Kərim Abdullayev (; ) — Azərbaycan Respublikası Ali Sovetinin sədri

Haqqında Kərim Abdullayev Bülbülədə anadan olmuşdur. O, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.

1920–ci ildən başlayaraq xalq maarifi sahəsində yüksək vəzifələrdə çalışmışdır. 1923-1926-cı illərdə xalq hakimi, Azərbaycan Respublikası Ali Sovetinin sədri, 1928-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsi Kollegiyasının üzvü, mühüm işlər üzrə Məhkəmənin sədri seçilmişdir. Sonralar Azərbaycan SSR xalq ədliyyə komissarının müavini, Respublika Prokuroru işləmişdir.

1931-ci ildə Zaqafqaziya yol nəqliyyatı komissarının müavini təyin edilmişdir. 1933-1934-cü illərdə Axalsıx Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmisdir. 1937-ci il martın 1-də həbs edilmiş və oktyabrın 11-də güllələnmişdir.

İstinadlar

Kateqoriya:Repressiya qurbanları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin sədrləri