Cənubi Yəmən (, translit. Cənub əl-Yəmən, ) və ya rəsmi olaraq Yəmən Xalq Demokratik Respublikası (, translit. Cümhuriyyət əl-Yəmən əd-Dimukratiya əş-Şəbiya) — Ərəbistan yarımadasının cənubundə yerləşən indiki Yəmən Respublikasının cənubunu, şərqini və Sokotra adasını əhatə edən tarixi sosialist dövlət. Cənubi Yəmən 30 noyabr 1967-ci ildən 22 may 1990-cı ilə qədər mövcud olmuşdur.

Cənubi Yəmən 1874-cü ildə Böyük Britaniyanın Ədən Müstəmləkəsi və Ədən Protektoratının yaradılması ilə başlamışdır. Buna baxmayaraq, 1937-ci ildə Ədən Britaniya Hindistanının bir vilayəti olmuşdur. 1963-cü ildə Ədən protektoratının süqutundan sonra, regionda fövqəladə hal elan edilmişdir. Bunun səbəbi Milli Azadlıq Cəbhəsi (MAC) və İşğal edilmiş Cənubi Yəmənin Azadlığı üçün Cəbhə (İCYAC) Böyük Britaniya hakimiyyətinə baş qaldırması idi.

30 noyabr 1967-ci ildə Cənubi Ərəbistan Protektoratı və Cənubi Ərəbistan Federasiyası SSRİ-nin köməyi ilə birləşmiş və Marksist–Leninist bir sosialist respublika olmuşdur. Regiona sabitlik gətirmək üçün göstərdiyi səylərə baxmayaraq, ölkə 1986-cı ildə qısa bir vətəndaş müharibəsi yaşamışdır. 1980-ci illərin sonlarında və 1990-cı illərin əvvəllərində kommunizmin Avropa ölkələrində süquta uğramasından sonra, Cənubi Yəmən ilə Yəmən Ərəb Respublikası (adətən "Şimali Yəmən" adlandırılır) 22 may 1990-cı ildə birləşmiş və müasir Yəmən Respublikasını qurmuşdur. Bu hadisələrə baxmyaraq, 1994-cü ildə Cənubi Yəmən şimaldan ayrıldığını elan etmişdir və nəticədə Yəməndə ümumi bir vətəndaş müharibəsi baş vermişdir. 2017-ci ildən bəri Cənubi Yəməni bərpa etmək cəhdləri göstərilir.

İnzibati bölgü Müstəqilliyini əldə edən Yəmən Xalq Demokratik Respublikası dərhal ölkəni altı mühafəzəyə () bölmüşdür. 1967–1978-ci illərdə bu mühafəzələr rəsmi şəkildə, sadəcə rəqəmlərlə adlandırılırdı, ancaq 1979-cu ildə onlara yeni, rəsmi adlar verilmişdir. Adalar – Kamaran (1972-ci ildə Şimali Yəmən tərəfindən alındı), Perim (Məyun), Sokotra, Əbd əl-Kuri, Səmha, Dərsa və Sokotra arxipelağının digər əhalisiz adaları Aden mühafazasınin müdriyyələri olmuşdu.

RəqəmAdTəxmini ərazi (km.2)İnzibati mərkəzright|280px|Mühafəzələrin xəritəsi.IƏdən6,980ƏdənIILahc12,766LahcIIIAbya21,489ZincibarIVŞəbva73,908ƏtəkVHadramaut155,376MukallaVIƏl-Məhra66,350Əl-Geyda

İqtisadiyyat 1980-ci illərin ortalarına qədər Cənubi Yəməndə sənaye məhsullarının istehsalı və mineral sərvətlərin istismarı çox az idi. Bu dövrdə ölkənin Şibam və Mukalla mərkəzi regionlarında əhəmiyyətli neft ehtiyatları kəşf edilmişdir. Gəlirin əsas mənbələri kənd təsərrüfatı (meyvə-tərəvəz, dənli bitkilər, mal-qara, qoyun, balıqçılıq və s.) və neft ixracı idi.

1976-cı ildəki milli büdcə 13,43 milyon Cənubi Yəmən dinarı, ümumi daxili məhsulu 150 milyon ABŞ dolları, milli borcu isə 52.4 milyon ABŞ dolları idi.

Aviaşirkətlər Aşağıda sadalanan avirşirkətlər YXDR tərəfindən idarə edilirdi:

Ədən Hava Yolları (1949–1967), fəaliyyətini 30 iyun 1967-ci ildə dayandırmışdır. Bunun səbəbi Britaniyanın Cənubi Ərəbistan Federasiyası və Cənubi Ərəbistan Protektoratından çəkilməsi idi. Alyemda – Demokratik Yəmən Hava Yolları (1961–1996), keçmiş YƏR aviaşirkəti olan "Yemenia"ya qoşulmuşdur. Yəmən Hava Yolları (1989–1990), fəaliyyətini 22 may 1990-cı ildə, Yəmən Respublikasının qurulmasından sonra dayandırmışdır.

Həmçinin bax Yəmən tarixi Yəmən Demokratik Respublikası Cənubi Yəmən Hərəkatı Dofar üsyanı Yəmən

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Soyuq müharibənin tarixi dövlətləri Kateqoriya:1967-ci ildə yarananlar Kateqoriya:1990-cı ildə ləğv olunanlar Kateqoriya:Tarixi vilayətlər Kateqoriya:Asiyanın tarixi dövlətləri Kateqoriya:Birpartiyalı sistem