd Əmin Rəsulzadə və Məmməd Həsən Hacınski ilə birlikdə onlar Qafqazdakı türk ordusunun komandanı Nuru paşanın yanında olmuş və Tiflisdə yaradılmış Milli Şura və Azərbaycan Hökuməti haqqında ona məlumat vermişlər. Nuru paşa cavabında bildirib ki, bir əsgər kimi o, mülki işlərlə kifayət qədər tanış deyil, ona görə də bu barədə onun mülki işlər üzrə müşaviri Əhməd bəy Ağaoğluna müraciət etsinlər. Əhməd bəy Ağaoğlu ilə görüşlərindən bəhs edən Fətəli xan Xoyski məlumat verdi ki, danışıq zamanı Əhməd bəy Ağaoğlu Türkiyə hökumətinin və onun Gəncədəki nümayəndəliyinin Azərbaycanın daxili işlərinə qarışmayacağını bildirdi, lakin Milli Şuranın yeni Hökumət yaradaraq özünü buraxmasını tələb etdi.
Yeni hökumət İyun ayının 17-də saat 2-də Milli Şuranın çox gərgin şəraitdə keçən ikinci iclasında Fətəli xan Xoyski Tiflis şəhərində təşkil etdiyi Hökumətin fəaliyyəti barədə qısaca məlumat verərək Şura üzvlərindən onun Hökumətinin istefasını qəbul etməyi xahiş etdi. Uzun və gərgin müzakirədən sonra iclas Azərbaycan Milli Şurasının buraxılması, bütün qanunverici və icraedici hakimiyyətin yeni yaradılacaq Azərbaycan Müvəqqəti Hökumətinə verilməsi haqqında iki mühüm qətnamə qəbul etdi.
Milli Şuranın buraxılması haqqındakı birinci sənəddə göstərilirdi ki, həm daxili, həm də xarici siyasət sahəsində Azərbaycanda yaranmış ağır vəziyyəti nəzərə alaraq, Azərbaycan Milli Şurası bütün hakimiyyəti Fətəli xan Xoyskinin sədrliyi ilə təşkil olunmuş Müvəqqəti Hökumətə həvalə edir və ona tapşırır ki, öz hakimiyyətini tezliklə çağırılacaq Müəssislər Məclisindən başqa kimsəyə güzəştə getməsin.
Müvəqqəti Hökumətin hüquq və vəzifələri haqqındakı ikinci sənəddə qeyd olunurdu ki, Azərbaycan Hökumətinə Azərbaycanın dövlət istiqlaliyyətini və mövcud siyasi azadlıqları ləğv etmək, aqrar və digər bu kimi mühüm inqilabi əhəmiyyətli qanunları dəyişdirmək səlahiyyəti verilmir. Azərbaycan Hökuməti altı aydan gec olmayaraq Müəssislər Məclisini çağırmalıdır. Hökumət qalan məsələlərdə bütün səlahiyyətlərindən istifadə etməkdə sərbəst idi. Milli Şuranın müəyyən etdiyi müddət 1918-ci il dekabrın 16-da başa çatırdı.Çəmənzəminli Y. V. Müstəqilliyimizi istəyiriksə. B., 1994, 72 s
Azərbaycan Milli Şurası iyunun 17-də Fətəli xan Xoyskinin sədrliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin ikinci hökumət kabinəsinin tərkibini təsdiq etdi. Hökumətin tərkibi belə idi: Nazirlər Şurasının sədri -Fətəli xan Xoyski; nazirlər — Məmmədhəsən Hacınski, Nəsib bəy Usubbəyov, Əlimərdan bəy Topçubaşov, Behbud ağa Şahtaxtinski, Xəlil bəy Xasməmmədov, Xosrov Paşa bəy Sultanov, Xudadat bəy Rəfibəyov, Xudadat bəy Məlik-Aslanov, Ağa Aşurov, Əbdüləli bəy Əmircanov, Musa bəy Rəfiyev.
