Qara Cöyrəoğlu () — xalq qəhrəmanı.http://ensiklopediya.gov.az/az/terms/10662/cild/17

Həyatı 1918-ci ildə Cöyrə oğlu Qaranın Borçalı bölgəsində erməni silahlı dəstələrinə qarşı aparılan döyüşlərdə iştirak etdiyi göstərilir. Məlumatlara görə, o, Borçalı istiqamətində irəliləyən Andranikin rəhbərlik etdiyi silahlı qüvvələrə qarşı müqavimət göstərmişdir. Dürnik kəndi istiqamətindən Qızılhacılıya edilən hücum zamanı da onun rəhbərlik etdiyi dəstənin qarşı tərəfin irəliləyişini dayandırdığı bildirilir.

Həmin dövrdə baş vermiş döyüşlərdən biri mənbələrdə "Bolus döyüşü" adı ilə qeyd olunur və indiki Bolnisi ərazisi uğrunda aparılmış qarşıdurma kimi təqdim edilir. Bu döyüş zamanı Andranikin rəhbərlik etdiyi təxminən 800 nəfərlik silahlı dəstənin Bolnisiyə hücum etdiyi, Xaçınlı kəndindən olan ermənilərin də onlara qoşulduğu qeyd edilir. Məlumatlara görə, Cöyrə oğlu Qara Qızılhacılıdan gələrək İsrafil ağanın qüvvələrinə dəstək vermişdir. Yel dağı yaxınlığında baş vermiş digər döyüşdə isə onun dəstəsinin Axalkələk, Sağamoy və Boqdanovka istiqamətlərində fəaliyyət göstərən erməni silahlı birləşmələrinə qarşı vuruşduğu bildirilir.

Mənbələrdə Azərbaycan Xalq Cümhuriyyətinin Cöyrə oğlu Qaraya silah və sursatla yardım göstərdiyi də qeyd olunur.

Sovet hakimiyyəti qurulduqdan sonra, 1928-ci ildə Cöyrə oğlu Qaranın həbs edildiyi və 1929-cu ildə öldürüldüyü göstərilir. Bəzi mənbələrdə onun həbsi Şulaveri rayon partiya komitəsində vəzifə tutan ermənilərlə əlaqələndirilir.

Sonrakı dövrdə, 1933-cü ildə Cöyrə oğlu Qaranın ailə üzvlərinin həbs edilərək Şimali Qazaxıstandakı Akmolinsk vilayətinə sürgün olunduğu bildirilir.

Xatirəsi Cöyrə oğlu Qara xalqın yaddaşında Borçalı mahalının Qaçaq Nəbisi kimi qalmış, onun haqqında rəvayətlər, mahnılar qoşulmuşdu. Mahalda belə bir şer hələ də qalmaqdadır:

Həmçinin bax Qaçaq Nəbi Azərbaycan Xalq Cümhuriyyəti

İstinadlar

Mənbə

Kateqoriya:Gürcüstan azərbaycanlıları Kateqoriya:Qaçaqlar