Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyəti mətbuatında — XX əsrdə Azərbaycanın azadlıq müharibəsində iştirak etmiş Qafqaz İslam Ordusunun Azərbaycan Xalq Cümhuriyyəti mətbuatında əhatə edilməsi.

Nuru Paşanın rəhbərlik etdiyi 12-14 min Osmanlı əsgərindən ibarət olan, Azərbaycan türklərindən və Dağıstan müsəlmanlarından ibarət könüllülərin qatılması ilə sayı təqribən 20 min olmuş Qafqaz İslam ordusu, Bakı şəhərində törədilən Mart soyqırımından sonra Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını almaqYüceer Nasir, Birinci dünya savaşında Osmanlı ordusunun Azerbaycan və Dağıstan harekatı, Ankara, 1996 və Dağıstan müsəlmanlarına yardım etmək məqsədi ilə Osmanlı dövləti tərəfindən təşkil edilmiş, Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi günlərdən 1918-ci ilin noyabr ayına qədər fəaliyyət göstərmişdir.Süleymanov M., Qafqaz İslam Ordusu və Azərbaycan, B., 1999

XX əsrin əvvəlində başlayan istiqlaliyyət hərəkatı və bu hərəkatın məntiqi nəticəsi kimi yaranan Azərbaycan Xalq Cümhuriyyəti milli mətbuatda davamlı şəkildə aparılan ideoloji mübarizələr meydanında təşəkkül tapdı. Muxtariyyətçilik fikrindən istiqlalçılığa, cümhuriyyətçiliyə keçidin siyasi-ideoloji təməlini yaradan milli mətbuat orqanları say etibarilə əks mövqedə dayanan qəzetlərə nisbətən çox az olsa da, fəaliyyətləri millətin xeyrinə nəticələndi.

İdeoloji-siyasi yanaşmalar 200px|thumb|Açıq söz qəzeti 1918-ci ilin mart hadisələrinədək Azərbaycanda türk dilində 15-dək qəzet və jurnal çap olunurdu. Bu dövrə qədər isə bütövlükdə nəşr olunan qəzetlərin, jurnal və dərgilərin sayı 80-i ötüb-keçmişdi. Partiyalaşma prosesinin sürətləndiyi bu illərdə, demək olar, müxtəlif istiqaməti, siyasi-ideoloji dünyagörüşü özündə əks etdirən qəzetlərin əksəriyyəti partiyalı mətbuat ömrünün yeni inkişaf mərhələsini və çətinliklərini yaşayırdı. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mətbuat tədqiqatçıları və biblioqraflarının apardıqları araşdırma və tədqiqatların nəticəsində maraqlı bir mənzərə yaranıb. Milli mətbuatımızın ilk nümunəsi olan "Əkinçi" qəzetinin yaranmasından 1918-ci ilin mayına qədərki dövrdə cəmi 40 adda qəzet çıxmışdısa, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq hakimiyyəti dövründə qəzetlərin sayı 200-ə yaxın olmuşdur."Azərbaycan dövri mətbuatı (1892–1920)". Biblioqrafiya. Tərtib edəni A.F.Axundov. Bakı, 1987

Dövri mətbuatın statistikasındakı bu qeyri-adi artımın səbəbləri hər şeydən əvvəl Azərbaycanda olan mövcud demokratik idarəçilik sistemi, əks-fikirliliyə tolerant yanaşma, polemika və diskussiyalara verilən meydan ilə bağlı idi. Burada əsas faktlardan biri də Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərinin əksəriyyətinin jurnalist olmaları, onların azad sözə önəm vermələridir. Təsis olunan demokratik yönümlü mətbuat orqanları xalqı narahat edən problemlərə həssas yanaşır, həllini gözləyən məsələlərə toxunur, azadlıq, istiqlalçılıq, türkçülük ideyalarını təbliğ edir və bir növ siyasi maarifçilik işi aparırdı. Türk-Ədəmi-Mərkəziyyət "Müsavat" firqəsinin siyasi nöqteyi-nəzərini özündə əks etdirən "Açıq söz" qəzeti ilk dəfə olaraq cümhuriyyətçilik fikrini ortaya qoydu və qurulacaq dövlətin ideoloji təməl prinsiplərini açıqladı: Azərbaycan Xalq Cümhuriyyəti yaratmaq, hakimiyyət və torpağı xalqa qaytarmaq istəyi ilə mübarizə aparanların qarşısında çox ciddi, çətin vəzifələr dururdu. Bolşevik mətbuat orqanlarında hürriyyət və cümhuriyyət arzularının əleyhinə məqalələr çap olunur, bu istəyin real olmadığı fıkri təbliğ edilirdi. Qafqaz canişini missiyasını Bakıda həyata keçirməyə çalışan Bakı Xalq Komissarları Sovetinin sədri S.Şaumyan hələ mart ayında "Bakinski raboçi" qəzetində yazırdı: thumb|200x200px|"Bakinski raboçi" qəzeti