Hərbi sahədə olan hadisələr Əsası 1917-ci ilin dekabrında qoyulmuş Müsəlman korpusu Zaqafqaziya komissarlığının ordu strukturu kimi formalaşmağa başlamışdı. 1918-ci il iyunun 26-da Azərbaycan Hökuməti Müsəlman korpusunu Əlahiddə Azərbaycan korpusu adlandırmaqla özünün bu hərbi struktura sahibliyini hüquqi cəhətdən təsdiqlədi. Hökumətin həmin tarixli başqa bir qərarı ilə ƏAK qərargahının ştatında qismən dəyişiklik edildi və korpus komandirinin yanında diviziya səlahiyyətində xüsusi tapşırıqlar üçün general vəzifəsi təsis edildi.Süleymanov M., Azərbaycan ordusu (1918–1920), B., 1998
ƏAK bu zaman Azərbaycanda xilaskarlıq missiyasını həyata keçirən Qafqaz İslam Ordusunun tərkibinə daxil edildi. Azərbaycana hərbi yardıma gəlmiş 5-ci Qafqaz firqəsi də ilk vaxtlar ƏAK-ın tərkibinə daxil edilmişdi. Həmin firqə (diviziya) ƏAK vasitəsilə Qafqaz İslam Ordusunun komandanlığına bağlanırdı. 5-ci Qafqaz firqəsinin komandiri xidməti vəzifələri, döyüş tapşırıqlarının icrası haqqında Qafqaz İslam Ordusunun komandanı ilə bərabər ƏAK-m komandanı Əliağa Şıxlinskiyə də hesabat verirdi.Стеклов А., Армия Мусаватского Азербайджана, Б., 1928
Qaraməryəm döyüşləri 1918-ci ilin iyununda Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Gəncədə məskunlaşdığı zaman onun hərbi qüvvələri bolşevik-daşnak qüvvələri ilə Qaraməryəm döyüşləri oldu.Manaf Süleymanov, Nuru Paşa, Bakı, 1999)
Döyüşün sonunda Azərbaycan qüvvələri geri çəkilməyə məcbur qaldılar və Qaraməryəm kəndi bolşevik-daşnaklar tərəfindən işğal edildi.
Qafqaz İslam Ordusu və Əlahiddə Azərbaycan Korpusu rəhbərliyi səhvlərini yenidən nəzərdən keçirdilər. Əlavə qüvvələr bölgəyə gətirildi.
Göyçay döyüşü 1918-ci il iyunun sonlarına doğru Göyçay uğrunda ağır döyüşlər başladı. Günlərlə davam edən döyüşlərdən sonra qalib gələn Azərbaycan qüvvələri Göyçayı, Qaraməryəmi azad edə bildi. Beləliklə bolşevik-daşnakların hücumu dayandırıldı. Artıq hücum etmək növbəsi Azərbaycan Xalq Cümhuriyyətinin idi.Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 561Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 70–72
Kürdəmir döyüşü thumb|299x299px|Fətəli xan XoyskiKürdəmir döyüşü 1918-ci ilin iyul ayının 5-dən 10-na qədər davam etmişdir. Azərbaycan qüvvələri Kürdəmir qəsəbəsini azad etmək üçün Bakı Xalq Komissarları Soveti qüvvələrinə hücum etmiş, 5 gün davam edən döyüşlər nəticəsində isə qalib gəlmişdir.Dr. Mustafa Görüryılmaz – Qafqaz İslam Ordusu və ermənilər, Bakı, Qismət, 2006, səh 172
Şamaxı əməliyyatı Azərbaycan Xalq Cümhuriyyəti Gəncədə yerləşən zaman onun əsas məqsədi Bakını işğaldan qurtarmaq idi. Bakını azad etmək üçün hazırlanan planın birinci hissəsi kimi ilk növbədə Şamaxının azad edilməsi nəzərdə tutulmuşdu.
1918-ci ilin iyulunda həyata keçirilən əməliyyat nəticəsində Şamaxı işğaldan azad edilmiş və Azərbaycan qüvvələri Bakıya doğru irəliləməyə başlamışdılar.Manaf Süleymanov, Qafqaz İslam Ordusu, Bakı 1999
Bakı döyüşü Şamaxı, Salyan, Hacıqabul, Ələt döyüşlərindən sonra Azərbaycan ordusu artıq Bakını mühasirəyə aldı.Yale, William (1968) Near East: A Modern History p. 247