Əmanətlərin Sığortalanması Fondu — Əmanətlərin Sığortalanması haqqında 29 dekabr 2006-cı il tarixli Azərbaycan Respublikası Qanununa əsasən yaradılmış, 2007-ci ilin 12 avqust tarixindən isə fəaliyyətə başlamışdır.

Əmanətlərin Sığortalanması Fondu yaradıldığı gündən 2025-ci il yanvarın 1-dək ləğv prosesində olan 19 bank üzrə 62 520 əmanətçiyə ümumilikdə 1 milyard 717,521 milyon manat kompensasiya ödəyib.

Fonda üzv bankların reyestri 27 yanvar 2025-ci il tarixinə olan reyestr:

Reyestrə daxil olma tarixiBankın adı130.07.07ASC "XALQ" Bankı230.07.07"Azərbaycan Beynəlxalq Bankı" ASC330.07.07"AccessBank" QSC430.07.07Melli İran Bankı Bakı filialı530.07.07"Azər-Türk Bank" ASC630.07.07"Bank of Baku" ASC730.07.07"Bank Respublika" ASC830.07.07"Kapital Bank" ASC930.07.07"YELO BANK" ASC1030.07.07"Rabitəbank" ASC1130.07.07"TURANBANK" ASC1230.07.07"UNİBANK" KB ASC1330.07.07Yapı Kredi Bank Azərbaycan QSC1407.08.07"Expressbank" ASC1510.09.07"Azərbaycan Sənaye Bankı" ASC1604.12.07"Bank Avrasiya" ASC1704.12.07"Paşa Bank" ASC1816.01.09"AFB BANK" ASC1926.02.09BANK VTB (AZƏRBAYCAN) ASC2028.04.09PREMIUM BANK ASC2115.04.10Bank "BTB" ASC2215.05.15"Ziraat Bank Azərbaycan" ASC

Fondun funksiyaları iştirakçı bankların reyestrini tərtib etmək və onlara şəhadətnamələr vermək; sığorta haqlarını yığır və onların uçotunu aparmaq; öz əmlakını idarə etmək və ona dair sərəncam vermək; sığorta hadisəsi baş verdikdə, əmanətçilərin tələblərinin uçotunu aparmaq və kompensasiya ödəmək; Fondun funksiyalarının yerinə yetirilməsi üçün iştirakçı banklardan qanunla müəyyən edilmiş lazımi məlumatı və hesabatları almaq; "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Fondun qaydalarını qəbul etmək; öhdəliklərini yerinə yetirmək üçün vəsaiti çatışmadıqda, maliyyə bazarlarından, Mərkəzi Bankdan və ya Azərbaycan hökumətindən borc vəsaitləri cəlb etmək; öhdəlikləri üzrə kompensasiya ödədikdə, həmin məbləği reqress qaydasında iştirakçı bankdan tələb etmək; iştirakçı banklardan sığorta haqları üzrə borcun və hesablanmış dəbbə pulunun ödənilməsini tələb etmək və bu barədə maliyyə bazarlarına nəzarət orqanıda məlumat vermək; əmanətlərin sığortalanması sisteminin fəaliyyətini təmin edən digər funksiyaları həyata keçirmək.

İstinadlar

Xarici keçidlər Əmanətlərin Sığortalanması Fondu rəsmi internet saytı Əmanətlərin Sığortalanması Fondu rəsmi Facebook səhifəsi Əmanətlərin Sığortalanması Fondu rəsmi YouTube səhifəsi Əmanətlərin Sığortalanması Fondu rəsmi Twitter səhifəsi Əmanətlərin Sığortalanması Fondu rəsmi Instagram səhifəsi

Kateqoriya:Azərbaycan fondları Kateqoriya:2007-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan iqtisadiyyatı