Daşnak və bolşeviklərin ruporu kimi çıxış edən "Bakinski raboçi", "Bakı və onun ətrafı Şurasının əxbarı", "İzvestiya raboçix deputatov sovetov" (), sol eserlərin mətbu orqanı "Naşe znamya", "Naş trud" qəzetləri milli qüvvələrə qarşı çıxışlar edir, "Azərbaycanı simasızlaşdırmaq" xəttini həyata keçirirdilər. S.Şaumyanın milli qüvvələrə qarşı hədələrinin arxasında Bakı Sovetinin 6 min nəfərlik "Qırmızı Qvardiya"sı və Erməni Milli Şurasının və "Daşnakstüyun" partiyasının 4 min nəfərlik silahlanmış dəstəsi dayanırdı. Hadisələrin siyasi-hərbi inkişafı gözlənilən faciəni qaçılmaz etmişdi. Azərbaycanı müstəqillik arzusundan daşındırmaq, onun sərvətlərini əldən buraxmamaq məqsədi ilə kütləvi qırğın aksiyalarını həyata keçirmək niyyəti ilə hazırlıqlar aparılırdı. Azərbaycanın ziyalıları, siyasi xadimləri, publisistləri təhlükənin yaxınlaşdığını görür, milli mətbuat orqanlarında bu barədə xəbərdarlıq edirdilər. 1918-ci ilin mart ayının əvvəlində vətənin bütövlüyü, müstəqilliyi, xalq hakimiyyəti yaratmaq çağırışları müxtəlif partiyaların mətbu orqanlarının əsas mövzularına çevrilmişdi. Manşetlərdən, məqalələrin başlıqlarından hər şey aydın görünürdü: "Birlik tələb olunur", "Birləşəlim", "İttifaq edəlim", "İttihad gərək" və s.

Görkəmli Azərbaycan jurnalisti, dramaturqu Mirzə Bala Məhəmmədzadə mart soyqırımı ərəfəsində yazırdı:

Məqalənin dərcindən çox keçməmiş, 1918-ci ilin 31 mart tarixində bolşeviklərin və Erməni Milli Şurasının hərbi birləşmələri azərbaycanlılara qarşı xüsusi amansızlıqla qətliamlar həyata keçirdi, 30 min insanın həyatına son qoydu. Qatillər minlərlə insanı, abidələri məhv etməklə yanaşı, "Novruz", "Turan", "Açıq söz", "Kaspi" mətbəələrini yandırmış, Orucov qardaşlarının mətbəəsini dağıtmışdılar. Bu vəhşiliklərdən dünyanın xəbər tutmaması üçün qəzet və jurnalları, dərgiləri, çap avadanlıqlarını əsasən sıradan çıxarmaq yolu tutanların fəaliyyəti nəticəsində "Açıq söz", "Bəsirət", "El həyatı", "İstiqlal", "İttihad" qəzetləri fəaliyyətlərini dayandırmalı oldu. Bolşevik-erməni ideoloqları gözəl anlayırdılar ki, hər bir xalqın azadlığına, müstəqilliyinə gedən yol mətbuatın ideoloji dəhlizindən keçir və bu dəhlizi sıradan çıxarmaqla istədiklərinə nail ola bilərlər. Bəzi istisnalarla Azərbaycan demokratik mətbuatı 1918-ci ilin martından sentyabr ayınadək özünün iflic dövrünü yaşadı.

