thumb|Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsi|226x226px Rusiya və Zaqafqaziya qanunların müvəqqəti saxlanması — Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin reallıqla hesablaşaraq, qəbul etdiyi müvəqqəti qərarlardan biri.

Tarixi Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyətə başladığı dövrdə dövlət quruluşunun, bütövlükdə, siyasi sistemin dəyişdirilməsi yeni qanunların qəbulunu zəruri edirdi. Lakin bunun üçün müvafiq təşkilati tədbirlər və qanunvericilik prosesi tələb olunurdu. Buna görə də, çıxış yolu kimi müvəqqəti olaraq köhnə qanunvericilik sistemi saxlanıldı.

Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti bu məqsədlə 1918-ci il 23 iyun tarixli qərarı ilə idarəetmə və məhkəmənin bütün sahələri üzrə mövcud olan qanunları, həmin qanunlar hökumət tərəfindən ləğv olunana və ya dəyişdirilənədək qüvvədə saxlanıldı. Eyni zamanda, Milli Şura, Parlament və Hökumət qanunvericilik sahəsində gərgin çalışaraq, bu qanunlann xeyli hissəsini ləğv etməyə və yenilərini qəbul etməyə nail oldu.

Həmçinin bax

Azərbaycan Xalq Cümhuriyyəti

Ədəbiyyat Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (stenoqrafik hesabatlar), c.1-2, B., 1998; Азербаиджанская Демократическая Республика (1918-1920). 3aкондательные акты (сборник документов), Б., 1998.

İstinadlar

Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin qərar və qanunları