Azərbaycan türklərinin qətlə yetirildiyi 31 mart tarixindən sonra tək milli yöndə olan mətbu orqanlar bağlanılmadı, o cümlədən bu soyqırım barəsində sırf faktoloji yazılar dərc etmiş bir neçə sol yönümlü qəzet də qapadıldı. Bakı Xalq Komissarları Sovetinin mətbuat bürosunun qərarı ilə "mart hadisələrinə düzgün qiymət vermədiklərinə, açıqdan-açığa qərəzli məqalələr çap etdirdiklərinə və vahid sosialist cəbhəsində dayanmadıqlarına" görə "Kaspi", "Baku", "Bakinets", "Vesti Baku" () və menşeviklərin "Naş qolos" () qəzetləri bağlanıldı, bəyanatların, əhaliyə müraciətlərin çapı qadağan olunduX.Rəfiyev. "Böyük oktyabr və Azərbaycan bolşevik mətbuatı". Bakı, "Azərnəşr", 1987. səh. 105..

Bu zaman kəsiyində Azərbaycan tarixində çox böyük ictimai-siyasi hadisələr baş verdi, Bakı Xalq Komissarları Soveti, həmçinin Zaqafqaziya Seymi yaradıldı və çox keçmədi ki, beynəlxalq aləmdə baş verən proseslər, Rusiya, Almaniya, Türkiyə ilə Britaniya arasındakı gərgin hərbi-siyasi münasibətlər və bu münasibətlərin Zaqafqaziya uğrunda mənfəət savaşlarına təsiri ilə seym parçalandı. Gürcüstanın ardınca öz müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası İstiqlal bəyannaməsini imzaladı. Cümhuriyyətin qarşısında həlli müşkülə çevrilən problemlər vardı ki, onlardan ən önəmlisi dövlətin paytaxtı Bakı şəhərinin bolşevik-daşnak hərbi birləşmələrinin nəzarətində olması idi. Bir tərəfdən S.Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetinin "Qırmızı Qvardiya"sı yaranmış şəraitdən istifadə edərək Bakı, Quba, Şamaxı, Salyan, Kürdəmir kimi şəhər və qəsəbələri dağıdıb viran qoyaraq Gəncəyə doğru hərəkət edir, digər tərəfdənsə Zəngəzuru işğal edib Qarabağa hücum edən Andronik də Gəncəyə hücuma hazırlaşırdı. Bununla bağlı Məhəmməd Əmin Rəsulzadə yazırdı: thumb|250x250px|Məhəmməd Əmin Rəsulzadə Hələ 1918-ci il mayın 1-də Zaqafqaziya Seymi müsəlman fraksiyasının iclasında Trabzonda keçirilmiş sülh konfransı haqqında M.H.Hacınski məlumat verirdi ki, orada Türkiyənin hərbiyyə naziri Ənvər Paşa və digərləri ilə danışıqlar aparılıb. M.H.Hacınski deyirdi:

Batumda Türkiyə təmsilçiləri ilə danışıqlar aparan nümayəndə heyətinin üzvü Xosrov bəy Sultanov isə Tiflis qəzetlərinə verdiyi müsahibədə deyirdi:Regionda baş verən gərgin ictimai-siyasi, hərbi vəziyyətin məntiqi nəticəsi kimi gürcülərin almanlarla ittifaqından sonra Osmanlı dövləti ilə Azərbaycan hökuməti arasında 4 iyun 1918-ci ildə "Dostluq və əməkdaşlıq haqqında" da müqavilə imzalandı. Bu müqaviləyə görə, Azərbaycan ölkədə asayiş və təhlükəsizliyin təmin olunması, dövlətə qarşı olan təhlükələrin aradan qaldırılması üçün Türkiyədən ordu yardımı və silah köməyi ala biləcəkdi. Bütün bunlarla yanaşı, müqavilənin şərtlərinə görə, Bakı neftinin boru kəməri ilə Batum limanına daşınacağı da qərarlaşdırılmışdı. Türkiyənin Azərbaycana hərbi yardımı üçün siyasi-hüquqi əsaslar qəbul olunduqdan sonra Türk ordusu milli hərbi qüvvə və könüllülərimizlə birgə xalqımızın istiqlal savaşında fədakarlıqla mübarizə aparmaq üçün ölkəmizə gəldi və bolşevik-daşnak birləşmələrinə, ingilis qoşunlarına qarşı 7 aylıq savaş apardı, Bakı azad olunaraq Azərbaycana qaytarıldı. thumb|270x270px|Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası Türk hərbi birləşmələrindən, Azərbaycan milli korpusundan və çoxsaylı könüllülərindən formalaşan Qafqaz İslam Ordusunun fəaliyyəti barəsində tarixçilərimiz, publisistlərimiz müstəqilliyimizi bərpa etdiyimiz 1991-ci ildən başlayaraq xeyli kitab və əsər çap etdirmişlər. Bu mövzuya həsr olunan sanballı monoqrafiyalar işıq üzü görmüşdür. Milli Elmlər Akademiyasının Tarix İnstitutunun bu sahədə gördüyü iş, fəaliyyət proqramları xüsusi əhəmiyyət kəsb edir. AMEA-nın müxbir üzvü, akademik Yaqub Mahmudovun rəhbərliyi və elmi yanaşmaları ilə Cümhuriyyət dövrünün bütöv bir salnaməsi yaradılmış, bu iş indi də sistemli şəkildə aparılmaqdadır. Bu baxımdan 2005-ci ildə çap olunmuş "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası" əhəmiyyətinə, elmi-tarixi faktoloji tutumuna görə xüsusilə seçilir. Geniş məlumatlar mənbəyinə istinadən yazılmış bu əsərdə Cümhuriyyət dövrü mətbuatına, publisistlərinə əhəmiyyətli yer verilmiş, lazımi bilgilər əks olunmuşdur. Mətbuat tariximizin araşdırıcıları Cümhuriyyət dövrü mətbuatını müxtəlif aspektlərdən təhlil etsələr də, bu dövr mətbuatında Qafqaz İslam Ordusunun fəaliyyəti, onun azadlıq hərəkatında flaqman olması barəsində sistemli yanaşmalar ortaya qoyulmaması təəssüf doğurur.

Əsası 1918-ci ilin may ayının 25-də qoyulan Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının bu mərhələsini geniş şəkildə ilk dəfə Türkiyə və Azərbaycanın arxiv sənədləri əsasında tədqiq etmiş tarix elmləri namizədi Mehman Süleymanov bir millətin çiyin-çiyinə verib istiqlal savaşında göstərdikləri qəhrəmanlıq salnaməsinin elmi-tarixi mənzərəsini yaratmışdı. M.Süleymanov 1999-cu ildə çap etdirdiyi "Azərbaycan ordusu" kitabında qarşısına qoyduğu məqsəd tamamilə fərqli olduğu üçün o dövrün mətbu orqanlarındakı materiallara geniş yer verməmişdi. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi, tarix elmləri namizədi Ataxan Paşayevin geniş fəaliyyəti də bu yöndə qiymətləndirilməyə layiqdir. Onun "Azərbaycan" qəzeti necə yarandı?", "Bakının azad olunması" məqalələri, Cümhuriyyətin parlament fəaliyyəti ilə bağlı ikicildli toplunun hazırlanmasında əməyi həddənziyadə böyükdür. Filologiya elmləri doktoru Alxan Bayramoğlunun "Azərbaycan Demokratik Respublikası dövründə ədəbiyyat" monoqrafıyasında Qafqaz İslam Ordusu tərkibində ölkəmizə gəlmiş türkiyəli ziyalıların, ədib və mühərrirlərin fəaliyyəti barəsində ətraflı bilgilər var. thumb|226x226px|Hüseyn Baykara